Blog: Zhala_Najafova →  2Y “Yaz-Yay Məktəbi” Bloqlar haqqında təlim

AEGEE-Bakı Avropa Tələbələr Forumu 2Y “Yaz-Yay Məktəbi” Yeni media və İnternet haqqında təlimlər layihəsinə davam edir.

İlk təlim Bloq yazmaq istəyən, Bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün nəzərdə tutulmuşdur.
Üç günlük təlim ərzində öyrənəcəksiniz:

* Bloq nədir? Nə üçün YAZmaq lazımdır?
* Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)
* Məşhurlaşdırmaq və YAYmaq (oxucuların cəlb olunması)
* Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)
* Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi, )
* Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)
Təlimə nəzəri məlumatla yanaşı praktik məşğələlər də daxildir. İştirakçılar komputer və internetlə təmin olunacaqlar.

Təlimdə iştirakın şərtləri:
1. 18-27 yaş arası gənclər iştirak edə bilərlər
2. Təlimin hər üç günündə iştirak etmək vacibdir
3. Hal-hazırda bloqu olanlar və ya olmayıb yaratmaq istəyənlər də iştirak edə bilər
4. Bu təlimdə əvvəlkilərdə iştirak edənlər qoşula bilməzlər

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı online ərizə formasını doldurub göndərməlidirlər:

spreadsheets.google.com/viewform?formkey=dGFQMXZWYU9JcFJ2aUN1RFRCOUVlLUE6MA

Müraciət üçün son tarix: 10 fevral, saat 23.59

Tarix: 12-14 fevral (12feval, saat 14.00-18.00, 13-14 feval saat 10.00-17.00)
Məkan: Bakı Jurnalistika Məktəbinin təlim otağı

Suallarınızı yazyay@gmail.com ünvanına göndərə bilərlərsiniz.

Layihə haqqında ətraflı məlumatı yazyay.org saytından ala bilərsiz.
Paylaş :

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
0
Belə təlimləri əvvəldə olmuşdu YazYay`ın. Bu digərlərindən nə iləsə fərqlənəcək?
avatar

Shaig

  • 8 февраля 2010, 22:49
+
0
Digər deyəndə bloqlar haqqında bir dəfə təlim olub o da əlbəttə ki, başlanğıc mərhələ. İndi layihə yenidən başlayıb ona görə də bu təlim də başlanğıc mərhələ olacaq 2-3 həftədən sonra isə artıq daha dərinləşdirilmiş proqramla təlim keçiləcək.Sırf bloqerlər üçün :)
avatar

Zhala_Najafova

  • 13 февраля 2010, 19:36
+
0
Məndə belə təssürat yarandı ki, bu «Yaz-Yay» təlimləri hər il təkrar olunacaq. Bəs hər il keçiriləcəksə hər il məqsəd təcrübəsiz istifadəçiləri blogosferə qazandırmaqdır, yoxsa keçən ilki təlimlərin davamı kimidir?
avatar

Sadig

  • 14 февраля 2010, 00:21
+
0
Sadiq, hər il keçirilməsi sual altındadır. Məqsədimiz bloqelər yetişdiməkdir. Hər təlimd 25 nəfər iştirak edirs onların arasndan 3-4 nəfər bloqer çıxırsa bu çox yaxşı nəticədir. Layihə haqqında ətraflı oxuya bilərsən:http://yazyay.org/about-2/
İştirakçıların təlim zamanı yazdıqları son 15-şə yaxın yazıları isə burdan oxuya bilərsən:http://yazyay.org/bloq/

:)
avatar

Zhala_Najafova

  • 14 февраля 2010, 12:17

Yalnız üzvlər şərh yaza bilər