Google → Google-un Cloud servisi: Google Drive

Microsoftun SkyDrive-ı və Applenin iCloud-undan sonra Google də öz bulud xidmətini açmağa hazırlaşır.
Servisin dəqiq nə vaxt istifadəyə verilməsi ilə bağlı bir məlumat yoxdur. Ancaq WSJ-a xidmət yaxın gələcəkdə istifadəyə veriləcək.
DropBox və ya Box.net kimi alternativlərində də olduğu kimi pulsuz olaraq müəyyən miqdarda yer verəcək. Cloudda saxlamaq istədiyiniz fayllarınız çoxaldıqda isə müəyyən miqdarda ödəniş etməyini lazım gələcək. Hələki nə qədər yerin pulsuz veriləcəyi və ya pullu xidmətin neçədən başlayacağı bilinmir. Ancaq güman edilir ki, rəqiblərinə nisbətən daha yaxşı təklifləri olacaq.
Google Drive eyni zamanda Google-un digər servisləri — Google Docs, Gmail və s. kimilərlə də inteqrasiyalı işləyəcək. Xidmətin Android, iOS və WindowsPhone kimi mobil platformalar üçün app-ları da olacaq.




Şərhlər (2)
RSS yığmaq / açmaqNuyhecLiyakim
Elliot