Azercell → Azercell - Mobile Call Barring xidməti
Qeyri-rəsmi mənbələrdən aldığım məlumata görə də yeni bir xidmət istifadəyə veriləcəkmiş. Hələki rəsmi olaraq xidmət istifadəyə verilməyibdi.Düzü son zamanlarda bu Azercell spamları çoxalıbdı, elə bunla bağlı bir araşdırma eləyəndə rastlaşdım bu xəbərlə də. Yeni xidmətin adının Mobile Call Barring adlanması gözlənilir. Bəs bu «Mobile Call Barring» nədir? Bunun vasitəsi ilə siz öz contact əlaqələrinizi, sizə gəlib-gedən nömrələrin siyahısını özünüz tənzimləyirsiniz. Məsələn, «mənə sadəcə bu nömrələrdən zəng gəlsin» seçməklə sizə ancaq məhdud nömrələrin əlaqəsini tənzimləyə bilərsiniz. Ya da, «mənə filan nömrədən zəng gəlməsin» seçməklə ancaq bir neçə nömrənin zəngini qəbul etməyə bilərsiniz.
Bu xidmətin sərhəddinin necə olacağını bilmirəm, ancaq sərhədiz olsa idi — şəhər nömrələri, Bakcell, Azerfon, Catel kimi nömrələri və eyni zamanda Azercell`in öz reklam nömrələrini də əhatə etsə çox sevindirici olardı. Həm də ancaq zənglər yox bütün contact vasitələrini əhatə etsə idi — sms/mms. Beləcə çox yararlı xidmət olardı. İndi görək tərkibində nələr olacaq.



Şərhlər (2)
RSS yığmaq / açmaqSadig
Baku
Yalnız üzvlər şərh yaza bilər