Facebook →  Facebook yeni dizaynını efirə verir

Facebook`un yeni dizayna keçməyi planlaşdırdıqları haqqında çoxdan yazmışdım. Belə dizayn dəyişiklikləri əksərən istifadəçilər tərəfindən birmənalı olaraq qarşılanmır. Artıq bugün daxil olanda gördüm ki, yeni dizayn məndə aktiv hala gəlibdi. Niyəsə bilmirəm bu tip yenilikləri mərhələ mərhələ edirlər və müəyyən qrup istifadəçilər mərhələ ilə görürlər yeniliyi.
Onu qeyd edim ki, Facebook bu yenilikləri 6-ci il dönümü münasibəti ilə edibdi. Yenilik tək dizayn deyil. Sistemin ehtiyac və xərclərini aşağı sala bilmək üçün Facebok, HipHop adını verdiyi bir proyekt başladıb. HipHop, PHP compiler işini görür. HipHop, PHP kodlarını optimizə edilmiş bir halda C++ kodlarına çevirir və daha sonra g++ ilə yığır. Edilən testlərə görə ortalama olaraq 50% nisbətində prosessor istifadəsini azaldan HipHop, Facebook kimi böyük sistemlərin daha az serverlə işini təmin edə biləcək. Proyektdən məsul olan şəxs Haiping Zhao`nun Facebook blogundaki yazısında ifadə etdiyi üzrə HipHopun açıq qaynaq kodlu olaraq davam ediləcəyini deyibdi. Developerlər üçün bir Google Groupda qurulubdu.
Yeni dizaynı isə mənim xoşuma gəldi. Yəqinki yaxında bütün istifadəçilər bu dizayndan istifadə edə biləcəklər.


Yeni dizaynla bağlı daha çox fotolar:
Paylaş :
  • 0
  • 6 февраля 2010, 10:55
  • Shaig

Şərhlər (5)

RSS yığmaq / açmaq
+
0
Yeniliklərin yeri var… Tez bir zamanda istərdim məndə də olsun =)))
Məncə maraqlı və rahat bir dizayn alınıb.
avatar

kiber

  • 6 февраля 2010, 23:01
+
0
Həmişəki kimi, bu dəfəki yenilik də bəzi userlərin xoşuna gəlmir. Bu hər dəfə dizayn dəyişəndə olur. Ancaq məncə həm çox ciddi dəyişiklik olmayıbdı, olanlar müsbət yönədir.
Ancaq sürət məncə yaxşılaşıbdı. Bəlkədə texniki dəyişiklikdəndə xəbərim var deyə mənə elə gəlir.
avatar

Shaig

  • 6 февраля 2010, 23:07
+
0
Ümumiyyətlə həmişə elə olur, userlər yenilikləri gec qəbul edirlər. Onlar daha çox yığcam və sürətli işləyən interfeysə meyl edirlər.
Məncə müəyyən vaxtdan sonra hamı bəyənər, ən azından sürətində olan dəyişikliklərə görə… Dizayn isə göz öyrəşənə kimidir…
avatar

kiber

  • 6 февраля 2010, 23:24
+
0
Mən də səbrsizliklə yeni dizayndan istifadə növbəmin gəlməsini gözləyirəm. Keçid ərəfəsi olduğuna görədirmi ya necə bilmirəm, amma hələ də köhnə dizayn istifadə edənlərdə bəzi problemlər yaşanır bəzən.
avatar

Sadig

  • 7 февраля 2010, 11:31
+
0
Yenu dizayn menim cox xosuma gelir. Amma butun dostlar siyahisina baxmaq olmur deyesen. Umumilikde bundan evvelki deyisiklikden sonraki naraziciligi aradan qaldiracaq gucdedi yeni dizayn
avatar

Turalfot

  • 18 февраля 2010, 01:33

Yalnız üzvlər şərh yaza bilər