Reytinq
+2.73
səsıər:
2
avatar

Təhlil  



Təhlil →  Musiqi, @Azercell , #fizy ...


Bu il qeyri-rəsmi olaraq, ölkədə musiqi ilidir. Hər gün qarşıma Eurovision-la əlaqədar bir məlumat çıxır. Ya da hər hansı bir məlumatda Eurovisionla əlaqəli bir tərəfini görürəm. Fikirləşirəm ki, internet sahəsində də musiqi ilə əlaqədar hələ yenilikləri qarşıdakı zamanlarda da oxuya biləcəyik. Əvvəla bir qədər indiyə qədər olan musiqi dinləmə servisləri haqqında. Qeyd edim ki, yükləmə xidmətlərini bura daxil etmirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 15 марта 2012, 18:37
  • Shaig
  • 2+2

Təhlil →  Nar Mobile-ın yeni rəngləri (?!)


Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir.
Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı.
Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə qaldı. Ona görə də adını Super 3G qoydular və buna aid xüsusi personaj da təqdim etdilər.
Nar-dakı yeni rəngləri hiss edəndən bəri, yeni rəngdə qarşıma çıxan visualları bir kənarda saxlamağa başlayırdım. Görürəmki artıq bir blog posta sığışacaq qədər yeni rəngdə visual var.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 3 февраля 2012, 22:11
  • Shaig
  • 2+2

Təhlil →  Azərbaycanda "qrup satınalma" xidmətləri - endirim saytları


Azərbaycanda Qrup satınalma sahəsinin ilk addımları ötən atılmağa başladı. Bu sahədə ilk ciddi iş isə Poni.az tərəfindən görülmüşdü. Arada keçən vaxt ərzində isə bu sahəyə maraq daha da artdı. Son həftələr ərzində qarşıma çıxan bu tipli çox saylı saytları görüb onlar haqqıdna blog yazmaq qərarına gəldim.
Əvvəla ondan başlayım ki, ilk ciddi oyunçu artıq bir az daha sistemini təkmilləşdirərək işinə davam edir. Linklərini verəcəyim bəzi saytlar artıq fəaliyyətə başlayıb, bəziləri test mərhələsindədir, bəziləri isə hələ hazırlanır. Hər halda bu sahəyə maraq çoxdur.
Mənə maraqlı olan isə bu tip servislərin əsasən böyük şəhərlərdə, ölkələrdə daha sərfəli biznes olduğu halda Azərbaycan və ələxsus da Bakı kimi balaca bir yerdə bu tip servis saytların bir az çoxluğudur. Mənim müşahidə etdiklərim:

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Sona çatan trend - portal


Mənim üçün artıq portal erası rəsmi şəkildə bitdi deyə bilərəm.
Uzun müddətdir internet portal kimi fəaliyyət göstərən saytımız xazar.com-u da bağladıq. Bu haqda şəxsi fikirləri, şəxsi blogumda yazdım.
Qısa deyim ki, saytın sadəcə 4 bölməsi fəaliyyətini davam etdirəcək. Səbəbləri filan barədə də ətraflı qeyd eləmişəm.
Mənim üçün niyə portal öldü?

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Azərbaycanda internetdən ən çox qazanan qrup - DST [infoqrafika]


Bu mövzuya çoxdan toxunmaq istəyirdim. Elə oldu ki, ilk əvvəl Webrazzi-də yazdığım postda ümumi şəkildə bu barədə yazdım. İndi isə bir qədər daha ətraflı bu barədə yazmaq istəyirəm. Eyni zamanda yazı üçün infoqrafika da hazırladıq. Əvvəl Azərbaycan dilində hazırlayırdıq, sonra fikrimizdən daşındıq ki, ingiliscə olsun (beləcə bəlkə daha geniş auditoriya görə bilər).

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Twitter üçün sərfəli yol: Google ya Facebook?


Twitterin satılacağı ilə əlaqəli xəbərləri çox oxumağa başladım. Bir müddət əvvəl bu söz-söhbətlər çıxdı, sonra səngimişdi. Almaq istəyən tərəflərdən biri qalır — Google, digəri isə qismən dəyişir. Microsftun tərəfdaşı Facebook. "The Wall Street Journal«da yazılanlara görə təqribi qiymət də 8-10 milyard olacaq. Heç bir rəsmi açıqlama da yoxdur. Sadəcə axırını gözləmək qalır. Belə görünür ki, bu il Twitter əl dəyişdirəcək.
Məncə isə bu sövdələşmədə ideal variant Google-Twitter şərikliyi olardı. Düşünürəm ki, elə bu formada da olar.
Əvvəla Google-un buna ehtiyacı var. Çünki, Facebook getdikcə Google üçün başağrısı olur. İstifadəçilərin Facebookda keçirdiyi müddət daha da artır. Google isə son iki sosial platforma proyektində qəti uğur qazana bilmədi (Wave və Buzz). Bunun özü də onları xeyli geri saldı. Artıq mövcud platformanı almaq daha səmərəli olacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]


Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil.
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm.

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Azərbaycanda browserlərin statistikası: Statcounter 2010


Mətbuatda oxuduğumuz kimi, brouser bazarında Explorer artıq öz mövqeyini itirir. StatCounter-a görə Avropada ümumiyyətlə liderliyi əldən verib. Dünyada isə kəskin azalma olmağına baxmayaraq hələki birinciliyini qoruyur. Ancaq kifayət qədər azalmaları var.
2009-un dekabr ayında bazarın 55.72%-ni tutan Explorer 2010-cu ilin eyni ayında 46.94%-ə geriləyib.
FireFox-da da az geriləmə var 31.97%-dən 30.76%-ə geriləyib. Ən çox diqqəti çəkən isə Chrome-dur. Demək olar ki Explorerin bazar payını tamamilə Chrome yeyir. 5.45%-dən 14.85%-ə qalxıb. FireFoxun son zamanlarda Chrome-a qarşı sürətdə uduzması olmasa idi bəlkə də Explorerin bazar payından FireFox da alardı. Amma həm Google-un öz saytlarında Chrome-u təbliğ etməyi, həm də keyfiyyətinin artımağı onu bazarda mühüm oyunçu edib. Yəqinki 2011-ci ildə bu 3 brouserin — İ.E. Firefox və Chrome-un yarışını izləyəcəyik. Bu artım faizi ilə getsə gələn ilin sonunda Chrome liderlik üçün Firefoxla mübarizə apara bilər.
Bazarda stabil oyunçu olan Safari və Opera-da olduqca cuzi artımla öz mövqelərini qoruyurlar:

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 6 января 2011, 16:00
  • Shaig
  • 5+5

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5+5

Təhlil →  Dilmanc vs Intelsoft


İl sona yaxınlaşır və 2010-cu ildən müəyyən nüanslar yadda qalır. Yəqin ki, 2011-in ilk günlərində bu haqda fikirlərimi daha geniş formada bölüşəcəm. Bunlardan biri də tərcümə sistemləri ilə bağlıdır. Bu ilə kimi tərcümə sistemlərindən (lüğət yox) ancaq biri — Dilmanc var idi. Onun da axırıncı versiyası saytda gəzişəndə gördüm ki, 2 il əvvəl olmuşdu.
Bu il isə, nisbətən daha aktivlik oldu demək olar.

( Ətraflı oxuyun )
Paylaş :