Azercell → Azercell`in Datakart üçün yeni reklamı [video]
Bu gün `da gördüm bu :
Belə görsənirdiki, deyəsən Azercell 3G lisenziyasını ala bilmədiyi üçün gücünü verir bu Datakarta. Beləcə imic reklamları ilə aktual saxlamağa çalışır.
Mənə isə o maraqlıdır ki, görən bu 3G`dən sonra bu Datakart`ın aqibəti necə olacaq.
Artlab reklam agentliyi üçün yeni, imic xarakterli reklam çarxı hazırlayıb. Reklam çarxı Azercell-ə məxsus üçün hazırlanıb.
Belə görsənirdiki, deyəsən Azercell 3G lisenziyasını ala bilmədiyi üçün gücünü verir bu Datakarta. Beləcə imic reklamları ilə aktual saxlamağa çalışır.
Mənə isə o maraqlıdır ki, görən bu 3G`dən sonra bu Datakart`ın aqibəti necə olacaq.
- 0
- 6 февраля 2010, 13:32
- 18+18
Azercell → Azercell - Mobile Call Barring xidməti
Qeyri-rəsmi mənbələrdən aldığım məlumata görə də yeni bir xidmət istifadəyə veriləcəkmiş. Hələki rəsmi olaraq xidmət istifadəyə verilməyibdi.Düzü son zamanlarda bu Azercell spamları çoxalıbdı, elə bunla bağlı bir araşdırma eləyəndə rastlaşdım bu xəbərlə də. Yeni xidmətin adının Mobile Call Barring adlanması gözlənilir. Bəs bu «Mobile Call Barring» nədir? Bunun vasitəsi ilə siz öz contact əlaqələrinizi, sizə gəlib-gedən nömrələrin siyahısını özünüz tənzimləyirsiniz. Məsələn, «mənə sadəcə bu nömrələrdən zəng gəlsin» seçməklə sizə ancaq məhdud nömrələrin əlaqəsini tənzimləyə bilərsiniz. Ya da, «mənə filan nömrədən zəng gəlməsin» seçməklə ancaq bir neçə nömrənin zəngini qəbul etməyə bilərsiniz.
Bu xidmətin sərhəddinin necə olacağını bilmirəm, ancaq sərhədiz olsa idi — şəhər nömrələri, Bakcell, Azerfon, Catel kimi nömrələri və eyni zamanda Azercell`in öz reklam nömrələrini də əhatə etsə çox sevindirici olardı. Həm də ancaq zənglər yox bütün contact vasitələrini əhatə etsə idi — sms/mms. Beləcə çox yararlı xidmət olardı. İndi görək tərkibində nələr olacaq.
- 0
- 5 февраля 2010, 14:00
- 2+2
Azercell → Azercell-in Virtual Müştəri Xidməti səhifəsində "Texniki səhv"
Axşamüstü tezbazar SMS göndərmək üçün Azercell-in Webmesaj səhifəsinə daxil oldum. SMS-i göndərəndən sonra, "Ödəmələr" bölməsinə keçdim. Ən sonuncu ödəmə tarixini görəndə, bir az çaşdım. Çünki göstərilən tarixdə mən balansa kontur yükləməmişəm. Ən maraqlısı isə, son ödənilən kontur sayı idi. Şəkildən gördüyünüz kimi, sıfır kontur.

Tənbəllik eləməyib 2002-yə zəng etdim. Operator cavab verdi, bu haqda ona məlumat verdim. «Gözləyin» deyib, hardasa 3 dəqiqəlik fasilədən sonra (arada «siz gözləyirsiz də, hə?» — deyə soruşdu), bu problemin texniki səhv olduğunu, həmin tarixdə balansıma heç bir konturun yüklənmədiyini dedi. İstədim deyəm, narahat olmayın, orda samballı bir ədəd yazılmayıb ki, sıfırdır da :)) Nəysə, operatorla sağollaşdım.
Nədənsə harda belə əcaib «texniki səhv»lər var, Azercell-dən çıxır. Saat 18:30-da onlara məlumat verməyimə baxmayaraq, «texniki səhv» hələ də öz yerində durur. Sonuncu ödəmənin səhv məlumat olduğunu nəzərə alsaq, demək başlıqda yazıldığı kimi, «son üç ödəmələrim barədə məlumat»ı orda görə bilmirəm.

Tənbəllik eləməyib 2002-yə zəng etdim. Operator cavab verdi, bu haqda ona məlumat verdim. «Gözləyin» deyib, hardasa 3 dəqiqəlik fasilədən sonra (arada «siz gözləyirsiz də, hə?» — deyə soruşdu), bu problemin texniki səhv olduğunu, həmin tarixdə balansıma heç bir konturun yüklənmədiyini dedi. İstədim deyəm, narahat olmayın, orda samballı bir ədəd yazılmayıb ki, sıfırdır da :)) Nəysə, operatorla sağollaşdım.
Nədənsə harda belə əcaib «texniki səhv»lər var, Azercell-dən çıxır. Saat 18:30-da onlara məlumat verməyimə baxmayaraq, «texniki səhv» hələ də öz yerində durur. Sonuncu ödəmənin səhv məlumat olduğunu nəzərə alsaq, demək başlıqda yazıldığı kimi, «son üç ödəmələrim barədə məlumat»ı orda görə bilmirəm.
- 0
- 26 января 2010, 00:23
- 9+9
Azercell → Azercell`in WebmesajCell`ində mənfi amillər.

