Apple →  Apple.az saytı hack-ləndi - yeniləmə #1


Son zamanlarda internetdə hack xəbərlərinə çox rast gəlirik. Blogumuzda prinsip olaraq daha dağıdıcılıqla yox, yaradıcılıqla bağlı məlumatları verməyi üstün tuturuq. Xüsusi istisna hallarda isə hack barədə məlumatlar verməli oluruq.
Bu istisnalardan biri də Apple.az saytına məxsusdur.
Sosial Mediadan gördüyümüz qədəri ilə sayta Türkiyəli hackler tərəfindən müdaxilə olunub. Onlar özlərini «Turkey Cyber Army» adlandırırlar.
Saytın əsas səhifəsində isə bu sözlər yazılıb:
Azəri qardaşlarımızla bir çətinliyimiz(problemimiz) yoxdur hədəf Apple-dır.

Saytın görünüşü isə aşağıdakı kimidir.


Saytı whois etdikdə də, onun Apple Azərbaycanın rəsmi təmsilçisi olan şirkətə məxsusluğunu görürük:

Şirkətə məxsus digər domain olan mac.az da eyni aqibəti yaşayır.

Ancaq Apple Azərbaycana məxsus digər saytlar — alma.com.azwww.almastore.az saytları öz fəaliyyətini normal davam etdirir.

Yeniləmə #1:
Dünən istifadəçilərimiz tərəfindən şərhlərdə iphone.az-ın da eyni aqibətlə üzləşdiyini öyrənmişdik.
Bu gün apple.az mac.az və iphone.az-a daxil olanda artıq onların www.almastore.az -a yönləndirildiyinin şahidi olduq.
Paylaş :
  • +2
  • 13 февраля 2012, 01:14
  • Weboxu

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
+1
www.iphone.az ida elave edin)
avatar

hero_aze

  • 13 февраля 2012, 01:36
+
0
Yaxşı ki Azərbaycan üçün not qeud edibler. Yoxsa sonrasını təsəvür belə etmək çətindi.
avatar

Subhan_CS

  • 13 февраля 2012, 11:15

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.