Facebook → Facebook, IPO-ya 38$-dan açılır
Facebookun etdiyi açıqlama ilə gözlənilən IPO — birjaya açılma ilə əlaqədar detallar müəyyənləşdi. Açıqlamaya görə 18 May Cümə günü NASDAQ-da 421.233.615 hissəsinin, hissə başına 38 dollardan əməliyyata açılacaq. Daha əvvəl müxtəlif mənbələrdə səsləndiyi kimi şirkət birjada qısaltma olaraq FB simvolunu istifadə edəcək.Hissələrin açılış dəyərinin rəsmi olaraq açıqlanmasından sonra bir sıra suallar da cavabını tapdı. Uzun müddətdir IPO-a açılandan sonra şirkətin dəyərinin nə qədər olacağı biznes dünyasının maraq obyektində idi. Beləliklə Facebook IPO-a son dövrlərin ən yüksək məbləği ilə açılır — 104 milyard dollardan. Ancaq birjada hissələrin dəyəri arta da, azala da bilər, bu zaman Facebook dəyəri düz mütənasib olaraq artacaq və ya azalacaq.
( Ətraflı oxuyun )
Facebook → Facebook tətbiq mağazası açdı - App Center

IPO-a açılmaq üzrə olan Facebook, son günlərdə həm satınalmaları, həm də yenilikləri ilə diqqətləri üzərinə çəkir. Bu dəfə də fərqli bir yeniliklə istifadəçilərə xidmət verəcək.
Bu dəfə də, sosial media nəhəngi, mobil telefonlar üçün tətbiq mağazası ( application store) açdı. Başda iOS və Android olmaq üzrə müxtəlif platformalar üçün proqram dəstəyi təqdim edəcək olan xidmətdə bir çox kateqoriyadan yüzlərlə proqram istifadəçilərin xidmətində olacaq.
( Ətraflı oxuyun )
Facebook → Facebook, Microsoft-dan 650 patent alır

Facebook və Microsoft arasında olan iş münasibətləri patent sahəsində də davam edir. Microsoftun yaxın zamanda AOLdən aldığı patentləri Facebook ilə paylaşmağı planlaşdırır.
Buna görə Microsoft əlindəki 650 patentini 550 milyon dollar qarşılığında Facebooka satmaq hazırlığındadır. Satış sonrasıdırsa Microsoft təxminən 275 AOL patentinin hələ də sahibi olacaq. Digər tərəfdən 650 patentin istifadəsinin də lisansını əlində tutacaq.
Facebookun bu satın almasının səbəbi Yahooya qarşı əlini gücləndirməkdirmi, yoxsa IPO-a açılmağın əvvəlində dəyərini yüksəltməkmidir hələ bilinrmi. Ancaq bunlarla əlini kifayət qədər gücləndirir.
- +1
- 25 апреля 2012, 04:07
- şərh yaz
Facebook → Facebook 901 Milyon İstifadəçiyə Çatdı
Dünyadakı ən məşhur sosial şəbəkə mövqesindəki Facebook, Bazar ertəsi etibarilə 901 milyon istifadəçiyə çatdı. Şirkət dəyişdirdiyi gündə 3.2 milyard şərh edildiyini və 300 milyon yeni fotoşəkilin əlavə olunduğunu bildirib. Ayrıca saytda 125 milyard dostluq, 901 milyon istifadəçinin 526 milyonunun Mart ayında aktiv istifadəçilər olduğu ifadə edilib. Əlavə olaraq forma görə Mart ayında 488 milyon adam Facebookun mobil məhsullarını istifadə edib. Mobil məhsullar dedikdə Facebook Messenger və Facebook-un smartfonlar üçün applicationları var.
( Ətraflı oxuyun )
- 0
- 24 апреля 2012, 03:12
- şərh yaz
Facebook → Facebook, Android app-ını yenilədi

