Blog: sESo →  Halay.az - Bizim Əhatə Dairəmiz

Halay.az — Bizim Əhatə Dairəmiz

Artıq 2 ildir ki, üzərində işlənilən bu veb lahiyə qısa müddətli fəaliyyətindən sonra əsaslı yenilənərək bu ayın əvvəlindən tam gücüylə fəaliyyətə başladı. Halay.az özündə çox geniş funksiyaları cəmləşdirib (Halay- dairə mənasını verir, Slogan – Bizim dairəmiz hamını əhatə edir). Sayt informasiya və əyləncə formatlı olmaqdan savayı həmçinin Sosial şəbəkə rolunu daşıyır. Bu səbəbdən ilk öncə istifadəçilər üçün geniş istifadəçi paneli yer almaqdadır.

Saytda qeydiyyatdan keçmiş hər bir istifadəçi xəbərləri hərkəslə paylaşa bilər, dostluq göndərib və qəbul edə bilər, öz şəxsi fotoalbomundan istifadə edə bilər, öz şəxsi elanlarını yerləşdirə bilər, şəxsi bloqunu yaza bilər, digər istifadəçilərdən rəylər toplaya bilər və s. Bundan əlavə, istifadəçilər meebo xidmətinin köməyi ilə facebook,twitter,Gtalk,Myspace və s. kimi sosial şəbəkələrə və messenger’ə halay.az vasitəsilə daxil olaraq bəzi funksiyalardan istifadə edə bilərlər (paylaş, bəyəndim, onlayn çat və s. )



Saytın çox aktiv istifadə olunan bölmələrindən biridə xəbərlər bölməsidir. 12 qaynar bölmədən ibarət olan xəbərlər gündəlik olaraq yenilənir.



Saytın əyləncə və informasiya mövzusuna aid olan bölmələri:
Onlayn TV izlə,
Onlayn film izlə,
Qruplar,
Video oyunlar,
Flash oyunlar,
Cinema,
Afişa,
Onlayn musiqi dinləmə və s. bölmələri komanda tərəfindən izlənilir və yeni məlumatlar əlavə edilir.





Ümumiyyətlə saytın yaranmasında məqsəd Azərbaycanda internet saytları haqqında formalaşan bəzi fikirləri dəyişmək,Aznetin inkişafına nəsə kiçikdə olsa səy göstərmək,istifadəçilərə geniş funksiyalardan istifadə etmək imkanını yaratmaqdır.

Gələcək üçün çox sayda ideyalar var. Təbii ki, belə bir saytın uğurla inkişafı üçün böyük komanda və dəstək lazımdır. Və bu dəstəyi aldığımıza görə çalışırıq ki, istifadəçilərədə keyfiyyətli və faydalı sayt təqdim edək.

Sayt haqqında ətraflı bilgiləri, funksiyaları haqqında məlumatları sayta daxil olmaqla ala biləsiniz.Diqqətinizə görə minnətdaram…

Bizim Əhatəmizə xoş gəldiniz)))
Paylaş :
  • 0
  • 26 июля 2010, 15:23
  • sESo

Şərhlər (5)

RSS yığmaq / açmaq
+
+1
maraqlıdır, uğurlar
avatar

haciyev

  • 26 июля 2010, 18:53
+
0
Təşəkkürlər…
avatar

sESo

  • 26 июля 2010, 21:24
+
0
cox sevdiyim bir sayt ugurlar onun acilmasini sebrsizlikle gozleyiridm cox sevinirem
avatar

Strange

  • 30 июля 2010, 04:17
+
0
Salam. Bilirsiniz, Azərbaycanda nədənsə hamını tənbəllik alıb. Yeni bir şey etmək istemirlər. Tamam ideyada yenilik olmasada nəsə yeni olsun, heç olmasa nəsə. Bu tip saytlar bizdə artıq var bəziləri (yalli.az) SocialEngine adlı skripti 250$ alıb qoşur, bəziləri də instantcms adlı skripti pulsuz olaraq yükləyir və qoşur. Birgə dizayn yaxşı ki işləyirlər (bəlkə də şablondur bilmirəm).
Mən demirəm hazır həllərdən istifadə etmək olmaz. Dediyim odur ki, yeni ideya da heç olmasa qoyun. Nəsə iş görün.
Nə isə…
avatar

Kamran

  • 6 августа 2010, 09:55
+
0
Yalli.az-da dizayn da shablondur.
avatar

Elliot

  • 6 августа 2010, 15:37

Yalnız üzvlər şərh yaza bilər