Təhlil →  Nar Mobile-ın yeni rəngləri (?!)


Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir.
Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı.
Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə qaldı. Ona görə də adını Super 3G qoydular və buna aid xüsusi personaj da təqdim etdilər.
Nar-dakı yeni rəngləri hiss edəndən bəri, yeni rəngdə qarşıma çıxan visualları bir kənarda saxlamağa başlayırdım. Görürəmki artıq bir blog posta sığışacaq qədər yeni rəngdə visual var.
Nar-ın yeni rəngdəki Facebook reklamlarından. Əvvəl bu «like»ı simvolizə edən işarə bənövşəyi rəngdə idi. Artıq mavi rəng çalarlarında görmək olar.


Sonra tanıtım reklamları:




Super 3G üçün personaj:

Bu personajda bir də əlavə olaraq köməkçi rəng kimi, narıncı çaları rəng var idi.
Video:


Yeni rəngləri ilə Nar-ın və Super 3G-nin nə qədər uğurlu olacağını zamanla görəcəyik. Ancaq bu rəng məsələsinin arxasında təkcə Super 3G-nin təsirimi var, yoxsa məsələ başqadır, onu da zaman göstərəcək. Üstəlik Azerfon-Vodafoneda da sakitçilikdir. Belə fikirləşirəm ki, rənglərə fikir versək yaxşıdır…
Paylaş :
  • +4
  • 3 февраля 2012, 22:11
  • Shaig

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Nədənsə, mənə elə gəlir ki, Azərbaycanda inkişaf edən şirkətlərdən yalnız Mobil operatorlardır
avatar

thebayramli

+
0
Zaur, raziyam
avatar

Nurbexsh


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.