Reytinq
+3.11
səsıər:
4
avatar

Box.az  



Box.az →  Box.az Chat istifadəyə hazırdı.

Box.az-ın yeni chat-ı haqqında əvvəl də məlumat vermişdim.
Artıq proqram istifadəyə hazırdır. Endirib kompüterinizə quraşdıra bilərsiniz.
Endirmə səhifəsindən sitatlar:
Kim? ilə tam inteqrasiya

Rahatlıq üçün Box.az Chatı digər Box.az xidmətləri ilə sıx inteqrasiya olunub. Profil şəkilləri və digər məlumatlar avtomatik olaraq çatda yenilənir. Həmçinin dostlarınızın Kim? profillərini də asanlıqla görə bilərsiniz.



( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 9 августа 2010, 16:59
  • Shaig
  • 7+7

Box.az →  Box.az Chat necə görünür? [foto]


Azərbaycanın ilk çat (ani mesaj) proqramını kompüterinizə yükləyə bilməyiniz üçün təqribi 4 gün vaxt qalır. Bu haqda bir müddət əvvəl də yazmışdım. Bu proqramın köməkliyi ilə, nələr etməyin mümkün olduğu bütün istifadəçilərə artıq bəllidir. Əsas maraq proqramı yükləyib, ondan istifadənin necə olduğunu öyrənməkdir. Bəs ilk ani mesaj proqramı necə görünür? Maraqlananlar üçün proqramdan 2 ekran görünüşünü blogda yerləşdirim:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 5 августа 2010, 12:28
  • Shaig
  • 7+7

Box.az →  Box.az Chat - yeni chat qutunuz

Son zamanlarda Box.az haqqında çox danışırıq. Hələ bir neçə müddət də danışacağıq. Bu il yerli e-mail servisi Box.az-ın 10 yaşı tamam olur. Bu münasibətlə də, bir çox yeniliyi ilk yubileyinə sığdırmaq niyyətindədir. Bir müddət əvvəl chat servisini GoogleYandexə inteqrasiya edən Box.az, son olaraq Kim servisini istifadəyə vermişdi.
Növbədə isə Azərbaycanın ilk messengeri var. Siz internet üzərindən söhbətləşməklə birgə, kompüterinizə yükləyəcəyiniz IM ilə daha rahat ünsiyyət saxlaya biləcəksiniz.
Box.az Chat təqribi iki həftə sonra yəni Box.az-ın 10 illiyi ərəfəsində istifadəyə veriləcək. Proqramı bu linkdən yükləyə biləcəksiniz — chat.box.az/.


Mövzunu diqqətdə saxlayacam. Rahat istifadə etdikdən sonra da ətraflı fikirlərimi yazaram.
Paylaş :

Box.az →  Box.az-da Kim? var.

Bu gün Box.az rəsmi blogundan yeni bir xidmətini tanıtdı. Yeniliyin şərti adı «Kim?»dir. Bu Box.az-ın yeniliklər silsiləsindən olan növbəti addımdır. Əslində bu şərti ad mənə heç də yad deyil. 2008-ci ildə Barcamp Azərbaycanda tanıtımı edilmişdi — Kim.az. Düzdü fərqli ampulada idi. Ancaq indiki forma daha fərqli və daha yaxşıdır. O vaxtki təqdimat haqqında fikirlərimi Oxatanda yazmışdım.
Yeni Kim haqqında isə Box.az-ın rəsmi blogundan oxuyun, mən isə öz fikirlərimi qeyd edim.

( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  Box.az Delta-ya köçür [yenilənmə #2 ]

Azərbaycanın ən böyük e-mail servisi Box.az, 27 May, 14:00 – 18:00 saatları arasında xidmətlərində fasilələr müşahidə ediləcəyini rəsmi blogunda istifadəçilərinə bildirdi.
Bu fasilənin səbəbi Box.az-ın DataCenter-ni dəyişməyidir. İndi Box.az-ın serverləri Azeronline-da yerləşir. Serverin köçürülməsi ilə bağlı məsələ ayın əvvəlindən aktual idi. Ancaq ayın sonuna təxirə salınmalı oldu. Box.az-ın serverləri Azeronline-dan fiziki olaraq Delta Telecoma köçürüləcək.
Bir müddət əvvəl Delta Telecom-un cari ilin sonuna kimi ölkənin internet resurslarının 90-95 faizini ötən il milli informasiya resurslarının yerləşdirilməsi məqsədilə yaradılmış data-mərkəzinə keçirtməyi planlaşdırması ilə əlaqədar xəbər çıxmışdı. Deyəsən artıq prosses başlayır. Xeyirli olsun.

Box.az artıq Delta Telecom-dadır.
Paylaş :

Box.az →  Unudulmuş parolların bərpası mexanizmi yeniləndi

Box.az rəsmi blogunda yeniliyini təqdim etdi:
Parolun unudularaq və ya başqa bir səbəbdən itirilməsi heç də nadir hallardan deyil. Misal üçün tez-tez rast gəlinən hallardan biri – parolumuzu dəyişirik, növbəti girişdə isə yeni parol yada düşmür! Bu cür hallarda istifadəçilərimizin yardımına parolun bərpası sistemi gəlir.

Lakin parolunuzu bərpa etmə üsulundan təkcə siz deyil, sizin hesabınızı ələ keçirmək istəyən başqa şəxslər də ola bilər. Məhz buna görə, istifadəçilərimizin xidmətdən daha əminliklə istifadə etmələri üçün biz parolun bərpa sistemini yenilədik, onu daha etibarlı və təhlükəsiz etdik.

