Ilkaddimlar.com → Ilkaddimlar.com saytının təqdimatı keçirildi
Bu gün Caspian Plazada -un təqdimadında iştirak etdim. Yazacaqlarımı təqdimat və videolarla əvəz etmək visual baxımdan oxuyucular üçün daha rahat olar. Sadəcə bir-iki məqama toxunmaq istəyirəm.Təqdimatda həm Ə.Rəşad çıxış etdi. Proyekt haqqında, onun başlanması və davamiyyət planları haqqında danışdı. Həm də təqdimatın başqa maraqlı cəhəti bir qədər müzakirəyə çevrilməsi oldu. Bir növ ümumi «Brainstorming» aparıldı. Hər kəs müəyyən təkliflər irəli sürdü. Həmin təkliflərdən bir başqasında yeni ideya yarandı. Məncə təqdimatlar həmişə bu şəkildə olsa resursa daha faydalı olardı. Yəni həm rəsmi, həm də səmimi ab-hava.
Təqdimata həm bəzi Universitetlərdən, həm də dövlət orqanlarından insanların iştirakı proyektin gələcəyinə də nikbin baxmağa imkan verir.
Təqdimat slide-ında maraqlı statistikaları da görmək olar. Ümid edirəm rəqəmlərin sonundakı 0-lar daha çox olar.
Layihənin rəhbəri Rəşad Əliyev-in təqdimat anı:
Bu arada, WebOxu-da da saytın rəsmi qrup blogunu açdıq — . Saytın yeni bölmələri, texniki yenilikləri barədə buradan məlumat ala bilərsiniz.
Bu günki tədbirin video xülasələri:
Bu isə press-reliz:
Azərbaycanda yeganə İnformasiya Texnologiyaları tədrisi verən ilkaddimlar.com İnternet portalının yeni versiyası artıq geniş auditoriyaya açıqdır.
Bu versiyada istifadəçilər nəinki referat və elmi iş yükləyəcək, həmçinin müxtəlif sahələrə aid kitablar və Azərbaycan dilində video dərslikləri izləyəcəklər.
Layihənin rəhbəri Rəşad Əliyev deyib: “Yaxın gələcəkdə Universitetlərin nəzdində İnternet İnstitutları
açmaq, İnformasiya Texnologiyaları sahəsində onlayn tədrisin inkişaf etdirilməsi üçün yeni layihələrə qoşulmaq niyyətindəyik”.
Rəşad Əliyevin sözlərinə görə artıq bu işdə müəyyən uğurlara da imza atılıb. Beləki Xəzər Universitetinin
nəzdində Xəzər İnternet İnstitutu yaradılıb, Odlar Yurdu Universiteti ilə isə bu tip İnstitutun yaradılmasına
dair danışıqlıqlar gedir.
Bundan başqa, Əliyev bildirib ki, gələcəkdə layihəyə elektron vasitələr və cihazlarla keçirilən tədris formatını əlavə etmək istəyir.
Tədbirdə çıxış edən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib ki, təhsilin elektronlaşdırılması sahəsindəki 2008-2012-ci illər üçün nəzərdə tutulan dövlət proqramı gələn il sona çatsa da, belə layihələr gələn proqramlarda nəzərə alınmalıdır.
AİF-in təşkilatçılığı keçirilən təqdimat mərasimində Milli Məclis, Təhsil Nazirliyi, ali məktəblər və müxtəlif ictimai qurumlardan nümayəndələr iştirak edib.
Təhsil Nazirliyi, Təhsilin İdarəolunmasının Məlumat Sistemləri nümayəndəsi Akif Əliyev deyib: “Bu layihə təhsilin ictimailəşdiyini göstərir. Belə layihələr çoxaldıqca təhsil də təkmilləşəcək”.
İlk Addımlar layihəsi 2001-ci ildən firststeps.az adı altında fəaliyyət göstərib. Saytdakı elmi işlər, kitablar və referatlar nəinki tələbələrə, həmçinin bu sahədə dərs deyən müəllimlər və geniş ictimaiyyətə də yönəlib.




Şərhlər (1)
RSS yığmaq / açmaqShaig