Mobil Texnologiya →  Android üstünlüyünü artırır...


Google`un mobil əməliyyat sistemi olan Android hər dəfə statistikalar açıqlananda öz bazar payını bir az daha artırır. Bu dəfə də comScore`un Amerika üçün açıqladığı bazar araşdırmasının nəticələrinə görə Android yüksəlişi nəticəsində Palm`ı keçibdi:


Qrafikdən də görə biləcəyiniz kimi RİMiPhone stabil qrafiklə gedir, Windows MobilePalm isə geriləyirlər. Ən diqqət çəkən dəyişiklik isə Androidin inkişaf tempidir. Məncə Google`un ən böyük üstünlüyü isə həmin əməliyyat sistemini open source edərək bütün istehsalçılara açmağıdır.
Digər tərəfdən texno aləmdə də Android populyarlığını artırır. Cib telefonunun atası kimi tanınan Martin Cooper uzun müddət idi ki, iPhone istifadə edirdi.1973-cü ildə adına radio telefon deyilən texnologiyanın mühəndislərindən olan bu şəxs telefon seçimini Android`dən yana edir. Son bir ay Motorola Droid istifadə edirmiş və bundan məmnunmuş… Bunun nə qədər həqiqət olub olmadığını təbii ki müzakirə eləmək olar. Çünki, cənab Cooper, Motorola tarixində mühüm rol oynamış şəxslərdəndir. Bu məsələnin də reklam olub-olmadığını müzakirə eləmək olar. Ancaq səbəb nə olursa-olsun, nəticəsi iPhonunu, Androidlə əvəzləməsidir.
Paylaş :
  • +1
  • 13 марта 2010, 15:46
  • Shaig

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
+1
BIldiyime gore Android artiq tekce Google-un deyil. Sahibi Open Handset Alliance-dir. Google ise bu aliansa daxildir(HTC, Samsung Mobile ve.s. shirketler de daxildir bu aliansa), amma Androidin bu aliansdan evvelki sahibi tek Google olub. Yeqin ki alians yaratmaqla hiyleger Google daha cox populyarlashdira bildi bu sistemi. Elaqedar link: en.wikipedia.org/wiki/Android_(operating_system)
avatar

Elliot

  • 13 марта 2010, 17:26
+
0
Təbii ki, Google bu sistemi ümumiləşdirməklə ağıllı hərəkət edibdi. Onsuzda Open Source`dur. Əsas gəlirləri isə Android Marketdən olacaqdı. Ona görə bacardıqları qədər yayırlar.
avatar

Shaig

  • 13 марта 2010, 17:43
+
0
Olduqca ağıllı addımdır. Nə qədər çox mobil cihaz tərəfndən istifadə olunsa o qədər çox developer marağı toplayacaq appl`ar yazmaq üçün və nə qədər çox app olsa yeni funksiyalar və yeni imkanlar qazanmış olacaq buda systemi bir qədər də populyarlaşdırıb irəli çəkəcək. Google ki, google )
avatar

Sadig

  • 13 марта 2010, 18:11
+
0
google deyishikliklere dogru))
avatar

Strange

  • 13 марта 2010, 19:18

Yalnız üzvlər şərh yaza bilər