Təhlil →  Bu il location servisləri ön planda olacaq - böyük oyunçular meydana daxil olur


Belə görsənir ki 2010 trendi location (məkan) əsaslı servislər olacaqdı. Bunu yazmağa əsas verən amil isə son zamanlarda oxuduqlarımdır.
İnternetin yüksək inkişaf etmiş yerlərində artıq bu tip social platformalar kifayət qədər populyarlaşıbdılar. Hal-hazırda bu sahədə ən böyük sayt Foursquare.com `dur. Əvvəllər məhdud şəhərlərdə aktiv olan sayt artıq bütün dünyada aktivdir və istifadəsi də getdikcə artmaqdadır. Location məsələsinin belə maraqla qarşılandığını görən böyük saytlar da bu sahəyə yönəlmək qərarına gəliblər.
Google`un yeni servisi olan Buzz`ın location əsaslı olmağı artıq bu sahəyə olan marağı göstərirdi. Bundan başqa üçüncü tərəflərin API ilə Twitter üzərindən verdiyi servislərin maraq toplaması, mikro sosial platformada birinci olan Twitter`in özünü də belə bir servis göstərmək marağında olmağına gətirib çıxardı.

Bu barədə TechCrunch`da artıq yazılmışdı. Twitter location əsaslı servisini qısa müddətə açıq saxladıqdan sonra servisi bağlayıbdı. Və ya bağlamış kimi görünür. Çünki Twitter`in Aprel ayının ortasında bir konfransı olacaqdı. Ola bilsinki location əsaslı xidmətini həmin konfransda açıqlasın.

Digər bir ehtimal da Facebook`un location əsaslı xidmətini istifadəyə verməsidir. Facebook da aprel ayının sonunda illik konfransını keçirəcəkdi. NYTimes’ın verdiyi xəbərə görə də bu konfransa location əsaslı xitmədi Facebook`un F8 adlı konfransında tanıdılacaqdı. Mənim bildiyim qədər Facebook API`lərinin köməkliyi ilə bu tip app`lar indi də var. Dostlarının harda olduğunu görmək olur.

Mənbə: 1 2 3 4
Paylaş :
  • +1
  • 12 марта 2010, 17:43
  • Shaig

Şərhlər (7)

RSS yığmaq / açmaq
+
0
Maraqlı olardı bu tip saytlardan kimin xəbəri olsa bölüşərdi.

Mən birini yazım:
ijustmadelove.com/
avatar

Shaig

  • 12 марта 2010, 19:50
+
0
Belə çıxır ki xəritənin yeni versiyası ilə tələsməliyik ;)
avatar

kataloq

  • 12 марта 2010, 23:53
+
0
Tamamilə doğrudur =).
Böyük ehtimalla istifadəçilər arasında bizim komanda da olacaqdı inşa Allah.
avatar

Shaig

  • 12 марта 2010, 23:56
+
0
100%
avatar

kataloq

  • 13 марта 2010, 17:50
+
0
nedir bele xerite seven olublar))
avatar

Strange

  • 13 марта 2010, 01:13
+
0
bəli bəli… az sonra!
avatar

kataloq

  • 13 марта 2010, 17:50
+
0
Twitter artır location xidmətini aktiv eləyibdi. Konfransı filan gözləməyibdi.

avatar

Shaig

  • 14 марта 2010, 22:47

Yalnız üzvlər şərh yaza bilər