Azercell →  Azercell`in WebmesajCell`ində mənfi amillər.


Artıq bir neçə vaxtdır ki, Azercell Webmesajcell xidmətində təkmilləşdirmələr edibdi. Əvvəl belə idi ki, gün ərzində Azercell abonentlərinə 10 pulsuz SMS yollamaq olurdu. Ancaq dəyişiklikdən sonra bir neçə daha əlavələr olubdu. Belə ki, artıq ölkədaxilində bütün mobil operatorlar istiqamətində 100 ödənişli mesaj göndərmək imkanı var. Mesajı yollayırsan və səndən kontur çıxırlar. Mənfi hal isə elə məhz buradadırki, kontur çıxanda nə səbəbdən çıxdığı yazılmır. Uzun-uzadı reklamdansa çıxan konturun səbəbi də yazılsa yaxşı olardı. Çünki kimsə sizin parolunuzu oğurlayıb özü üçün Webmesaj yollasa sizdən təkcə konturlar çıxacaq. Bilməyən adam da elə Azercell`i günahlandıracaqdıki durduq yerdə məndən konturlar çıxılır. Fikrimcə yaxşı olardıki bu barədə kontur çıxanda, istifadə səbəbidə yazılsın. Səhv etmirəmdə əvvəldən elə MMS xidməti də belədir, konturun çıxma səbəbi yazılmırdı. Ancaq bu Webmesaj daha çox istifadə edilir.
Başqa bir mənfilik isə Webmesaj`ın parolu xatırlatmaq hissəsindədir. Bu problem də çoxdan bəridir var. Ancaq hələdə düzəltmirlər. Girib sadəcə nömrəni yazırsan və parolu telefon nömrəsinə yollayır. Bu təhlükəsizlik cəhətdən yaxşı prosses deyil. Telefon nömrəsindən savayı captcha da istəməlidir parolu xatırlatmaq üçün. Elə təhlükəsizlik cəhətdən yazmaq istəmirəm ki, niyə lazımdır bu captcha. Qısa zamanda buraya bir captcha mütləq lazımdır.
Paylaş :
  • +1
  • 17 января 2010, 17:31
  • Shaig

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
0
Çox yaxşı məsələyə toxunmusan. Məndə çoxdan istəyirdim bunun işiqlandırılmasını. Həmdə Azercell saytında bəzi jsp errorlarına rast gəlmişəm.
avatar

Rashid

  • 18 января 2010, 08:11
+
0
Guya captcha yazanda nəsə olur?
Telefon insanın şəxsi malıdır,əgər o buna nəzarət edə bilmirsə Azercell neyləsin? Əgər o insanın mənim telefonuma əli çatırsa,onsuz da mesaj yaza bilər,daha VebmesajCell nəyə lazım? Əgər mənim telefonuma gələn parolu görə bilirsə,deməli telefonumda başqa şeyləri də edə bilər.
avatar

kefkom

  • 18 января 2010, 10:53
+
0
Təbii ki captcha olub-olmamağı ilə nəsə olur. Hər halda nələr olduğunu açıq şəkildə yazmaq istəmədim. Yoxsa bura boş-boşuna yazmaram. Mənim Azercell`lə şəxsi qərəzliyim yoxdur.
avatar

Shaig

  • 18 января 2010, 10:59
+
0
söhbət ondan gedir ki, captcha olmayanda nəsə ola bilər və burda söhbət itmiş şifrə ilə bağlı məsələ deyil və heç kim abonentin parolu yadından çıxarmasına görə Azerceli qınamır, sadəcə texniki bir amildir, hansı ki istənilən Azercell abonenti üçün bu problem yarada bilər.
avatar

Sadig

  • 18 января 2010, 11:00

Yalnız üzvlər şərh yaza bilər