Reytinq
+2.27
səsıər:
2
avatar

AİF  



AİF →  AİF rəhbəri, Rabitə və İnformasiya Texnologiyaları nazirinə məktub ünvanlayıb.

AİF rəhbəri Osman Gündüz milli İnternet ünvanların — .az domeninin qeydiyyatının tənzimlənməsindəki ciddi problemlər və onların aradan qaldırılması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova məktub ünvanlayıb.
Məktubda milli internet ünvanların qeydiyyatı sahəsində uzun müddət dən bəri davam edən dözülməz vəziyyətə diqqət yönəldilib. Müraciətdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləyici infrastrukturun yaradılmadığı, bu istiqamətdə səylərin göstərilmədiyi, tənzimləmə prosesində əlaqədar qurumların iştirakının təmin edilmədiyi bildirilib. Bütün
bunların nəticəsində isə ölkədə .az domeninin qeydiyyatı prosesində ciddi qüsurların olduğu, şəffaflığın təmin edilmədiyi, inhisarçılığın mövcud olması, sui-istifadə hallarına yol verildiyi, beynəlxalq normalara uyğun online qeydiyyat sisteminin yaradılmadığı bildirilib.

( Ətraflı oxuyun )
Paylaş :

AİF →  AİF`in .az domainləri ilə bağlı keçirtdiyi iclas - yenilənib: #2

Bu gün AİF`in növbəti iclası keçirildi. Bu barədə blogda da məlumat verilmişdi. Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə edildi. Toplantıda .az domainlərinin satışı ilə məşğul olan İntrans`ın direktoru Faiq Fərmanov da iştirak edirdi.
Müzakirə edilən məsələlər .az domainlərinin qeydiyyatını tənzimləmək, idarəsini asanlaşdırmaq yönümündə idi. Faydalı müzakirələr getdi, ümid edirəm ki, nəticəsi də olacaqdır.
Mövzu il boyu diqqətdə saxlanacaqdı. Yəqinki bu mövzuda daha çox blog yazıları və məlumatlar olacaqdı.

Osman Gündüz`ün toplantıdakı təqdimatı:


AİF`in rəsmi bəyənatı:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 4 февраля 2010, 22:05
  • Shaig
  • 6+6

AİF →  Azərbaycan İnternet Forumunun Məlumatı

Azərbaycan İnternet Forumu bildirir ki, 04 fevral tarixdə AİF-in növbəti toplantısı keçiriləcək. Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.
Məlum olduğu kimi hazırda mili internet ünvanının qeydiyyatı prosesi mövcud qanunvericiliyə və beynəlxalq normalara cavab vermir. RİTN tərəfindən əlaqədar qurumlarla birgə qanunvericiliyə uyğun qeydiyyat qurumunun yaradılması istiqamətində heç bir addımlar atılmamışdır. RİTN-nin qeyri-qanuni qərarı ilə qeydiyyat sahəsində inhisarçı və qeyri şəffaf bir mühitin formalaşmışdır. Son dövrlərdə isə bu qurumun bəzi rəsmiləri tərəfindən qeydiyyatla bağlı məsul təşkilat olan “İntrans” şirkətinə ünvanladığı qeyri-qanuni məktub bu sahədə vəziyyəti daha da pisləşdirmiş, nəticədə domen adlarının qeydiyyatı ilə bağlı korrupsiya və rüşvətxorluq üçün zəmin yaratmışdır.
AİF-in toplantısında milli internet ünvanların qeydiyyatı prosesinin beynəlxalq normalara və mövcud qanunvericiliyə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması və gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi nəzərdə tutulub.
AİF in toplantısında həmçinin 9 fevral Beynəlxalq Təhlükəsiz Internet Günü münasibətilə ölkədə Təhlükəsiz internet probleminə diqqətin yönəldilməsin istiqamətində müzakirələrin aparılması nəzərdə tutulub
Paylaş :

AİF →  Milli Net `09 - fotolarla.

18 dekabrda keçirilən Milli Net — Milli internet Mükafatlarının təqdimetmə mərasimindən olan fotolar — url.az/millinetfoto09
Paylaş :

AİF →  Milli Net sona çatdı - nəticələr.


