Bakcell → Bakcell bütün mobil telefon istifadəçilərinə öz "yardım əlini" uzadır

İlkCell – Azərbaycanda daha bir yenilik tətbiq etdi.
Bakcell şirkəti mart ayından başlayaraq Azərbaycanda ilk dəfə mobil telefonların batareyasını enerji ilə təmin etmək üçün xüsusi aparatlar quraşdıracaq. Bu unikal imkandan bütün mobil telefon istifadəçiləri PULSUZ yararlana biləcəklər. Hər bir aparatın korpusunda müxtəlif markalı mobil telefonlar üçün 6 ədəd batareya doldurucusu yerləşdirilib. Batareyası sönmüş telefonu yenidən aktiv etmək üçün onu 5-10 dəqiqə aparatda saxlamaq lazımdır. Qeyd edək ki, ilkin olaraq sözügüdən aparatlar paytaxtın 25 nöqtəsində quraşdırılacaq.
- 0
- 20 февраля 2012, 13:49
- şərh yaz
Bakcell → Bakcell-in CINeration abunəçiləri üçün Zero Facebook

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi şirkəti elan edir ki, 07 fevral 2012-ci il tarixindən etibarən zero.facebook xidmətindən müstəsna olaraq yalnız CINeration abunəçiləri istifadə edə biləcəklər.
Mobil telefonlardan zero.facebook.com səhifəsinə giriş CINeration abunəçiləri üçün tamamilə pulsuz olacaq. Onlar eynilə adi facebook.com saytında olduğu kimi burada da öz statuslarını yeniləyə, xəbərləri oxuya, ismarıclar göndərə, gələn ismarıclara cavab verə və dostların səhifəsinə yaza biləcəklər. Yalnız şəkillərə baxdıqda və ya zero.facebook.com səhifəsini tərk edib digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərin balansından pul çıxılacaq. İstifadəçi şəkillərə baxmaq və ya digər mobil səhifəyə keçmək istədikdə ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə xəbərdarlıq ediləcək.
zero.facebook xidmətindən istifadə etmək üçün CINeration abunəçiləri öz mobil telefonlarından aşağıdakı ünvanlardan birinə daxil ola bilərlər:
( Ətraflı oxuyun )
- +3
- 7 февраля 2012, 14:33
- 2+2
Bakcell → Twitter-i @Bakcell nömrələrinə qoşmaq imkanı yaranır

İnternetin populyar saytların olan microblog servisi -in bir çox funksiyalarından da biri SMS ilə saytdan istifadə imkanıdır. Nömrəsini servisə qoşan istifadəçilər SMS vasitəsilə «mention»lar və s. kimi notification-lar telefona gəlir. Eyni zamanda telefondan da Tweet yazmaq imkanı yaranır.
Bu servis Azərbaycan üçün aktiv deyildi. Artıq istifadəçiləri üçün öz nömrələrini sayta qoşmaq imkanı .
( Ətraflı oxuyun )
- +2
- 9 декабря 2011, 11:29
- 10+10
Bakcell → Bakcell və Opera ilə "Limitsiz internet" yeniləmə#1

Bu gün, ilə -nın tədbirinə dəvət almışdıq.
Tədbirdə Bakcell ilə Opera arasında olan əməkdaşlıq barədə məlumat verirdilər. Bundan sonra Bakcell istifadəçiləri, Opera Mini browseri ilə internetdə daha sərfəli vaxt keçirəcəklər. Tədbirdə həm Bakcell CEO-su Riçard Şirer, həm də Operadan MDB üzrə General Manager Mikhail Ilin əməkdaşlıq barədə məlumat verdilər.
İnternetdə limitsiz gəzmək imkanını aylıq 1.99 manata və ya gündəlik 19 qəpiyə əldə etmək mümkün olacaq.
Yeniləmə#1: Opera üçün hazırlanmış səhifədə — «2011-ci ilin Dekabr 1-dən- 2012-ci ilin Martın 1-ə kimi müddətdə Siz Opera Mini ilə 1 aylıq limitsiz İnterneti cəmi 1.99 AZN-ə əldə edə bilərsiniz» deyə qeyd edilir. Bu da ola bilsin ki, kampaniya xarakteri daşıyır. Çünki, cədvəldə aylıq qiymət başqa formada göstərilib. Əgər bir dəyişiklik olsa bu barədə yenidən düzəliş edərəm.
Limitsiz internet paketlərinə qoşulmaq üçün SMS ilə 1 (1 gün üçün) ya da 30 (1 ay üçün) yazaraq 6464-ə yollamaq lazımdır. Yəqin ki, qısa müddətə Bakcell-in saytında tariflər və əməkdaşlıq barədə daha ətraflı məlumat verilər.
( Ətraflı oxuyun )
- +3
- 1 декабря 2011, 13:56
- 3+3
Bakcell → Bakcell də 3G xidmətlərini təklif edir

