Texnologiya → "Naxçıvan Regional innovasiya zonası üçün ən uyğun məkandır"

Press-reliz: Naxçıvan MR informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşan Regional innovasiya zonasının yaradılması üçün ən uyğun məkandır. Bu haqda İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bəyan etdi. Onun sözlərinə görə, Naxçıvan MR-nın geoiqtisadi mövqeyi Azərbaycanın məhz bu regionunda innovasiya zonasının yaradılması üçün müsbət amildir. Bundan əlavə, Naxçıvanda iqtisadi fəallığın stimullaşdırılması Regionların İnkişafı üzrə Dövlət Proqramına tam uyğundur.
F.Kazımov əmindir ki, muxtar respublikanın rəhbərliyi bu təşəbbüsü dəstəkləyəcək, çünki “regional innovasiya zonası” layihəsinin həyata keçirilməsi sərmayələrin cəlb olunmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq və sözügedən regionda intellektual insani resursların formalaşmasına güclü təkan verəcək. Onun sözlərinə görə, innovasiya zonasının ən dəyərli resursu olan insan “yeni iqtisadiyyat” üçün zəmin yaradır. Ona görə də, innovasiya zonasının yaradılması Naxçıvanda gənc nəslin təhsilə marağın artması üçün stimul olacaq.
F. Kazımov ümid etdi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi digər variantlarla yanaşı Naxçıvan ərazisində ilk regional innovasiya zonasının yaradılması imkanını da nəzərdən keçirəcək.
Texnologiya → Bloqosfer2010 - Bloq forumu üçün hazırlıq işləri davam edir #bloqosfer10
üçün hazırlıq işləri davam edir.
Siz yenilikləri rəsmi sayt ( ) ilə birlikdə, Facebook səhifəsindən — , Twitter hesabından — da izləyə bilərsiniz. Twitter-də rəsmi teq -dur
Çəkilmiş ilk video 600-dən çox izləndi, 150-dən çox Facebookda paylaşıldı. Artıq ikinci tanıtım videosu da hazırdır.
Texnologiya → Bloqosfer 2010 - Azərbaycan bloqçuları bir arada!
Nəhayət ki, Azərbaycan İnternetinin bloqçuları və yeni media mütəxəssisləri bir araya gəlmək, fəaliyyətlərini müzakirə etmək şansını əldə etdilər. “″-a hazırlıq artıq başlamışdır və 10-12 Sentyabr 2010-cu ildə Xudat rayonunun Nabran qəsəbəsində keçiriləcəkdir. Bloqsferin təşkilinə dəstək olmaq istəyən hər bir şəxsi sıralarımızda görməyə sevinərdik.Qızmar, süst yaydan sonra iş mövsümə bol-bol motivasiya və ideya ilə dolu başlayın! Bloqosfer 2010-a qeydiyyat açıq elan olunur!
“Bloqosfer 2010″ Soros fondunun dəstəyi ilə təşkil olunmağa başlasa da, yeni-yeni partnyorlarımızın qoşulması istisna deyil. Xəbərlərimizi izləyin.
Texnologiya → Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub
Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə () ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub. Bu haqda AZEDUNET təşkilatının direktoru Səməd Abbasov bəyan etdi. Onun sözlərinə görə, bu günə qədər şəbəkəyə ölkə üzrə 500-dən çox təhsil müəssisəsi qoşulmuşdur. “300 təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın digər 16 şəhərində yerləşir. Hər bir təhsil müəssisəsində biz ilkin olaraq kompleks hazırlıq işlərini həyata keçirirk. Buna bütün kompüter və proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəbdə bütün kompüter siniflərini, direktorun otağını, müəllimlər otağını və kitabxananı birləşdirən lokal şəbəkəni quraşdırırıq. Bundan sonra isə qoşulmanı təmin edirik”, deyə S. Abbasov qeyd etdi.
Onun sözlərinə görə, 2010-cu ilin sonunadək AZEDUNET-ə daha 500 təhsil müəssisəsi qoşulacaqdır. Bununla yanaşı, bu müəssisələr 50-dən çox şəhər və şəhərətrafı qəsəbələri əhatə edəcək.
Texnologiya → “Apple” şirkəti Ramazan ayında müsəlmanlar üçün xüsusi telefonlar buraxıb
«Apple» şirkəti müsəlmanlar üçün xüsusi İslam telefonları hazırlayıb. «Məkkəni tapın» və «məscid axtar» adlı proqramların olduğu telefonlar istifadəçinin olduğu yerin qibləsini və ona yaxın olan məscidlərin xəritəsini göstərir.«iPray» və «iKoran» adı verilən telefonlar «iPhone» telefon nəslindəndir. Bundan başqa telefonlarda səsli və yazılı şəkildə Quran proqramları da yüklənib. Xəbərə görə, telefonlar bu yaxınlarda satışa çıxarılacaq.
- 0
- 12 августа 2010, 08:20
- şərh yaz
Texnologiya → Bank nəzarətinin menecmenti üzrə Mərkəzi bankda İnformasiya sistemi tətbiq olunur
Press-reliz: Mərkəzi Bankda Bank Nəzarətinin Menecment İnformasiya Sistemi (BNMİS) tətbiq olunur. SİNAM şirkəti tərəfindən həyata keçirilən layihə beş mərhələdən ibarətdir.
Bu günə kimi SİNAM şirkəti layihənin iki mərhələsini uğurla tamamlamış və hazırda paralel olaraq üçüncü və dördüncü mərhələlər üzərində iş davam etdirilir. Üçüncü və dördüncü mərhələlər üzərində işlərin cari ilin sonunadək tamamlanması planlaşdırılır.
Birinci mərhələ müxtəlif qrafik formaların qurulma imkanlarını daxil etməklə, hesabatların hazırlanması sisteminin tətbiqini, həmçinin bankda əvvələr istifadə olunmuş FinA sistemilə inteqrasiyasını əhatə edir.
( Ətraflı oxuyun )
Bu günə kimi SİNAM şirkəti layihənin iki mərhələsini uğurla tamamlamış və hazırda paralel olaraq üçüncü və dördüncü mərhələlər üzərində iş davam etdirilir. Üçüncü və dördüncü mərhələlər üzərində işlərin cari ilin sonunadək tamamlanması planlaşdırılır.
Birinci mərhələ müxtəlif qrafik formaların qurulma imkanlarını daxil etməklə, hesabatların hazırlanması sisteminin tətbiqini, həmçinin bankda əvvələr istifadə olunmuş FinA sistemilə inteqrasiyasını əhatə edir.
( Ətraflı oxuyun )
- 0
- 9 августа 2010, 12:36
- şərh yaz
Texnologiya → Mətni insan səsi ilə oxuyan Dilmanc proqramı

