Blog: AndroidAz → Android üçün Ubuntu – Bu artıq realdır!

Bu xəbər, əsasən Ubuntu və Android sevənlər üçün gözəl xəbərdir. Ən məşhur əməliyyat sistemlərindən olan Linux’un işlənib hazırlanması ilə məşğul olan Canonical şirkəti – Ubuntu’nu Android smartphone’larına yazmaq istəyirlər. Dünən ictimaiyyətə Android üçün Ubuntu adlı yeni paket təqdim edildi. Şirkət qısaca olaraq, bu haqda bugün danışıb və ümumi olaraq, MWC 2012 sərgisində daha geniş təqdim olunacaq.
Android üçün Ubuntu əsasən, minimum olaraq ikinüvəli smartphone’lara yönəlmişdir. Başlanğıc üçün, ilk öncə dock-stansiya vasitəsilə öz smartphone’nu qoşmaq lazımdır. Android üçün Ubuntu istifadəçiləri öz smartphone’nu monitora qoşa və Ubuntu proqramının bütün proqramları dəstəkləyən hərtərəfli versiyasını əldə edə bilərlər.

Bu həqiqətən əməliyyat sistemlərinin dünyasında çevriliş demək olar. Çünki, Android üçün Ubuntu sahiblərinə bir yerə getdikdə sistem bloku və ya notebook lazım deyil. Sadəcə olaraq, smartphone’u işdə və ya dostlarının kompyuterində monitora qoşmaq kifayətdir.
Əvvəldə dediyimiz kimi Ubuntu üçün istənilən smartphone’a uyğun gəlməyəcək. Yəni, əsasən ikinüvəli ARM prosessoru, 512 MB RAM və HDMI çıxış tələb edilir. Sistem qabaqcadan müəyyən edilmiş proqram təminatının dəstəyi ilə – Chrome browseri, VLC media-playeri, Thunderbird və Gwibber poçt müştərisi ilə işləyəcək…
Android Azərbaycan —
Ubuntu Android —




Şərhlər (1)
RSS yığmaq / açmaqShaig