İnternet → Saytlara daxil olmaq probleminin səbəbi

Bu problem haqda . Məsələ ilə bağlı yeni məlumatlar var deyə bölüşmək istəyirəm.
Deməli əvvəldən də yazdığım kimi bir sıra saytlara qoşulmaqda problemlər yaşanırdı. Bu haqda ətraflı olaraq yazıda oxuya bilərsiniz. Yazıda oxuculardan birinin bir balaca incələdim və ən doğru versiya bu kimi görsənir. Deməli Azərbaycana internet bir kanaldan daxil olur — Delta Telecom. Delta Telecom isə interneti bir neçə aparıcı kanallar vasitəsi ilə alır. Bunlardan biri də TürkTelekomdur. Oxucumuzun şərhini araşdırdıqda görmək olur ki burada həqiqət var. Yəni Türk Telekom ilə Delta Telecom arasındakı bağlantılarda nasazlıq var. Hətta Delta ilə də əlaqə saxlandıqda onlar da oxşar variant deyiblər. Dəqiq bir mənbə göstərməyiblər ancaq bildiriblərki kanalların birində nasazlıq olduğuna görə bəzi saytlara daxil olamqda problemlər yaşanıb.
Araşdırdıqda görmək olar ki, problem yaşanan hər bir saytın Türkiyə IP`si var. Saytlar güzgü serverləri prinsipi ilə işləyirlər. Məsələn mən daxil oluram hansısa sayta. Bu zaman sistem məni ən yaxın və ən rahat kanala atırki sürət problemi ilə üzləşməyəm. Bizə isə ən yaxın yerlərdən biri Türkiyədir və təbii olaraqda Türkiyə serverləri və IP`lərinə yönlənirik. Məsələn Facebook`a düz-əməlli daxil ola bilmirdik. Sayt bir təhər açılır ancaq file`lar — video, şəkil, .js, .css və s. açılmırdı. Buna səbəb isə belə böyük saytlar bu kimi trafik çəkən faylları bizə ən yaxın olan serverdən ötürməyə çalışırlar. Problem yaşananda da Yahoo, Facebook kimi minlərlə server üzərindən fəaliyyət göstərən saytların açılmağı zamanı əgər bizi Türkiyə kanalına yönləndirirsə problemlə qarşılaşırdıq. Şərhlərdə də sizə tövsiyyə etdiyimiz proxy saytların isə bunları açmaqda çətinlik çəkməmə səbəbi, onların əksəriyyətinin Amerikada olmağıdır. Yəni bizim Amerika ilə bağlantıda problemimiz yoxdur, Amerikanında Türkiyə ilə. Beləcə tranzit yol kimi həmin saytlardan daxil olmaq mümkün idi. Eyni ilə də radiosunun saytının da serverləri güzgü sistemi ilə işləyir.

Nə vaxt Türkiyəyə keçirsə bizim də bağlantımızda problem yaşanırdı. Yəni heç bir bloklanma yox idi. Bir vaxt day.az serverləri yüklənəndə hacker hücumu deyə PR edirdi, indidə Azadliq radiosu bundan istifadə edərək deyəsən bloklanıb deyə PR etmək istəyir. 2 dənə mötəbər provayderdən etibarlı, ancaq qeyri-rəsmi aldığım xəbərə görə də, onlara bloklama ilə əlaqədər heç bir göstəriş olmayıbdı.
Məlumat üçün deyim ki, aldığım məlumata görə Deltanın 4 kanalı var — 1. RosTelekom 2. TeliaSonera 3. Transeurocom 4. TurkTelekom. Və optimallaşdırma nəticəsində bizə ən uyğun əlaqəni yaradır.
P.S. Onu deyim ki, bu rəsmi bir məlumat deyil, şəxsi araşdırmanın nəticəsidir.


Şərhlər (7)
RSS yığmaq / açmaqali
Shaig
ali
Məlumat üçün deyim ki, mən FireFox plugini qoşmuşam və o daxil olduğum saytın serveri hansı ölkədədir göstərir.
Shaig
ali
Shaig
Sadig
Yalnız üzvlər şərh yaza bilər