AİF →  AİF`in .az domainləri ilə bağlı keçirtdiyi iclas - yenilənib: #2

Bu gün AİF`in növbəti iclası keçirildi. Bu barədə blogda da məlumat verilmişdi. Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə edildi. Toplantıda .az domainlərinin satışı ilə məşğul olan İntrans`ın direktoru Faiq Fərmanov da iştirak edirdi.
Müzakirə edilən məsələlər .az domainlərinin qeydiyyatını tənzimləmək, idarəsini asanlaşdırmaq yönümündə idi. Faydalı müzakirələr getdi, ümid edirəm ki, nəticəsi də olacaqdır.
Mövzu il boyu diqqətdə saxlanacaqdı. Yəqinki bu mövzuda daha çox blog yazıları və məlumatlar olacaqdı.

Osman Gündüz`ün toplantıdakı təqdimatı:


AİF`in rəsmi bəyənatı:
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib. Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə edilib.
AİF prezidenti Osman Gündüz ölkədə Milli internet ünvanların qeydiyyatı və istifadəsi ilə bağlı vəziyyət haqqında təqdimatla çıxış edib. O, .az domeninin qeydiyyatı sahəsində ciddi problemlərin olduğunu bildirib. Xüsusilə domenlərin qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulduğu qaydada infrastrukturun indiyədək formalaşmamağı ciddi qüsur kimi qiymətləndirilib. O, əlaqədar qurumların iştirakı ilə müvafiq qurumun yaradılmamağı və Qeydiyyatla bağlı Qaydaların olmamağını nəinki qanuna əməl olunmaması, həmçinin İKT-ni prioritet elan edən ölkənin imicinə ciddi zərbə vurduğunu bildirib. RİTN tərəfindən qeydiyyat prosesi ilə bağlı atılan qeyri-qanuni addımlar, qeydiyyat prosesinə qeyri-qanuni müdaxilələr, əlaqədar qurumlarla razılaşdırmadan milli inzibatçının səlahiyyətinin təsdiq edilməsi ilə bağlı RİTN tərəfindən İCANN a ünvanlanan qeyri-qanuni məktub pislənilib. RİTN-nin qeyri-qanuni müdaxiləsi nəticəsində domen adlarının qeydiyyatında korrupsiya və bürokratiya üçün zəmin yarandığı bildirilib.
Toplantıda Qeydiyyat sahəsində sərbəst və azad rəqabət mühitinin, qeydiyyatlıların seçim meyarlarının və şəffaflığın olmadığı, inhisarçılığın mövcud olduğu, Online sisteminin yaradılmadığı qeyd edilib.
Toplantıda AİF üzvləri Nazim Rüstəmov, Firidun Əhmədov, Vahid Qasımov, Ələsgər Məmmədli, hazırda İCANN tərəfindən qeydiyyatla bağlı milli inzibatçı kimi səlahiyyəti təsdiqlənən İNTRANS şirkətinin prezidenti Faiq Fərmanov, AMEA İTİ-nin nümayəndəsi Rəna Qasımova və başqaları çıxış ediblər.
Çıxış edənlər qanuna və beynəlxalq normalara uyğun olaraq Qeydiyyat prosesinin qurulmasının, Qaydaların hazırlanmasının, bir daha bununla bağlı RİTN -ə və əgər bir nəticə əldə edilməzsə ölkə prezidentinə müraciətlərin vacibliyi bildirilib. Həmçinin milli internet ünvanların qeydiyyatının legitimləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan addımların atılmasının davam etdirilməsi, məhkəməyə müraciət edilməsi məsələsinin də nəzərdə tutulması vacib hesab edilib.
Cari ildə .az domeninin qeydiyyatında qanuna uyğun şəraitin yaradılması və həmçinin ölkədə İnternetin keyfiyyətinin yaxşılaşdırılması məsələlərinin AİF üçün prioritet olacağı qeyd edilib.
Toplantıda 9 fevral Beynəlxalq Təhlükəsiz İnternet günü ilə bağlı müzakirələr də aparılıb. Bu il dünyada uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetiriləcəyi qeyd edilib. Hazırda Təhsil nazirliyi sistemində uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi sahəsində müəyyən işlərin görüldüyü, çeşidləmə sisteminin yaradıldığı vurğulanıb. Bu işlərə dəstək məqsədilə AİF və bir sılra digər qurumlar tərəfindən dəstəklənən Uşaqların təhlükəsizliyi ilə bağlı www.netsafe.az Layihəsinin uğurlu alınması üçün zəruri addımlar müzakirə edilib.
Paylaş :
  • 0
  • 4 февраля 2010, 22:05
  • Shaig

Şərhlər (6)

RSS yığmaq / açmaq
+
0
Görəsən orda 2 hərfli domenlərdən söz açılıb mı?
Ümumiyyətlə Faiq bəyin öz adına keçirdiyi domenlərdən söhbət gedibmi? Harda orijinal adlar var ondadırda…
avatar

kiber

  • 4 февраля 2010, 22:09
+
0
Düzü hələki 2 hərfli domainlərlə bağlı müzakirə getmədi. Ancaq adlar və qeydiyyatın asanlaşdırılması barədə söhbət gedti. Yəni yavaş yavaş. Əvvəl istifadəçilərə rahat xidmət versinlər sonrada digər məsələlər.
avatar

Shaig

  • 4 февраля 2010, 22:11
+
0
İclasda iştirak etmək istərdim, amma dəvət olmadığı üçün çox qaranlıq məqamlar qalıb mənim üçün. Amma yəqin ki, bu iclasın bir gözəl nəticəsi olacaq, keçən dərimi masa ilə müqaisə etsək. Çünki bu problem, hər birimizin (adminlərin) problemidir.
avatar

Farik

  • 5 февраля 2010, 00:23
+
0
Bu artıq, bu il AİF`in qarşısında duran proritet sahədir. Keçən ilki məqsəd ADSL qiymətlərinin ucuzlaşması idi. Bunun nəticəsi oldu. Bu il isə .az domainlərinin tənzimlənməsidir. Ümid edirik ki, bunun da nəticəsi olacaq.
avatar

Shaig

  • 5 февраля 2010, 00:49
+
0
Bu bizə nə verəcək? Məncə daha lazımlı işlərin görülməsi lazımdır. Bir nəfərin adına 15 domenin olmaması qanunu çıxarılsa idi, yaxşı olardı. Şəffaf vvhois və s. elədə vacib deyil. Artıq 2 domen sahibiyəm, normaldır. Bəli çox problemlər var, ancaq başqa problemlər haqda düşünsək, daha da gözəl olardı.
avatar

Farik

  • 6 февраля 2010, 14:40
+
0
Nəzərə alsaq ki, internetin təməl prinsipi domainlərdən başlayır, onda deməli domain işi çox vacibdir. Bunu sadə bir iş kimi götürmək olmaz. Özbəkistanda belə bizimki deyil. Müəyyən domain adları varki ona İCANN`ın qaydalarında zidd olaraq almaq məhdudiyyətləri qoyulur. Online qeydiyyat yoxdur, online idarə yoxdur. Əgər bayramdırsa sən ns`ini dəyişə bilməzsən. Başqa problemlərədə keçmək üçün gərək təməl, bünövrəni düzgün qurasan. Hələ əvvəlcə domaini rahat ala bilək ki, sonrada inrernetin başqa problemlərinə keçə bilək.
avatar

Shaig

  • 6 февраля 2010, 14:46

Yalnız üzvlər şərh yaza bilər