Texnologiya →  NETTY 2010 Milli İnternet Mükafatın partnyorlarının sayı artır


Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Ölkənin iri İT-şirkətlərindən biri ULTRA “Elm və Təhsil” nominasiyasında Mükafatın partnyoru olmaq niyyətini bildirdi. Bu nominasiyada bütün nominantlar və mükafatın qalibi şirkəti tərəfindən mükafatlandırılacaq. Qeyd etməliyik ki, şirkət ənənəvi olaraq elm və təhsil sahələrinə yönəldilmiş bütün təşəbbüsləri dəstəkləyir, ULTRA elm və təhsil sahələri üçün müxtəlif növ İT-layihələrin həyata keçirilməsi üzrə tanınmış liderdir.


( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Bakıda “1 şagird – 1 kompüter” layihəsi üzrə seminar keçiriləcək


Press-reliz: 12 mart 2010-cu il tarixində İntel korporasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırlması İdarəsi tərəfindən Məlumat və Resurs Mərkəzində “1 şagird -1 kompüter” layihəsi üzrə seminar keçiriləcək. Seminarı ABŞ-dan dəvət olunmuş Intel “World Ahead” layihəsinin Təhsil İşləri üzrə Rəhbəri Robert Fogel keçirəcək.
Təhsil sistemində rəhbər işçilərə ünvanlanmış seminar “2008-2012-ci illərdə Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsidir.
Seminarda XXI əsrdə təhsilin inkişaf istiqamətlərinə uyğun olan “1 şagird-1 kompüter” layihəsinin beynəlxalq təcrübə və imkanları haqqında məlumat veriləcək və Azərbaycanda layihənin icra perespektivlərindən söhbət açılacaq. Seminar əsasən aşağıdakı mövzuları əhatə edəcək:


( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Retweet.com satıldı və Twitter rəsmi URL qısaltma servisini çıxardı - twt

Retweet.com Flippa üzərindən edilən hərracda 55 min dollardan satışa çıxarılmışdı.Dünən sayt $250 min qarşılığında satıldı. 45 təklif nəticəsində qiyməti $202 min səviyyəsinə çatan xidmət daha çox gözləyərək risk almaq istəməyən biri tərəfindən $250 min qarşılığında «dərhal al» qiymətiylə satın alındı.
Twitter`in «retweet» xüsusiyyətini öz içinə qatmasıyla ana xüsusiyyətini itirən start-up populyarlıq əldə edə bilmədən hərraca qoyulmuşdu. İndi gözlər Retweet.comun rəqibi və bu sahədəki ən məşhur sayt olan Tweetmemeyə çevrilibdi. Retweetin satışının ardından Tweetmeme`nin gələcəyinin necə olacağı da internet aləminin marağındadır. Yeri gəlmişkən Tweetmeme verdiyi API servisindən biz də istifadə edirik və çox razıyıq.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  MSN yeniləndi [pic]


Keçdiyimiz Noyabr ayından bəri test edilən yeni MSN əsas səhifəsi bəzi istifadəçilər üçün aktiv olundu. 100 milyon ziyarətçiyə təqdim edilən yeni səhifə, Microsoft tərəfindən «son 10 ilin ən əhəmiyyətli səhifə yeniləməsi» olaraq adlandırılır.
Dizayn, yeni kəpənək logosu və 30 ədəd yeniləmə təqdim edir. Bunlar içərisində TrendWatch adı verilən günün Twitter trendlerini göstərən xüsusiyyət, Hyper-local Tweets adı altındakı yerli tweetler kimi xüsusiyyətlər var.
Nəticə olaraq Facebook, Twitter və Windows Lives`ı tərkibində saxlayan sayt, sosial şəbəkələri ön plana çıxarır.


( Ətraflı oxuyun )
Paylaş :

AİF →  Azərbaycan İnternet Forumunun açıqlaması

AIF bildirir ki, son günlər bir sıra internet resurslara, xüsusilə də Azadlıq Radiosunun www.azadliq.orgwww.azadliqradiosu.az internet resursuna, www.yahoo.com
www.facebook.com resurslarına ölkə ərazisindən girişlə bağlı ciddi məhdudiyyətlər yaranıb.
Bu günlər ərzində bir sıra provayderlərin istifadəçiləri adı çəkilən resurslardan ümumiyyətlə istifadə edə bilməmişlər və www.azadliq.org resursuna girişlə bağlı problemlər hələ də qalmaqdadır.
6 mart tarixindən etibarən AİF -in mütəxəssisləri və bir sıra ekspertlər tərəfindən baş verən məhdudiyyətlərin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən də bir sıra Provayderlər vasitəsilə adı çəkilən resursa girişlə bağlı ciddi əngəllər var. Provayderlərin də bir çoxu ölkə daxilindən bu resurslara girişlə bağlı şəbəkədə müəyyən problemlərin olduğunu, lakin onlar tərəfindən hansısa süni əngəllərin yaradılmadığını qeyd ediblər. Adı çəkilən resursa digər ölkələrin ərazisindən giriş sərbəstdir.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Saytlara daxil olmaq probleminin səbəbi


