Blog: Zhala_Najafova → Facebook sosial şəbəkəsində online aksiya
Facebookda geniş həcmli online aksiya keçirir və hər kəsi bu aksiyaya qoşulmağa dəvət edir. Facebookdakı mənasız paylaşımlardan bezmisiniz? (applicationlar, sizə aid olmayan şəkillərə və vidolara tag olunmaq, mənasız qruplara və fan pagelərə dəvət olunmaq və s.) Onda online aksiyamıza qoşulun və facebook şəbəkəsinin daha səviyyəli və keyfiyyətli məlumat resursuna çevirməkdə sizin də rolunuz olsun :) Aksiya nədən ibarətdir?
Bir şüar düşünüb tapırıq və hamımız eyni tarixdə və eyni saatda facebook statuslarımızı dəyişirik və 1 gün ərzində bu status profilimizdə qalır. Əgər şüar seçimində kömək etmək istəyirsinizsə öz təkliflərinizi mənə yazın.
Şüar nə haqda olmalıdır və aksiyanın məqsədi nədir?
-Məqsəd facebookda bütün günlərini keçirən gənclərin öz vaxtlarını və əllərinin altında həmişə olan internetlərini daha faydalı işlərə sərf etməyə sövq etməkdir. Gəlin günlərini bu sosial şəbəkədə keçirənləri hər kəs üçün aktual və faydalı məlumatlar paylaşmağa çağıraq. İnsanları mənasız paylaşımlar etməkdən çəkindirək və facebook getdikcə əyləncə saytına yox hər kəsin faydalı məlumat ala biləcəyi bir şəbəkə olsun. Facebook daha səviyyəli və faydalı məlumatlar olan bir resursa çevrilsin!!!
Təklif etdilən şüarlardan ən effektiv olanı sabah facebook qrupuna göndəriləcək və həmin adamın adını da qeyd ediləcəkdir.
UNUTMAYIN! Statusları hamı eyni vaxtda dəyişməlidir. Yoxsa bu aksiyanın effekti olmayacaq.
TARİX VƏ SAAT: 9 aprel saat 22:00-dan etibarən 1gün ərzində aksiyaya qoşulan hər bir kəs öz profilində statusunu seçilən şüarla dəyişir və aksiyaya qoşulmuş olur!
Facebookda admin olduğunuz qruplarda bunu mesaj şəklində üzvlərə yazmaqla daha çox insanın bu aksiyaya qoşulmasında çox böyük əməyiniz olar və facebookdakı bezdirici postlar da azalmış olar :)




Şərhlər (2)
RSS yığmaq / açmaqShaig
Zhala_Najafova