Sosial Media → Tumblr böyüyür

Azərbaycanlı son zamanlarda maraq göstərdiyi gedərək daha çox böyüyür. Blogla microblog arasında bir anlayış olan servis açdığı yeni cığırla uğurlu şəkildə irəliləyənə bənzəyir. Blogger və WordPress-in açdığı yolu nisbətən fərqli tərəfə çəkən servisin istifadəçiləri 20 milyona yaxındır. İnternet istifadəçiləri Blogger sayəsində asanca blog yazmağı, WordPress sayəsində isə bloglarını daha məhsuldar və fərqli şəkildə təqdim etməyi vərdiş halına gətirmişkən, Tumblr istifadəçilərinə sadəliyi və sürəti vəd etdi və aşağıda da oxuyacağınız rəqəmlərə görə bu işin öhdəsində bir xeyli uğurla gəldi. Bu barədə Techcrunch-da bəzi statistik məlumatlar .
Tumblrun qurucusu David Karpın bildirdiyinə görə Tumblr 16 May 2011-ci ildə gündəlik 250 milyon səhifə göstəriminə çatdı. Tumblr 2009-un İyul ayında 50 milyon ziyarətçi və 255 milyon səhifə göstərimi etmiş, ayrıca 650,000 gündəlik yazı qəbul etmişdi. Bir il sonrasında, 2010-da isə aylıq 1,5 milyard səhifə göstəriminə çatdılar və bu inanılmaz bir artım olaraq göstərilirdi.
İndi isə Tumblr aylıq 7 milyard səhifə göstəriminə çatıb. Ötən Aprel ayında 6 milyard olan səhifə göstərimi çox qısa zamanda 8 milyarda çatacaq deyə təxmin edilir.
Ayrıca 2010-daki gündəlik 4,5 milyon yazı sayı indilərdə 30 milyona çatır. Cəmi 18,8 milyon blogu networkünde saxlayan Tumblrda bu zamana qədər paylaşılmış 5,5 milyard yazı var.
Tumblr-dakı paylaşmaların çoxu yazıdan çox fotoşəkil və video olsa da rəqəmlərin böyüklüyündən təsirlənməmək həqiqətən mümkün deyil.
Tərkibindəki dillərin də sayını artırır. Yaxın zamanda sistemə Türk dili də əlavə edildi. Bu Azərbaycanlı istifadəçilərin də işini rahatlaşdıra bilər.
Saytın böyümə sürətinə isə serverləri tab gətirmir. Twitter-in yaşadığı problemi Tumblr da yaşamağa başlayıb. Hərçənd artıq Twitter-də bu hal əvvəlki kimi təkrarlanmır.




Şərhlər (1)
RSS yığmaq / açmaqRoPatro