Mobil Texnologiya →  3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing


Həftənin birinci günü (23 yanvar) Azercell əməkdaşları tərəfindən bizə (Fərhadla mən) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca Mi-Fi cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir.
İlkin təcrübələrimdən sonra, qarşıma qeyd etməyə maraqlı nəsə çıxdıqca onları da şərhlərdə bölüşəcəm. Nəsə xüsusi bir təcrübə əldə etsəm də haqqında post yazaram.
Başlayacaq necə deyərlər "Unboxing«dən. Bu demək olar ki, mənim cihazları ilk „Unboxing“ postumdu.






Qutuda ZTE mf60 modem, modemin batareyası, batareyanı doldurmaq üçün USB kabel, və USB kabeli elektrik cərəyanına qoşmaq üçün xüsusi ötürücü. Təlimat kitabçaları isə həm ZTE-nin, həm də Azercell-in özünündür. Azercell kitabçanı Azərbaycan dilinə tamamilə tərcümə edib və qurulma prossesini göstərir.

Cihazı işə salmaq üçün əlbəttə nömrəyə ehtiyacımız var. Yeni nömrəmizi cihaza yerləşdirək.

Maraqlı məqamlardan biri, nömrənin verildiyi paketdəki Logo Azercell-in köhnə logosudur.


Nömrəni cihaza yerləşdirək.





Cihazı install edib qurduqdan sonra isə qoşulmağa hazırdır.


Azercell-in rəsmi saytında cihaz barədə məlumata nəzər salaq:

MiFi MF60 Mobil ruter – özündə həm modem, həm də ruter funksiyalarını birləşdirən cihazdır. MiFi Mobil ruter istədiyiniz yerdə və istədiyiniz an İnternetə giriş imkanı yaradır.

Cihazın spesifikasiyaları:

3G (HSPA+/HSUPA/HSDPA/UMTS/WCDMA) və 2G (GSM/GPRS/EDGE) dəstəkli
21.6 Mb/s-dək yükləmə sürəti
5.76Mb/s-dək ötürmə sürəti
Ruter kimi istifadə edilən zaman 8 cihazadək eyni anda İnternet-ə bağlanma imkanı
OLED displey
Kiçik ölçülər və çəkisi: 99.5x53.7x14mm, 75g
32 GB-dək MicroSD kart dəstəkli
Telefon kitabçası və SMS funkslyaları dəstəkli
Windows 2000, Win7, XP & Vista, Mac ƏS dəstəkli

Tərkib hissələri:

MiFi simsiz ruter
Batareya
Mini USB kabeli
İstifadəçi kitabçası

Cihazın qiyməti – 90 AZN.

Cihaz Azercell Ekspres ofisləri və rəsmi diler dükanlarından əldə oluna bilər.


Azercell-də cihaz 90 manatadır. Qiymətin normal olduğunu düşünürəm. Çünki, həmin cihazı Amazonda 132.99 dollara gördüm. Tariflər isə Azercell-in standart 3Gmax tarifləri ilə eynidir.

Cihazı tənzimləmək üçün isə kompüterdən xüsusi panelə daxil olaraq bunu etmək mümkündür — http://ufi.home/. Buradan həm parol qoşulma üçün şifrə təyin etmək, həm nömrəyə gələn SMS-ləri oxuya bilmək, həm də SMS göndərə ilmək kimi təməl funksiyalardan, cihazın bir çox funksiyalarına qədər idarət etmək mümkündür. Müsbət cəhəti həm də bu panelin Azercell-in korporativ stilinə uyğunlaşdırılmasıdır. Burada çatışmayan cəhət kimi isə, düşünürəm hesabdakı qalıqlara birbaşa baxmaq imkanının olmamasıdır. SMS-lər 650-ə boş mesaj yollamaq lazımdır. Bundan sonra yenə SMS-lə hesab barədə məlumat gəlir. Bir də ödəmə imkanının bu paneldə olmamağını mənfi cəhət kimi qeyd edə bilərəm. Online ödəməyə birbaşa link vermək yaxşı olardı. Panelin başqa tərəfləri isə rahatdır.


Cihazda balansın artırılması isə müxtəlif yollarladır. Mənim üçün ən rahat online ödəmə. Nömrəyə Azercell-in saytından plastik kartla pul köçürmək. Paypoint, müştəri xidmətləri və Azercell ödəmə kartları ilə də balansı artırmaq mümkündür. Digərləri aydındır. Ödəmə kartları ilə balansı artırmaq üçün də xüsusi panelə daxil olub, scratch kartdakı 13 rəqəmli şifrəni 650 nömrəsinə SMS-lə yollamaq lazımdır.

