Microsoft → Windows, Logo-sunu dəyişir?

Microsoft komandası Windows 8 ilə birlikdə böyük dəyişikliklərə hazırlaşır. Əldə edilən son məlumatlara görə Microsoft komandası öyrəşdiyimiz Windows logosunda da yenilik edəcək. Bu barədə bir neçə xarici bloglarda məlumatlar yayımlanıb(, ..).
Hal-hazırda Windowsun logosu dalğalı və üzərində 4 fərqli rəng mövcuddur. Köhnə kompüter istifadəçiləri, bu logonun Windows 3.0 əməliyyat sistemindən etibarən kiçik dəyişikliklərlə istifadə edildiyini xatırlayar.


Windows 8 əməliyyat sistemiylə birlikdə yeni interfeysə keçəcək olan və köhnə Windowslarda olan bir çox xüsusiyyətdən də imtina edəcək olan Microsoft, bu dəyişimi vurğulaya bilmək üçün Metro interfeysini xatırladan yeni bir logonu seçdiyi iddia edilir.
İddialara görə yeni logo tək rəngdən ibarət olacaq. Yenə 4 hissəyə bölünmüş olan logo, son dərəcə sadə bir həndəsi dizayna sahib olacaq. Windowsun bundan sonrakı versiyalarında da bənzər radikal dəyişikliklərə gedilib gedilməyəcəyi hələlik bilinmir.
Logo ilə əlaqədar Microsoftdan nə bir təsdiq nə də təkzib yoxdur.




Şərhlər (0)
RSS yığmaq / açmaq