Blog: Tural → Ubuntu 12.04 ilə gələcək yeni HUD xüsusiyyəti

Ubuntu Project qurucusu Mark Shuttleworth, Linux əsaslı əməliyyat sisteminin istifadəçi interfeysi üçün inqilab xüsusiyyətində bir yeniliyi tanıtdı. Aprel ayında yayımlanacaq Ubuntu 12.04-cü versiya ilə birlikdə gələcək və HUD (Head's Up Displey) olaraq adlandırılan bu yeni xüsusiyyət LaunchBar Mac və ya Alfred kimi sistem daxilində axtarış etmə imkanı təqdim edən sistemlərə bənzər şəkildə çalışır.
İstifadəçi ekranın sol üst küncündən aşağı doğru enən axtarış sətrinə etmək istədiyi funksiya və ya əldə etmək istədiyi məzmunla əlaqədar açar termin yazmağa başladığında tövsiyələr aşağı açılan bir menyuda sadalanır. Məsələn, istifadəçi HUDu açıb «D» hərfi yazdığında qarşısına «Edit > Delete» və ya «File > Open > DVD_ cover_300DPI» kimi əmr nəticələri çıxır. Sistem, istifadəçilərin menyular arasındakı gəzişərkən itirdiyi zamanı onlara qazandırma məqsədi daşıyır. HUD sayəsində istifadəçi kompüterin içində nəyin harada olduğunu axtarmaq kimi bir zəhmətdən xilas ola bilər.
HUDun necə çalışdığını göstərən bir təqdimat videosuna aşağıda seyr edə bilərsiz. Axtarış mühərriki sürətli bir şəkildə çalışır və istifadəçi açar sözünü yazmağa başladıqdan dərhal sonra nəticələri sıralamağa başlayır. İşləri asanlaşdıran bu yeniliyə baxmayaraq ənənələrindən imtina etmək istəməyənlər üçün ənənəvi menyu da var. HUD hər hansı bir standart Ubuntu proqramı ilə çalışa bilir və universal menyu dəstəyini də saxlayır. Son hədəf bütün Unity tətbiqləri içindəki menyunu HUDun funksiyasıyla dəyişdirmək. Shuttleworth HUD-da bir sonrakı addımın enterə səs dəstəyi, toxunma və hərəkət əsaslı idarə dəstəyinin olacağını ifadə etdi.
vasitəçi:




Şərhlər (1)
RSS yığmaq / açmaqMCahandar