Reytinq
0.00
səsıər:
0
avatar

Apple  



Apple →  3-cü iPad seriyası "The New iPad" adlanacaq


Məlumat verdiyimiz kimi, mart ayının 7-də 3-cü nəsil iPad tanıdılacaqdı. Gözlənilən oldu və yeni məhsul tanıdıldı.
3-cü nəsil iPad-ların adı barədə də müxtəlif versiyalar var idi. Əksər insan onun adının növbəti bir rəqəm olacağını düşünürdü — iPad3. Bəziləri isə iPad HD olacağı barədə yazmışdılar. Ancaq heç biri olmadı. 3-cü nəsil iPad «The New iPad» kod adı ilə tanıdıldı. Bu Azərbaycan dilinə tərcümədə «Yeni iPad» mənasını daşıyır. Yəni, yeni iPadların adı «Yeni iPad» olacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Apple-ın 7 mart tədbiri

Apple növbəti tədbirinin tarixini açıqladı. Adətən şirkət MWC kimi tədbirlərdə iştirak etmir və öz yeniliklərini, özünəməxsus tədbirlərdə elan edir. Belə tədbirlərdən biri də 7 martda gözlənilir.
Bəs bu tədbirdə nə tanıdılacaq? Hələki bu sualın dəqiq cavabı bilinmir. Ancaq indidən bir çox texnologiya blogları və saytlarının xəbər başlıqlarından bunun iPad3 olacağı yönündə təxminlər var. Bunu deməyə isə əsas səbəb Apple-ın media nümayəndələri üçün göndərdiyi dəvətnamədir:



( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Apple Mac OS X Mountain Lion-ı təqdim etdi


Apple, yeni əməliyyat sistemi OS X Mountain Lion yəni, 10.8-ci versiyanı istifadəyə təqdim etdi. Mac əməliyyat sistemli kompüterlərə update şəklində gələcək olan yeni əməliyyat sistemi, xüsusi yeniliklərin xaricində cəmdə 100-dən çox yeniliyi də özü ilə gətirəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Apple.az saytı hack-ləndi - yeniləmə #1


Son zamanlarda internetdə hack xəbərlərinə çox rast gəlirik. Blogumuzda prinsip olaraq daha dağıdıcılıqla yox, yaradıcılıqla bağlı məlumatları verməyi üstün tuturuq. Xüsusi istisna hallarda isə hack barədə məlumatlar verməli oluruq.
Bu istisnalardan biri də Apple.az saytına məxsusdur.
Sosial Mediadan gördüyümüz qədəri ilə sayta Türkiyəli hackler tərəfindən müdaxilə olunub. Onlar özlərini «Turkey Cyber Army» adlandırırlar.
Saytın əsas səhifəsində isə bu sözlər yazılıb:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 13 февраля 2012, 01:14
  • Weboxu
  • 2+2

Apple →  iPhone 4S-in təqdimatından videolar [edit#1] [video]


Bu gün iPhone 4-ün tanıtımı oldu. Apple bu cür tanıtımları digər texnologiya şirkətlərindən fərqli olaraq canlı yayımla vermir. Ancaq tədbirdən canlı bloglar yazılır. Tədbirin mühüm hissələri barədə Weboxu-da Engadget və başqa resurslardan əldə etdiyimi mühüm məlumatları paylaşırdıq.
CNN isə tədbirin bəzi yerlərini video formatında internetdə yerləşdirib.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Yeni iPhone 4S tanıdıldı [edit#2] + [video]


Apple aylardır gözlənilən iPhone-u tanıdacaq. Bununla birlikdə iOS 5 və iCloudun nə vaxt istifadəyə veriləcəyi bu tanıtımda bilinəcək.
Yeni iPhone-nun hansı kod adı ilə gələcəyi məluma olmasa da mediada iPhone 5 və iPhone 4S adları çox çəkilirdi.
Tədbir Apple-ın əsas mərkəzinin olduğu Cupertinoda təşkil ediləcək. Təqdimatı isə Tim Cookun etməsi gözlənilir
Tədbirdən vacib məqamları real vaxt ərzində bu yazıda bölüşəcəyik.
Tədbirdən maraqlı anlar və fotoları blogda istifadəçilərlə bölüşdük.
Apple-ın yeni telefonu iPhone 4S adı ilə istifadəyə verilir.


( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Steve Jobs, Apple CEO-luğundan istefa verdi

Steve Jobs, Çərşənbə günü həmtəsisçi olduğu Apple-ın idarə heyətinə istefasını təqdim etdi.

«Mən həmişə demişəm, əgər Apple CEO-su kimi öz vəzifəmin öhdəsindən gələ bilməsəm ilk olaraq özüm bu barədə məlumat verəcəm. Təəssüf ki, o gün gəlmişdir» deyə yazdı.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  AppStore Azərbaycan üçün də aktiv oldu [yenilənib]

Apple şirkətinə məxsus application mağazadı AppStore-da Azərbaycanın adı yox idi. Qeydiyyatdan keçmək, oradan nəsə endirmək istəyənlər qonşu ölkələr adından qeydiyyatdan keçirdilər.
Bu gün Apple-ın Azərbaycandakı mağazası Alma Store-un Facebook Page-ində bu barədə xəbər veriblər. Yazılana görə, App Store-da ölkəmizin adını əlavə etmək üçün Apple-ın Azərbaycandakı biznes partyoru olan Mac.az Ltd şirkətinin təşəbbüsü olub.
Bu mağaza Mac OS X Lion üçün olan Mac App Store-dur. Ümid edirik, ki yaxın vaxtlarda Azərbaycan Apple məhsullarında tam dəstəklənəcək. Mövzu barədə ətraflı olaraq İnfoCity-də yazılıb.
Qeyd edək ki, dünyada fəaliyyət göstərən nəhəng şirkətlərdən yalnız Apple-ın application mağazası Azərbaycan üçün aktiv deyildi. Bundan əvvəl Blackberry-nin mağazası App World və Google Androidin mağazası Android Market də Azərbaycan üçün aktivləşmişdi. Beləliklə texnologiya nəhənglərinin Azərbaycan bazarına girişləri də sürətlənir.


Yeniləmə #1: 25 iyul — iTunes Store-da da Azərbaycan adı aktivdir. Artıq istənilən şirkət öz app (proqram) –ini hazırlayaraq App Store-da yerləşdirə və lokal iPhone, iPad və iPod touch istifadəçilərinin onların xidmətlərindən yararlanmasına şərait yarada bilərlər.
Paylaş :

Apple →  WWDC 2011-dən bəzi qeydlər - Mac OS X "Lion", iOS 5, iCloud


Apple-ın hər ilki WWDC tədbiri bu ildə reallaşdı. İnsanları başlarına yığıb yenə öz yeniliklərini tanıtdılar.
Bu event-dən maraqlı bəzi qeydləri yazıda oxuya bilərsiniz.
Konfrans əsasən 3 başlıqda aparıldı.
Mac OS X «Lion»
iOS 5
iCloud


( Ətraflı oxuyun )
Paylaş :

Apple →  “Angry Birds” oyun müsabiqəsi.

Press-reliz: 27, 28, 29 May tarixlərində Alma Store mağazalarında “Angry Birds” oyun müsabiqəsində iştirak et, oyunda iştirak et və Apple iPad, iPod touch, iPod nano və ya onlarla dəyərli hədiyyə qazan.

Müsabiqə haqqında məlumat
“Angry Birds” Apple istifadəçiləri arasında ən məşhur olan oyunlardandır. Müsabiqə daha əvvəl başda New York olmaqla dünyanın bir çox ölkələrindəki Apple Store və Apple Premiun Reseller mağazalarda keçirilmişdir. Artıq Azərbaycanda da “Angry Birds” fanları da bu oyun üzrə öz məharətlərini göstərə biləcəklər.

Müsabiqə şərtləri
— Müsabiqədə iştirak etmək üçün:
1) Ad, soyad və yaşınızı mayın 27-dək info@almastore.az e-mail ünvanına “Angry Birds” başlığı ilə göndərirsiniz.
2) Və müsabiqənin keçriləcəyi tarixlərdə Park Bulvar AVM, 3-cü mərtəbədə yerləşən Alma Store mağazasına gələrək oyunda iştirak edirsiniz.

( Ətraflı oxuyun )
Paylaş :