Artıq bir neçə vaxtdır ki, xidmətində təkmilləşdirmələr edibdi. Əvvəl belə idi ki, gün ərzində Azercell abonentlərinə 10 pulsuz SMS yollamaq olurdu. Ancaq dəyişiklikdən sonra bir neçə daha əlavələr olubdu. Belə ki, artıq ölkədaxilində bütün mobil operatorlar istiqamətində 100 ödənişli mesaj göndərmək imkanı var. Mesajı yollayırsan və səndən kontur çıxırlar. Mənfi hal isə elə məhz buradadırki, kontur çıxanda nə səbəbdən çıxdığı yazılmır. Uzun-uzadı reklamdansa çıxan konturun səbəbi də yazılsa yaxşı olardı. Çünki kimsə sizin parolunuzu oğurlayıb özü üçün Webmesaj yollasa sizdən təkcə konturlar çıxacaq. Bilməyən adam da elə Azercell`i günahlandıracaqdıki durduq yerdə məndən konturlar çıxılır. Fikrimcə yaxşı olardıki bu barədə kontur çıxanda, istifadə səbəbidə yazılsın. Səhv etmirəmdə əvvəldən elə MMS xidməti də belədir, konturun çıxma səbəbi yazılmırdı. Ancaq bu Webmesaj daha çox istifadə edilir.
Başqa bir mənfilik isə Webmesaj`ın parolu xatırlatmaq hissəsindədir. Bu problem də çoxdan bəridir var. Ancaq hələdə düzəltmirlər. Girib sadəcə nömrəni yazırsan və parolu telefon nömrəsinə yollayır. Bu təhlükəsizlik cəhətdən yaxşı prosses deyil. Telefon nömrəsindən savayı da istəməlidir parolu xatırlatmaq üçün. Elə təhlükəsizlik cəhətdən yazmaq istəmirəm ki, niyə lazımdır bu captcha. Qısa zamanda bir captcha mütləq lazımdır.
- +1
- 17 января 2010, 17:31
- 4+4
Azercell → Azercell`in internet saytı işləmir. - #3
Bu gün uzun bir müddət `in saytı işləməyibdi (mən yazını yazanda da işləmirdi). Yəqinki buna nəsə bir açıqlama gətirərlər. Bu əsasən serverlə bağlı olan hadisədir. Ola bilsinki ya DNS`lərində nəsə bir problem var.
( Ətraflı oxuyun )
- 0
- 20 декабря 2009, 17:09
- 6+6
Azercell → “Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın vaxtlarda “” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı təqdim etmək niyyətindədir.Bu xəbərlər bu gün `da rastlaşdım. Dediklərinə görə lisenziyanı verəcəklərmiş. Guya bir neçə sənəd hazırlamayıbmış Azercell`in. Maraqlıdır görən nə vaxta veriləcək lisenziya. Hər halda bir operatorda olmasa yaxşıdır lisenziya. Amma Azercell`dədə belə bir pis xasiyyət varki, çox bahaçıldı. Bilmirəm indi 3G lisenziyası alsalar bu qiymət rəqabətinə təsir edəcək ya yox…
- 0
- 11 декабря 2009, 13:13
- 3+3
Azercell → Sizin ideyanız var ?

Lakin onu həyata keçirməyə imkanınız yoxdur?
Ideyanızı bizimlə paylaşın və Barama layihəsinə qoşulun!
Barama layihəsinin əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaların tədqiqatı, təkmilləşdirilməsi və nəhayət həyata keçirilməsini təmin etməkdir. Layihədə iştirak etmək üçün aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, ideyanızı və digər əlaqəli sənəd və materialları Azercell-ə göndərin. Ərizələr davamlı olaraq qəbul edilir, bu o deməkdir ki, müraciətlərin göndərilməsində heç bir vaxt məhdudiyyəti mövcud deyil. İdeyalara dair əsas tələblər: ideyanın dəyərliyi onun nə dərəcədə kreativ, yenilikçi, sosial-iqtisadi nöqteyi nəzərdən faydalı olmasından asılı olacaq.
( Ətraflı oxuyun )
- +1
- 14 октября 2009, 19:20
- 35+35
Azercell → “Azercell” şirkətində təcrübə proqramı
Azercell-də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və burda karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi, həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir.Bu ilki təcrübə proqramı İKT-nin ən dinamik qruplarından birində — Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin müddəti 3 ay təşkil edəcək.
( Ətraflı oxuyun )
- +2
- 14 октября 2009, 18:59
- şərh yaz