Bu problem haqda yazmışdım. Məsələ ilə bağlı yeni məlumatlar var deyə bölüşmək istəyirəm.
Deməli əvvəldən də yazdığım kimi bir sıra saytlara qoşulmaqda problemlər yaşanırdı. Bu haqda ətraflı olaraq yazıda oxuya bilərsiniz. Yazıda oxuculardan birinin şərhini bir balaca incələdim və ən doğru versiya bu kimi görsənir. Deməli Azərbaycana internet bir kanaldan daxil olur — Delta Telecom. Delta Telecom isə interneti bir neçə aparıcı kanallar vasitəsi ilə alır. Bunlardan biri də TürkTelekomdur. Oxucumuzun şərhini araşdırdıqda görmək olur ki burada həqiqət var. Yəni Türk Telekom ilə Delta Telecom arasındakı bağlantılarda nasazlıq var. Hətta Delta ilə də əlaqə saxlandıqda onlar da oxşar variant deyiblər. Dəqiq bir mənbə göstərməyiblər ancaq bildiriblərki kanalların birində nasazlıq olduğuna görə bəzi saytlara daxil olamqda problemlər yaşanıb.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Facebook və Picasa fotolarının rahat çapı


Hər nə qədər hər kəs Facebook`u sosial şəbəkə və yoldaşlarla ünsiyyət platforması olaraq görsə də, əslində Facebook fotoşəkil paylaşımı mövzusunda da internetin ən böyük saytı mövqeyindədir.
Təkcə fotoşəkil paylaşmaq üzrə ixtisaslı sayt olan Flickrdən belə daha çox fotoşəkili saxlayan Facebook`un bu gücü Kodakın da diqqətini çəkmiş olacaq ki, şirkət çox qısa müddət içində, bu yaya doğru, fotoşəkil çapı üçün istifadə edilən kiosklarına Facebooku da daxil edir.

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Ötən həftədən maraqlı twitlər... #9

Ötən həftənin maraqlı twitlərini 9-cu həftədirki yazıram. Bilmirəm hələ nə qədər bu postu davamlı edəcəm. Hələki davam etdirməyə şərait var. 1-7 mart həftəsindən də maraqlı tvitlər görmək mümkündür. Bu tvitlərdən kənara qeyd etdiklərim:


( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  İnternet bağlantısında problemlər - bəzi saytlar problemli açılır


Son 1 ayda internet bağlantısından yana üzümüz gülmür. Ofisdəki internet Streamdəndir və ara-sıra kəsilmələr ilə lap bezdirir. Evdə isə Bakinternetdir. Son zamanlara qədər elədə çox problem yaşamırdıq. Hərdən nəsə nasazlıq olurdu. Ancaq son zamanlar burada da tez-tez internet kəsintiləri olmağa başlayıbdı. Son 2 gündə isə lap qəribə problemlər olur. Bəzi saytların açılmağı günün müəyyən periodlarında açılmır. Məsələn Facebook.com, Yahoo.com, PHP.net kimi saytlara gah daxil olmaq mümkün olur, gah da heç açılmır. (php.net Yahoo serverlərində olduğundan eyni problem yaşanır) Sosial platformalar, Facebook və Twitter`də gördüyüm qədəri ilə Yahoo`ya daxil ola bilənlər isə e-mail`ə daxil olmaqda çətinlik çəkirlər. Mən də həmçinin yoxladım, həqiqətən çətin oldu. Ajax`la olan formasına daxil olmaq mümkün olmadı ancaq classic Yahoo mail açıldı.
Digər bir problem də Facebook`un bəzi provayderlərdə zəif işləməsidir. Bu zəifliyə görə də Facebook API`sindən istifadə etmiş saytlarında açılmağı ləngiyir. Məsələn Weboxu`da Facebookda edilən paylaşımların sayını göstərmək üçün API`dən istifadə etmişik deyə, Facebook`u zəif açan provayderlərdə Weboxu`nun açılmağında da ləngimə olur.
Başqa kim, hansı saytların açılmağında problemlərlə üzləşibdisə bölüşsə maraqlı olardı.
Paylaş :

Texnologiya →  Androidli robot [video]


Google`un mobil əməliyyat sistemi Android getdikcə populyarlığını artırır. Hətta internetdə Androidlə bağlı qəribə məqamlarla da rastlaşmaq olar. Bu gün də maraqlı bir məlumatla rastlaşdım. Tim HeathRyan Hickman iki nəfər Android əməliyyat sistemi əsaslı bir cihaz ilə sadə də olsa hazırlayıblar… Bu sadə robotun üzərində yalnız 30 dollarlıq bir cihaz var. Kompüter üzərindən lazımlı əmrləri verib uzaqdan istiqamətləndirmək olur. Bu robot həm də dolayı yolla Androidin gücünü göstərir. Boşuna həmin əməliyyat sistemi ilə işləyən telefonlar «ağıllı telefonlar» adlandırılmır.
Həmin robotun düzəldilməsi və testləri ilə bağlı videolar:

( Ətraflı oxuyun )
Paylaş :