Yeni parolu bərpa etmək üçün istifadəçi adınızı daxil etdikdən sonra sistem avtomatik olaraq bu istifadəçiyə uyğun bərpa üsullarını göstərəcək.


( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  Box.az sosiallaşır


Son vaxtlarda Box.az`dan çox danışmağa başladıq. İndi də görürəm ki, internetimizin populyar e-poçt servisi Box.az getdikcə sosiallaşmağa başlayır.
Belə ki, bütün box.az istifadəçilərinə "Şəxsi Məlumatların Paylaşması Haqda Mühüm Məlumat" başlıqlı e-mail yollayıbdı. Maili oxuyanda belə qənaətə gəlmək olar ki, Box.az mail olmaqla yanaşı həmdə gedərək sosiallaşır. Əslində bu da təəccüblü deyil. Elə dünən yazmışdımki, Google da Gmail tərkibində Google Buzz`u işə salıbdı. Box.az`ın mailinin tərkibi isə belədir:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 10 февраля 2010, 14:52
  • Shaig
  • 8+8

Box.az →  Google və Yandex-dakı dostlarınızla çatlaşın

Box.az`ın blogundan rəsmi açıqlama:
Box.az istifadəçiləri artıq yalnız öz aralarında deyil, həmçinin Google və Yandex-dakı dostları ilə də çatlaşa biləcəklər.
Box.az Çatı genişlənərək digər çat xidmətləri ilə əlaqə yaratmağa başladı. Bunlardan ilk ikisi rusiyanın ən böyük portallarından olan Yandex və dünyanın nəhənglərindən olan Google oldu.
Əgər sizin əlaqə qurmaq istədiyiniz şəxs Google Talk/Gmail və ya Yandex Online-dan istifadə edirsə, sadəcə onun poçt ünvanını “Çata dəvət et” qutusuna daxil edib onunla çatlaşmaq istədiyinizi bildirin. Həmin şəxsin poçt ünvanı müvafiq olaraq @gmail.com, @googlemail.com, @ya.ru, və ya @yandex.ru sunluqlarından biri ilə bitməlidir. Bundan sonra siz həmin şəxslə adi qaydada çatlaşa biləcəksiniz.
Onu da qeyd etməliyik ki, sizin tam adınız və profayl şəkliniz çata dəvət etdiyiniz şəxsin çat proqramında avtomatik olaraq görünəcək. Misal üçün, aşağıda Yandex istifadəçisinin Box.az çatındakı dostu ilə yazışarkən gördüyü profal şəkili və adı göstərilmişdir. (Qeyd: Google-dakı məhdudiyyətdən dolayı Google istifadəçiləri Box.az-dakı profayl şəkillərini hələlik görə bilmir)
Bu bağlantı təkcə birtərəfli deyil. Yəni sizin Google Talk, Gmail, və ya Yandex istifadə edən dostlarınız da sizi öz çatlarına əlavə edə bilərlər. Bunun üçün onlar sadəcə sizin Box.az-dakı email ünvanını öz kontakt siyahılarına əlavə etməlidirlər.

Çata dost əlavə etmək haqda əlavə məlumatla burada tanış ola bilərsiniz: blog.box.az/docs/chat/
Paylaş :

Box.az →  Box.az connected to GMail - yerli eMail servisindən yenilik! [pic]


Azərbaycanın ən böyük yerli elektron poçt xidməti Box.az növbəti yeniliyini açıqlamağa hazırlaşır. Onsuzda son zamanlarda kifayət qədər inkişafa meyl edən Box.az hələki sürətini dayandırmır. Göz dəyməsin! 2009`un ikinci yarısında Box.az`da e-mail servisi ilə birgə daxili chat servisi də fəaliyyətə başlamışdı. Bildiyimiz kimi belə bir servis GMail`də də mövcuddur. Bu istifadəsinə görə çox rahat bir servisdir. Çünki e-mail listində olanlar online olduqda cəld çatdırmaq istədiyin söz olanda məktub yazmaq yerində birbaşa online olaraq çatdırırsan. Box.az da bu yeniliyi edərək istifadəçilərinin işini bir xeyli yüngülləşdirmişdi. İndiki yenilik isə istifadəçiləri daha çox sevindirəcək. Çünki artıq Box.az istifadəçiləri ilə GMail istifadəçiləri arasında da birbaşa — online ünsiyyət saxlamaq mümkün olacaqdı. Günümüzün internet trendi olan API`lərin bizə verdiyi böyük üstünlüklər sayəsində, istifadəçilərin bu cür rahatlıqları təmin olunur. Box.az`ın bu yeniliyi də alqışalayiqdir. Servisi mən test elədim, istifadəsi çox rahatdır. Sizdə bu yeniliyi test edə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  Box.az`dan spamlar haqqında açıqlama

Cisco nümayəndəliyinin dünyadakı spamlar haqqında açıqlamasından sonra yerli e-mail servisi Box.az da öz blogunda spamlar haqqında açıqlamasını etdi. Yerli və xarici spamlar, onlardan minimum əziyyət çəkmək üçün görülən tədbirlər.
Son illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil etmişdir[1]. Box.az da istisna deyil. Bu bloq yazısında Box.az-dakı spamlara və onları əngəlləmək üçün görülən tədbirlərə nəzər salacayıq.

Ümumiyyətlə Box.az-a gələn spamları 2 qrupa bölmək olar: xarici və yerli spamlar.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 9 декабря 2009, 08:23
  • Shaig
  • 2+2