Facebook → Facebook, IPO-ya 38$-dan açılır
Facebookun etdiyi açıqlama ilə gözlənilən IPO — birjaya açılma ilə əlaqədar detallar müəyyənləşdi. Açıqlamaya görə 18 May Cümə günü NASDAQ-da 421.233.615 hissəsinin, hissə başına 38 dollardan əməliyyata açılacaq. Daha əvvəl müxtəlif mənbələrdə səsləndiyi kimi şirkət birjada qısaltma olaraq FB simvolunu istifadə edəcək.Hissələrin açılış dəyərinin rəsmi olaraq açıqlanmasından sonra bir sıra suallar da cavabını tapdı. Uzun müddətdir IPO-a açılandan sonra şirkətin dəyərinin nə qədər olacağı biznes dünyasının maraq obyektində idi. Beləliklə Facebook IPO-a son dövrlərin ən yüksək məbləği ilə açılır — 104 milyard dollardan. Ancaq birjada hissələrin dəyəri arta da, azala da bilər, bu zaman Facebook dəyəri düz mütənasib olaraq artacaq və ya azalacaq.
( Ətraflı oxuyun )



