Blog: yanar → Azərbaycanın ilk Şeir Portalı

2010-cu ildən Azərbaycanın ilk Şer Portalı – Misra.az, fəaliyyətə başladı.
Şer yazan və İnternetə çıxışı olan hər bir şəxs sayta daxil olub istənilən dildə öz misralarını dərc edə bilər.
Misra.az saytında dərc olunan bütün əsərlərin müəllif hüquqları qorunur. Həmçinin hər-hansı əsərin müəllif hüquqları digər şəxslər tərəfindən pozulduğu halda onların bərpası saytın köməyi ilə mümkündür. Ehtiyyac olduqda saytın administrasiyası əsərin müəllifini, adını, mətnini və dərc olunma tarixini özündə əks etdirən arayış verir.
Saytda dərc olunan əsərlərə və yazılan resenziyalara görə bal sistemi təşkil olunubdur. Eyni zamanda müsabigə elan olunub. Müsabigənin nəticələrinə görə ən çox bal toplayan ilk üç müəllif üçün topladığı ballar pula çevriləcək.


Şərhlər (18)
RSS yığmaq / açmaqAncaq saytın özü haqqında eyni sözləri demək olmaz. Saytın usability`si çox narahatdır.
Saytın facvicon`un nəsə bir əlaqəsi yoxdur saytdakı logo ilə.
Soldakı reklam yeri düzgün seçilməyibdi. Boşluqlar yaranıbdı sol sidebarda.
Sağ sidebarda isə Firefoxda baxanda css əksiklikləri var…
P.S. Mən commenti yazana qədər, saytın texniki işlərlə bağlı olaraq işləmədiyi yazılırdı.
Shaig
Saytın quruluşuna qalanda — sayt ilk olaraq yarananda onu doldurmaq problemi qabağımızda durmuşdu. Digər saytlardan götürülən xəbərlərlə onu doldurmaq istəmirdik. Saytın varlığı qeydiyyatdan keçən müəlliflər üzərində, onların dərc etdiyi şeirlər və yazdığı resenziyalar üzərində qurulur. İlkin mərhələdə isə bunların heç biri yox idi. Ona görə də mükəmməl bir struktur qurmaq çox çətin oldu. Həmçinin böyük bir səhvimiz saytı tam eninə (100%-la) götürmək idi. Bu səhvi artıq düzəltmişik.
Planda olan növbəti iş, saytın (siz demişkən) usabilitisi daha da rahat etməkdir.
Həmçinin saytda bəzi yerlərdə şriflərlə bağlı problemlər var. Misal üçün resenziya (comment) yazdıqda "ü" hərfi «ц» hərfi kimi göstərir, eyni zamanda "ə", "ğ", "ş" kimi hərflər problemsiz dərc olunur. uzun müddət bu problem üzərində işləsək də, düzəldəmmirik. Kimsə kömək eyləsə çox minnətdar olaram!
yanar
Shaig
yanar
Kömək eyləyə bilsər çox minnətdar olaram! Kommentariyalarda və tez düzəliş formasında olan bu problem məni lap dilxor eyləyib!
yanar
Shaig
Bazanı php-admin-nən əvvəl utf-8 — ə upload eylədim (MSQL səhvi verdi), onda «utf8» yazdım (defissiz). Sayt işlədi, lakin heç nə dəyişmədi.
Bir məsələ də var. Saytın admin panelində «Настройка системы» -> «Общие настройки системы» bölümündə «Используемая кодировка на сайте:» sahəsində «windows-1251» göstərilir. Onun əvəzinə utf-8 və ya UTF-8 yazıram, lakin «save» eyləyib yenidən bu səhifəyə qayıdandə görürəm ki, yenədə «windows-1251» qalıb.
c-panel-də «language» -> «Russian» -> «website.lng» faylında 'charset' => «UTF-8» kimi yazılıb.
Bütün rus hərfləri sual kimi (rombun içində) görsənir. Kommentariyalarda yenədə Ü, Ö və Ç harflərinin əvəzinə rus hərfləri sual kimi verilir.
tpl-ləri bir-bir açaraq utf-8 ə dəyişdim — həm brauzerin Вид -> Кодировка bölümündən, həm də c-panelin «Encoding:» siyahısından utf-8 seçərək.
Necə fikirləşirsiniz, sonra nə etmək olar?
Siz bir variant kimi ajax-ı yığışdırmaq verdiz. Bunu necə eyləmək olar ki, həm kommentariyaları yazmaq olsun (lakin ajax-da yox), həm də «Tez düzəliş forması» işləsin. «Tez düzəliş forması» heç olmasa da olar — əsas kommentariyalardı.
yanar
Sadig
Texniki işlər aparılırdı — yeni servera köçürüldü.
Dizayn haqda deyilən hər bir sözlə tam razıyam! Düzələsi hələ çox şey var.
Üzərində işləyirik.
yanar
kiber
Şeir yazırsınızsa Sizi də qeydiyyatdan keçib, əsərlərinizi dərc etməyə dəvət edirəm!
yanar
amma peşəkarlıq baxımından sayta çox əl gəzdirilməldiri. çatışmamazlıqları çoxdur. Boruser support gördüyüm qədərilə zəifdir. mən FF-də girdim çox səliqəsiz görüntü ilə qarşılaşdım, yuxarıda da qeyd olduğu kimi usability zəifdir məncə də.
ama ideya diqqətə layiqdir. inkişaf etdirilməsi ümidilə
Sadig
kefkom
Lakin İnternet işlədən insanların heç olmasa cuzi hissəsini biz şeiriyyətə qovuşdursaq deməli işimizi nahaq yerə görməmişik.
Həm də ki, Azərbaycanda minlərlə insan şeir yazır, lakin əsərlərini dərc etməyə imkan tapammır. Bu cür, heç kəsə çatdırılmayan şeirlər, həmişəlik itirilir. Misra.az saytında dərc olunmuş əsərləri artıq hər kəs oxuya bilər. Həm oxuyub, həm də ki, oxuduğu şeirə şərh yaza bilər. Müəlliflər də, yazdığları əsərlərə olan marağı görüb, heç olmasa bir az da ruhlanırlar. Ola bilsin bu kiminsə sənəti atmamağa və yeni əsərlər yaratmağa vadar edir. Kim bilir…
yanar
Shaig
Rashid
yanar
Rashid
Yalnız üzvlər şərh yaza bilər