Sosial Media →  Sosial Mediada reklam kampaniyaları


Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız.

Azərbaycanda təəssüf ki, Sosial Media kampaniyasını çox adam Facebookda şəkil yarışması kimi qəbul edir. Kampaniyada da iştirak edənlər də insanlardan «Like» istəyərək çox insanı bezdirir. Məncə belə kampaniyalar gedərək həmin yarışmanı keçirənlərə də antipatiya yaradır. Kimdən ki «Like» istəyib bezdirirlər, o yarışmanı təşkil edən brand-ı, ondan «Like» istəyəni də lənətləyir.

Əslində isə Sosial Medianın bir çox alətlərindən istifadə edərək kampaniyalar etmək mümkündür. Bunun üçün bir az daha yaradıcı olmaq, daha peşəkarcasına işləmək lazımdır. Bəzi nümunələrin video case-lərini yerləşdirim.

Türkcell-dən başlayım. Kampaniyanın adı #Turkcelltweet idi. Beynəlxalq bloglar da bu barədə yazmışdı. Ötən ilin ortalarında olmuşdu və səhv xatırlamıramsa Türkiyədə Twitter üzərindən edilmiş ən böyük kampaniyalardan idi:


Növbəti misalı Azərbaycandan çəkim və sonra yenə əcnəbilərlə davam edim. Bu Çinici üçün Seyahetim kampaniyası idi. 2010-cu ilin yazında keçirilmişdi. Azərbaycan üçün ilk böyük Sosial Media kampaniyası idi (facebook app, twitter, mobile inteqrasiya — mms daxil). Hətta başlayanda Facebook reklamları Azərbaycan üçün aktiv deyildi, kampaniyanın yarısından aktivləşdi. Azərbaycan üzrə Facebookda cəmi 120-130 min istifadəçi var idi:


Növbəti isə Renault-un Silent Song Contest kampaniyası. Əsas olaraq Facebook üzərindən aparıblar reklam kampaniyasını. 60 dənə müxtəlif videonu səssiz formada Facebook app-a yükləyiblər. Bu videolarda sükan arxasında sürücü mahnı oxuyur. İnsanlar sürücülərin hansı mahnını oxuduqlarını dodaqları oxuyaraq tapmalıdırlar.



Bu dəfəlik son nümunəm isə Kleenex -in Feel Good kampaniyası olsun. İsraildə soyuq havalardan faydalanan Kleenex şirkəti Facebook üzərindən xəstə olan insanları tapmağa çalışır. 50 nəfər soyuqlayan insanları tapdıqdan sonra, həmin insanların dostları ilə əlaqə saxlayırlar. Bunun səbəbi soyuqlayan insanların ünvanlarını təyin etməkdir. Şirkət tərəfindən hazırlanan 50 ayrı Kleenex məhsullarıyla doldurulmuş kömək paketi xəstələrin evinə tək-tək 1-2 saat içərisində göndərilir.


Bu misallardan görmək olar ki, Sosial Mediadan istifadə edərək «Like» xarici kampaniyalar da etmək olur.
Paylaş :
  • +5
  • 31 января 2012, 19:15
  • Shaig

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
0
Azərbaycanda bu işin öncülərindən olan və hal-hazırda sosial şəbəkələrdə ən qeniş, qizli və açıq formada reklam kampaniyaları keçirən Procter&Gamble şirkətidir. Azərbaycanda bəlkə də yeganə şirkətdir ki, bu iş üçün xüsusi personalları var (community manager), mütəşəkkil şəkildə kampaniyalar keçirilir (əsasən FB-da), bu iş üçün əhəmiyyətli büdcə ayrılıb. Misal üçün Pampers (pampers.az) və Blend-a-med (tebessum.az) məhsulları üçün çox uğurlu kampaniyalar keçiriblər. Sosial şəbəkələrdə reklam haqqında onlayn treninqlər keçirdirlər, personalı təhsilləndirirlər.
avatar

stomatoloq

+
0
Həmin Pampers və Blend-a-med üçün kampaniyaları da məhz Çinici üçün kampaniya keçirən şirkət edir.
avatar

Shaig

+
0
Artıq Azərbaycandakı şirkətlər də sosial şəbəkələrə ciddi yanaşmalıdır!
avatar

thebayramli


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.