Cihaz HSDPA+ şəbəkəsində maksimal 21Mbps download sürətinə malikdir və eyni zamanda 8 istifadəçi qoşulmağına imkan verir. Əslində mən Galaxy S-dəki hotspot funksiyasına görə, onsuz da Azercell nömrəmdən istifadə edərək ehtiyac yarananda kompüterlə qoşulurdum. Bu cihazdan istifadə edəndə isə əsas bir neçə üstünlüyünü vurğulaya bilərəm. Əsas olaraq telefondan fərqli şəkildə qızmır. Telefonu mi-fi kimi istifadə edəndə çox qızmağa başlayır. Həm də batareyada modem daha üstündür.
Sürət baxımından isə, mi-fi cihazının üstünlüyü var. O daha güclü ötürücülərə malikdir. Yəni sürətin çoxluğunu hiss etmək mümkündür. 3G yaxşı tutan yerlərdə, bu cihazın ötürücülük qabiliyyəti də daha çox olur. Əsas olaraq evdə və ofisdə yoxladım.
Ofisdə:


Evdə:


Əlbəttə mənim evdəki internet sürətimdən sonra, bütün provayderlər yavaş gəlir. Ancaq bu sürət 95% Azərbaycan istifadəçilərindən daha sürətlidir. Youtube-da 1080p keyfiyyətində videoya baxaraq test elədim. Ofisdə tam sərbəst baxmaq olurdu. Evdə isə bir qədər narahatçılıq idi.
Hələki şəhərin bir çox yerində istifadə etmək şansım olmayıb. Ancaq dünən işdən çıxanda cihazı yandırdım, qoydum cibimə, telefonla da cihaza qoşuldum və test edərək evə gəldim. Belə deyim ki, şəhərdə harda Azercell-in 3G sürəti yaxşıdırsa cihaz onu daha da gücləndirir və sizə əla keyfiyyət təqdim edir. Harda yaxşı deyilsə cihaz da həmin sürətə uyğun olaraq keyfiyyəti artırmağa çalışır. Məsələn dünən metroda həmişə telefonumun tutmadığı tunellərə daxil olanda, cihaz da tutmurdu. Bu o deməkdir ki, gedərək Azercell-in 3G şəbəkəsinin keyfiyyəti artdıqca cihazın faydalılığı da daha çox artacaq.

Bundan sonra cihazı noutbukumun yanına qoyacam. Bəzən ofisdə provayderimiz bizi internetsiz qoyur. Həmin vaxtlarda çox kömək olacaq. Çünki, əvvəl telefonla qoşulurdum və telefon çox qızırdı.
Digər tərəfdən Bloqosfer, Barcamp tipli şəhərkənarı tədbirlərdə də köməyə gələcəyini düşünürəm. Çünki şəhərkənarında internet problemi çox yaşanır.

Cihazı yoxlamaq üçün verilmiş digər blogdaşım Fərhad müxtəlif yerlərdə video testlər də etməyə vaxt tapa bilib. Hələki cihaz barədə müsbət fikirlər demək olar.
Gələcəkdə hər hansı yeni təcrübə əldə etsəm paylaşacam.
Paylaş :
  • +4
  • 25 января 2012, 12:56
  • Shaig

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
0
Mən dünən yox o biri gün Bakcell datacard dostumdan alıb apardım evdə yoxlamağa. (Binədə yaşayıram)

Lakın 2 dalğa tuturdu və surət çox zəif gəlirdi.Sayt yarıda ilişirdı və.s

Amma mən evdə olarkən nokia 5800 kompa qoşub onun vasitəsi ilə internetə girəndə hec bir problem olmur 2 mb/s kimi sürət verir… və asanlıqla kamera vasitəsi ilə danışa bilirəm.

Mən belə nəticəyə gəldimki datacardların 3g çəkmə qabiliyyəti telefonlardakı 3g qabiliyyətindən zəifdir…

BU barədə kimin fikirləri var bölüşsəniz sevinərdim
avatar

programmer

+
0
Ola bilsin bəlkə datacard-ın dəstəklədiyi şəbəkə fərqli imiş? Ola bilər 3g və ya HSPA+ dəstəkləmirmiş.
avatar

Shaig

+
0
yox Şaiq dəstəkləyirdi. Bakcell 3g datacard idi. Nizamlamalarında 3g və HSPA yazırdı.
avatar

programmer


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.