Instagram gündəmdə olan Facebook, Android tətbiqini (app) yenilədi. 1.9.0 versiyaya yüksəldilən tətbiqdə həm daha əvvəldən məlumat verilən müxtəlif səhvlər aradan qaldırılarkən həm də performans yüksəldilməsi və yeni xüsusiyyətlər də əlavə edilib.
( Ətraflı oxuyun )
- +2
- 23 апреля 2012, 02:26
- şərh yaz
Facebook → Facebook, Instagram-ı 1milyard dollara satın aldı

-dan gözlənilməz : foto paylaşım tətbiqini 1 milyard dollara satın alıblar. Bu barədə Mark Zuckerberg Facebook statusunda məlumat . Artıq Instagram-ın rəsmi blogunda da bu barədə məlumat .
Satış prosedurasının 1 aya bitməyi gözlənilir.
( Ətraflı oxuyun )
- +2
- 9 апреля 2012, 22:19
- şərh yaz
Facebook → Facebook daha yaxşı axtarış üçün çalışır

800 milyondan artıq istifadəçisiylə ən böyük sosial şəbəkə mövqeyindəki Facebook axtarış xüsusiyyətlərini daha çox inkişaf etdirmək üçün işlər aparır. Facebook-un axtarış tərəfi olduqca zəifdir. Ən çox Facebook daxili açıq statuslarda, səhifələrdəki commentlərdə olan axtarışlar istənilən səviyyədə deyil. Axtarılan məlumatlar çətin tapılır və ya heç tapılmır.
( Ətraflı oxuyun )
- +2
- 5 апреля 2012, 02:47
- şərh yaz
Facebook → Facebook səhifələri üçün TimeLine aktivləşdi

Page-lər — səhifələri üçün yeni profil stilinə uygun olaraq TimeLine Page-lərə keçid başlayır.
Hələki səhifələri yeni stilə tam keçirməyiblər. Ancaq istəyənlər yeni stili aktivləşdirə bilərlər. Mart ayının 30-dan etibarən isə bütün səhifələrin yeni stilə keçməyi planşdırılır.
( Ətraflı oxuyun )
- 0
- 29 февраля 2012, 17:49
- 1+1
Facebook → Facebook-da təsdiqlənmiş (verified) hesablar dövrü başlayır
Bildiyiniz kimi Facebook, istifadəçilərinin əsl adlarını istifadə etməsi mövzusunda olduqca qatı qaydalara sahibdi. Hətta uzun müddətdir sayta üzv olarkən adı ya da soyadından şübhə duyulan istifadəçilərin hesab açmaq üçün adlarını sübut etməyi lazım idi. Techcrunch.com-un verdiyi məlumata görə, Twitterdən bildiyimiz Verified Account (Təsdiqlənmiş Hesab) Facebookda da tətbiq olunacaq. Buna müraciət etməyin bir yolu yox. Yalnız Facebookun seçdiyi istifadəçilər bu tətbiqdən faydalana biləcək. Facebookun bu seçimi edərkən müəyyən bir abunə sayını meyar götürəcəyi təxmin edilir.
( Ətraflı oxuyun )
- +2
- 16 февраля 2012, 15:20
- şərh yaz
Facebook → Birjadakı (IPO) Facebook

Xarici bazarı həyəcanlandıra Facebook-un birjaya açılma prossesi eyni zamanda Facebookla bağlı maraqlı statistikaları da ortaya çıxarır. İndiyə qədər bu qədər dəqiq rəqəmlərin açıqlamama səbəbi Facebookun qapalı şirkət olmağı idi. Artıq bütün rəqəmlər hər kəsə açıq olacaq.
Şirkətin səhmləri 5 milyard dollardan satışa çıxarılacaq.
Facebookun açıqlanan gəlirləri də olduqca yüksəkdir. 845 milyon aylıq aktiv istifadəçisi olduğu deyilən Facebookun 2011-ci ildə 3.71 milyard Dollar gəlir əldə edib. 2010-cu ilə görə iki qat olan bu gəlir miqdarının 1 milyard Dolları isə mənfəətdir. Ayrıca, şirkətin 3.9 milyard Dollar nağd pulu var.
( Ətraflı oxuyun )
- 0
- 2 февраля 2012, 21:10
- 4+4



