Facebook → Birjadakı (IPO) Facebook

Xarici bazarı həyəcanlandıra Facebook-un birjaya açılma prossesi eyni zamanda Facebookla bağlı maraqlı statistikaları da ortaya çıxarır. İndiyə qədər bu qədər dəqiq rəqəmlərin açıqlamama səbəbi Facebookun qapalı şirkət olmağı idi. Artıq bütün rəqəmlər hər kəsə açıq olacaq.
Şirkətin səhmləri 5 milyard dollardan satışa çıxarılacaq.
Facebookun açıqlanan gəlirləri də olduqca yüksəkdir. 845 milyon aylıq aktiv istifadəçisi olduğu deyilən Facebookun 2011-ci ildə 3.71 milyard Dollar gəlir əldə edib. 2010-cu ilə görə iki qat olan bu gəlir miqdarının 1 milyard Dolları isə mənfəətdir. Ayrıca, şirkətin 3.9 milyard Dollar nağd pulu var.
Facebookun CEO-su və qurucusu Mark Zuckerbergin şirkətdəki hissəsi 28.4%-dir. Onun keçən il 483,000 Dollar maaş və əlavə olaraq 220,000 Dollar bonus əldə edib.
Şirkətin 5 milyard Dollarlıq birjaya açılış miqdarı Facebookun dəyərini 100 milyard Dollar olaraq təyin etməkdədir.
Rəqəmlər:

Facebookun 31 dekabr 2011-ci il tarixinə qədər olan müddətdə aylıq 845 milyon aktiv istifadəçisi olduğu açıqlanarkən bu rəqəmin ötən ilin eyni dövrünə görə 39% artdığı ifadə edilməkdədi. 31 dekabr 2010 tarixində Facebookun aylıq aktiv istifadəçi sayı 608 milyon idi.
Facebookun gündəlik aktiv ziyarətçi sayı isə 483 milyon olaraq açıqlandı. Bu rəqəm keçən il eyni dövrdə 327 milyon idi.
Facebook haqqında ortaya çıxan digər təəccüblü nöqtə isə Facebookun mobil cihazlar vasitəsilə aylıq 425 milyon aktiv istifadəçi sayı olduğudu. Facebookun mobil tətbiqlərdə reklamdan gəlir əldə etmədiyini nəzərə alsaq şirkətin gəlirlərini mobil reklamla sayəsində ən az 2 dəfə artırma şansı var.
Facebookda cəmi 100 milyard adamın bir-biriylə «friend» şəbəkəsi yaratdırı bildirilir. Facebookdakı bəyən və şərh sayı isə tam olaraq gündəlik 2.7 milyard olur. Facebooka foto yükləmə nisbəti son zamanlarda olduqca artıb. Gündə 250 milyon foto Facebook-a yüklənir.




Şərhlər (4)
RSS yığmaq / açmaqthebayramli
MCahandar
thebayramli
MCahandar