İnternet →  Bir gündə AzNet-də nələr olur? [infoqrafika]


Əsasən dünya internetində bir saatda, bir gündə nələr olduğu ilə bağlı infoqrafikalar görürük. Belə bir infoqrafikanı yerli internet seqmentində verməyi düşündük. Bizdə istifadəçilərin o qədər də çox olmadığını nəzərə aldıqda bu bir saat ərzində olaraq yox, bir gün ərzində olmaqla statistikaları araşdırmaq daha rahat olar. Ən uyğun isə servis saytların statistikalarını araşdırmaq olar. Bunun üçün Azərbaycan internetində keyfiyyətli, çox istifadə edilən hesab etdiyimiz servis saytlarının statistikalarından ibarət müxtəlif məlumatlar əsasında infoqrafika hazırladıq.

Bu statistikalar əsasında məlum oldu ki, Azerdict.com -da gün ərzində təqribi 2500 söz tərcümə olunur.

Növbəti statistik məlumatları e-mail servisi olan Box.az-dan götürək.
Gün ərzində təqribi Box.az-a 800 000+ mail gəlir. Hər dəqiqə üçün təqribi 500+ məktub ötürülür. Servisdən gündəlik təqribi 3500 məktub göndərilir. Bilindiyi kimi, Box.az-da notification (bildiriş) sistemi də var. Gələn e-maillərin 23% — ~184 000 bildirişlərdir, 70% — ~560 000 isə spamdır.

Saytların statistikalarını ölçən, ilk10.az -dan isə növbəti məlumatlar:
Gündəlik təqribi 164 157 host və 610 525 hit-i ilk10 sayır. Bu istifadəçilərin ölkələr üzrə bölünməsi isə 1-ci ən çox daxil olanlar Aərbaycandan, 2-ci Türkiyədən, 3-cü Rusiyadan.

Twitter-in Azərbaycan seqmentinin statistikalarını ölçən Aztwi.com saytı isə gündəlik təqribi 6000 tweet yazıldığını qeydə alır. Gündəlik ortalama 40 min söz yazılır. İstifadəçilərin 21.8%-i gündəlik aktivlik edir.

Fayl paylaşım sistemi Boxca.com -da, sayta gündəlik təqribi 475 fayl yüklənir, saytdan isə gündəlik təqribi 103 392 fayl endirilir. Saytın gündəlik ortalama trafiki isə 546gb-dır

Azərbaycan internetinin populyar forumlarından Disput.az-da gündəlik ortalama 250 başlıqda yazılır. Hər 5 dəqiqəyə bir başlıq deməkdir. Forumda isə gündəlik ortalama 8324 cavab yazılır. Bu isə 10 saniyəyə bir cavab deməkdir.

Saytlar kataloqu olan Kataloq.net gündəlik təqribi saytlara 1700 keçid verir. Gündə 10 yeni sayt təsdiqlənir.



Əgər sizin də bildiyiniz hər hansı belə bir statistika varsa şərhlərdə paylaşın. Bilmək istədiyiniz statistikalar da varsa, şərhlərdə soruşun bölüşək.
Paylaş :
  • +3
  • 18 сентября 2011, 01:19
  • Shaig

Şərhlər (13)

RSS yığmaq / açmaq
+
+1
translate.intelsoft.az-da gündə 3000-dən çox mətn tərcümə olunur.
avatar

samir105

  • 18 сентября 2011, 02:09
+
0
Paylaşım üçün təşəkkürlər. Bəs mətn daxilindəki sözləri ayrılıqda statistikasın tutmaq imkanı var? Məsələn Aztwi-də gündəlik təqribi 6000 tweet, 40 min isə söz yazıldığı statistikası kimi?
avatar

Shaig

+
0
Bəli var. Gündəlik sözlərin sayı təxminən 60000-150000 arası dəyişir.
avatar

samir105

+
+1
Deməli:
translate.intelsoft.az -da gündəlik təqribi 3000+ mətn tərcümə olunur. Mətnlərdəki gündəlik təqribi sözlərin sayı isə 60.000 — 150.000 arası dəyişir.
Gələn dəfəki infoqrafikada İntelsoft-u da əlavə edərik.
avatar

Shaig

+
0
bəyəndim
avatar

Ferhad

  • 18 сентября 2011, 09:57
+
0
AdSahil statistikası maraqlı olardı.
avatar

aflatunus

  • 18 сентября 2011, 12:50
+
0
Həmin statistikaları da əldə etməyə çalışaq. Hələki şərhlərdə qeyd edərik. Gələn dəfəki statistikalarda isə infoqrafikada yerləşdirərik.
avatar

Shaig

+
+1
www.facebook.com/qiniyiram

Aylıq:
7.300+ aktiv istifadəçi
250.000+ baxış

Hər status üçün:
10.000+ impression
100+ like
1.2-3% feedback
avatar

ilgarmirza

  • 18 сентября 2011, 18:27
+
0
Şəkillərdə istifadə olunan şrift hansı şriftdir?
avatar

guliyev85

  • 18 сентября 2011, 21:44
+
0
Bir çox şrift istifadə olunub amma dəyişilmiş formalarda. Şriftlər arası məsafələr, görüntüdəki x-height və width göstəriciləri dəyişdiriərək istifadə olunub. Azərbaycan şriftlərini dəstəkləməyən şriftlər edit olunub fix olunmuş şriftlərdir:
Days
Calibri
Aurora
Advent
avatar

Sadig

+
0
Daha çox maraqlandıran Box.az-a aid şəkildəki «Gələn maillərin statistikası» — bax bu şrift. Görəsən saytda tətbiq etmək olar?
avatar

guliyev85

+
0
o söz Calibri şrifti ilə yazılıb. Həmin şrift Windows`un default şriftləri arasındadır bildiyim qədərilə. Azərbaycan şriftlərin də redaktəyə ehtiyac olmadan dəstəkləyir. Sizə qalır yalnız bəzi vizual göstəriciləri dəyişdirərək istədiyiniz nəticəni almaq.
avatar

Sadig

+
0
Maraqlı məlumatdır
avatar

KMK-news

  • 19 сентября 2011, 09:29

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.