Azercell barədə postumuzda istifadəçilərdən biri -in 3G tariflərinin adının "sür@" ola biləcəyini . Həqiqətən də Bakcell-in 3G xidməti belə adlanır. Xidmətin istifadəsi sərgisində baş tutub:
Azərbaycanın Ilk Mobil Operatoru Bakcell şirkəti noyabrın 23-də “BakuTel” sərgisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə öz 3G xidmətlərinin kommersiya istifadəsinə verildiyini elan edib. Prezidentlə birlikdə mərasimdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov da iştirak edib.
( Ətraflı oxuyun )
- 0
- 23 ноября 2011, 11:51
- 1+1
Bakcell → Bakcell-dən 3G xidmətləri barədə yeni xəbər

Bakcell Facebook səhifəsində 3G ilə istifadəçiləri məlumatlandırdı. Onlar prosedura və sınaqlar barədə istifadəçələrə məlumat :
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti 3G xidmətlərinin göstərilməsinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir. Test rejimi ölkənin 3G standartında yüksək sürətli mobil internet xidmətlərinin göstərilməsi üçün tam hazır olan 62 şəhərində aktivləşdirilib. Şirkətin çoxdan gözlənilən 3G şəbəkəsi noyabrın 3-də — 3G lisenziyasının verilməsindən və radiotezliklərin test rejimində istifadəsinə dair B&BTV şirkəti ilə müvafiq protokolun imzalanmasından dərhal sonra aktivləşdirilib.
( Ətraflı oxuyun )
- +1
- 18 ноября 2011, 21:41
- şərh yaz
Bakcell → Bakcell şəbəkəsində nasazlıqlar meydana gəlib

Bu gün Bakcell şəbəkəsində bir sıra nasazlıqlar əmələ gəlib. Bu barədə sosial mediada istifadəçilə öz narahatlıqlarını ciddi şəkildə bildiriblər. Xüsusilə Facebook-da Bakcell-in rəsmi səhifəsinə şikayətlər çox olub. Twitter-də isə şikayət edənlər o qədər də çox deyil.
Mövzu ilə bağlı Bakcell Facebook səhifəsində :
Bu gün qısa müddət ərzində Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən bəzi rayonlarında (Yasamal, Səbail, Qaradağ) Bakcell abunəçilərinə göstərilən xidmətlərdə müəyyən məhdudiyyətlər yaranıb. Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, problemin müştərilərə təsiri minimuma endirilib və nasazlıqlar artıq aradan qaldırılıb. Nasazlıqların abunəçilərə təsirini məhdudlaşdırmaq üçün Bakcell şirkəti tərəfindən təcili və effektiv tədbirlər görülüb.
( Ətraflı oxuyun )
- +1
- 11 октября 2011, 14:35
- şərh yaz
Bakcell → Bakcell-də Facebook Zero yenidən aktivləşdi

Mart ayında Bakcell Facebook Zero xidmətini mart ayında . Sonra müəyyən səbəblərdən .
Bakcell Facebook page-indən servisin aktivləşməyi ilə əlaqəli yenidən açıqlama :
( Ətraflı oxuyun )
- 0
- 8 июля 2011, 12:31
- 2+2
Bakcell → Bakcell səs-sədasız manata keçdi
-dən fərqli olaraq, -in konturdan manata keçişi çox səssiz oldu. Ona görə əvvəldən də bu barədə çox məlumat verəsi olmadıq.Artıq ölkədə bütün operatorlar manatladır. Düşünürəm ki, operatorlar arasında əsl rəqabət bundan sonra başlayacaq. Reklamlarda istifadə edilən sözlərə daha çox diqqət yetirilməli olacaqlar. Yalandan ən sərfəli deməklə «baş aldatmaq» dövrü geridə qalacaq. Ən azından dəqiqənin qəpiklə qarşılığı aydın görünəcək.
( Ətraflı oxuyun )
- +2
- 5 мая 2011, 14:49
- 9+9
Bakcell → Bakcell internetə qoşulmaq üçün yeni vasitə - internet kartlarını təqdim edir
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti yeni bir məhsul – internet kartlarını təqdim edir. Bakcell-in internet istifadəçiləri yeni kartların köməyi ilə öz mobil telefonları və ya kompyuterlərindən internetə qoşula bilərlər.Bakcell-in bütün abunəçiləri internet kartlarından istifadə etməklə öz mobil telefonlarına və ya data kartlarına internet paketi yükləyə bilərlər. İnternet kartını aktivləşdirmək üçün kartın üzərində olan 14 rəqəmli kodu pozub *102# nömrəsinə göndərmək lazımdır.
( Ətraflı oxuyun )
- +2
- 20 апреля 2011, 15:03
- 1+1