Oktyabr ayının 1-dən başlayan müsabiqə nəhayət yekulaşdı.
Mükafat canlı olaraq da yayımlandı. Düzdü, yayım zamanı nasazlıqlar olmuşdu. İnternetdən olunan canlı yayıma eyni anda online olaraq 25 ilə 40 nəfər arasında izləyicisi var idi. Google statistikasına görə isə 351 istifadəçi canlı yayım səhifəsini 641 dəfə istifadə edibdi.
Bunlar haqqında geniş şəkildə Oxatan`da analiz olaraq yazılacaq.
İndi isə budur nəticələr:


( Ətraflı oxuyun )
Paylaş :

AİF →  Milli Net`in canlı yayım ünvanı


18 dekabrda baş tutacaq Milli Netin təqdimat mərasimindən, əvvəlcədən qeyd etdiyim kimi canlı yayım etmək niyyətindəyik. Ancaq qabaqki yazımda da yazmışam bu 100% dəqiq deyil. Ona görədə Milli Net`in rəsmi səhifəsində bu haqda bir məlumat yoxdur. Bunun üçün də yayımın hazırlıqlarını əlavə saytlar üzərindən edirik.

( Ətraflı oxuyun )
Paylaş :

AİF →  Təqdimata 1 gün qala - #millinet


Təqdimat mərasiminə artıq bir gün qalır. Hətta bir gündən də az. Saatları saymağa başlamışıq. 11 nominasiya üzrə yarışacaq nominantlardan görək sabah kim «buta»sını bizdən alıb aparacaq. Əslində dünən axşamdan qaliblər bilinir. Ancaq sabah — təqdimat mərasimində açıqlanacaq. Tədbirə doğru son yekunlaşdırma işləri gedir. Tədbirin ünvanı və saatı haqqında keçən dəfə ətraflı yazmışdım. Buyurub oxuya bilərsiniz+.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 17 декабря 2009, 18:10
  • Shaig
  • 1+1

AİF →  18 dekabrda "Milli Net 2009" qaliblərinin təqdimat mərasimi olacaq.

Milli Net müsabiqəsinin qaliblərinin təqdimat mərasimi dekabr ayının 18-i saat 18.00-da olacaq. Müsabiqə Ambasador oteldə reallaşacaq.
11 nominasiya üzrə qaliblərinin adları məhz bu tədbirdə açıqlanacaq. Nominantlarla milli netin saytinda tanis ola bilərsiniz — url.az/18h.
Nominantlar dəvətnamələrini 1-ci gündən (14 dekabr) etibarən saat 10.00-dan, 13.30-a dək AİF`in ofisindən əldə edə bilərlər. (Qeyd edimki hər bir nominant üçün 2 dəvətnamə ayrılıbdı.)
Əgər nominant olmadanda təqdimat mərasimində iştirak etmək istəyənlər varsa, bunun üçündə dəvətnamələr mövcuddur, İştirak etmək istəyənlər, şərhlərlə və ya twitter ( twitter.com/shaig_m və ya twitter.com/ilgarmirza ) vasitəsilə müraciət edə bilərlər.
Otelin ünvanı və xəritəsi — Kataloq.net — url.az/19b, Google — url.az/18f

P.S. Ətralı olaraq məlumatlar və yeniliklərlə sizi tez- tez tanış edəcəyik…
Paylaş :
  • 0
  • 12 декабря 2009, 12:43
  • Shaig
  • 3+3

AİF →  Milli Net Statistik məlumatlarla

Bu gün bildiyiniz kimi Milli Net `in sonuncu mərhələsinin başlamağı və nominantların açıqlanmağı haqqında mətbuat konfransı keçirdik. Konfrans haqqında ətrfalı olaraq buradan+ oxuya bilərsiniz.
Aşağıdakı slide`da isə statistik məlumatlarla tanış ola bilərsiniz.

hazırlayan: Vahid Qasımov, Amid Quliyev
Paylaş :
  • +1
  • 4 декабря 2009, 17:53
  • Shaig
  • 6+6

AİF →  "Milli Net" son mərhələyə qədəm qoyur

04 dekabr 2009-cu il tarixdə Milli Net — Milli İnternet Mükafatı Müsabiqəsinin qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin başa çatmasına həsr olunan mətbuat konfransı keçiriləcək.

Məlum olduğu kimi Milli Net _ 2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır.


( Ətraflı oxuyun )
Paylaş :