İnternet → PayPal üzərindən gündəlik pul transferi 315 milyon dollara çatıb

İnternet üzərindən edilən alış-verilərdə ödəniş etmək və ya insanlar arasında pul transferi reallaşdırmaq gedərək böyüyən və az qala bir çox bankın əməliyyat həcmini arxada qoyan bir sahə halına gəldi. Bu sahənin lideri PayPal isə rekord səviyyədə gündəlik pul köçürmələri miqdarına çatdı.
PayPal tərəfindən edilən açıqlamada 2011-ci ilin ikinci rübündə hər saniyədə reallaşan cəmi köçürmə miqdarı 3650$ şəklində oldu. Bütün günü götürərək hesablandığında isə 315.3 milyon dollarlıq köçürmə miqdarına çatılır. 2011-ci ilin ikinci rübündə isə cəmi 28.7 milyard dollar köçürmə miqdarı əldə edildi. Keçən il eyni dövrə görə 34% artım qeydə alındı.
Gündəlik ortalama köçürmə sayı isə 5 milyon ətrafındadır. Yəni 315 milyon dollara 5 milyon əməliyyat çatdırır. PayPal bildiyiniz kimi eBayın xidmətidir. eBayın gəlirlərinin 36%-lik hissəsini isə PayPal meydana gətirir.
PayPal mobil bazarda da rekord rəqəmlərə çatdı. Gündəlik mobil köçürmələr 10 milyon dollar ətrafındadır və il boyu cəmi köçürmə miqdarı 3 milyard dollar olaraq təxmin edilir.
PayPalın cəmi köçürmə miqdarı qlobal e-ticarətin 18%-ini meydana gətirir. PayPal köçürmələrinin böyük qisimi Facebook üzərindən reallaşdırılır. Yaxın zamanda PayPal ilə Facebook arasında razılaşma ilə yeni xidmətin istifadəyə veriləcəyi gözlənilir.
Təəssüflə qeyd edək ki, PayPal-ın Azərbaycana rəsmi dəstəyi yoxdur.Ona görə Azərbaycan ərazisindən istifadəsi məhduddur.




Şərhlər (3)
RSS yığmaq / açmaqnura88
Elliot
Maraqlı linklər verim, oxuyarsız:
farxadus