Bu məlumatı ın rəsmi saytında . Bu tip sadə proqramlar internetdə çoxluq təşkil edir. Müəyyən mətni daxil edirsən və səsləndirir. Bəzi xarici səsləndirmələrə Azərbaycan sözlərini də daxil edəndə oxudur. Ancaq sözlər əcnəbi ləhcədə danışıq effektini verir. Dilmancın proqramında isə mətni səsləndirən «səs»in ləhcəsi də elə Azərbaycan dilindədir. Buna görə üstünlüyü var.
( Ətraflı oxuyun )
- +1
- 2 августа 2010, 15:49
- 8+8
Texnologiya → “Bank Standard” məhşur “WebMoney Transfer” elektron ödəniş sisteminin Azərbaycanda rəsmi tərəfdaşı oldu

Press-reliz: Bundan sonra müştərilər İnternetdə ödənişlər etmək üçün pulu öz elektron pul kisələrinə .
“Bank Standard” müştərilərinə İnternetdə maliyyə hesablaşmalarının olduqca rahat və əlverişli üsulu olan “WebMoney Transfer” elektron ödəniş sistemini təqdim edir. Bu sistem maksimal hesablaşma sürətini, pul vəsaitlərinin yüksək təhlükəsizliyini və toxunulmamazlığını təmin edir.
Hazırda “WebMoney Transfer” sistemi 11 milyondan artıq istifadəçini əhatə edir. Siz elektron kataloqunda toplanmış 12 mindən artıq İnternet mağazalarında bu sistemin ödəniş funksiyasından istifadə edə bilərsiniz. Eyni zamanda sistem şəxsi biznesi qurmağa və İnternet vasitəsilə ödənişləri qəbul etməyə imkan verir.
( Ətraflı oxuyun )
- +1
- 30 июля 2010, 12:59
- 10+10
Texnologiya → Mərkəzi Bankda EMC Documentum həlləri tətbiq olunur

Press-reliz: Azərbaycanın Mərkəzi Bankında EMC məhsullarının adaptasiyası və tətbiqi həyata keçirilir. Layihə işlərini EMC korporasiyasının Azərbaycandakı yerli tərəfdaşı SİNAM şirkəti icra edir.
Hazırda Mərkəzi Bankda tətbiq olunmaqda olan əsas həllərdən biri EMC Documentum Webtop həllidir. Sözügedən həll standart müşahidəçi proqramında EMC Documentum saxlama və məzmunun idarəsi xidmətlərinə girişi təqdim edir. Documentum Webtop qovluqların iyerarxiya əsasında intuitiv şəkildə anlaşılan naviqasiyalı interfeysə üstünlük verən istifadəçilər üçün idealdır. Ayrıca axtarış sistem serverdə yerləşdirilmiş kontentin tam məzmunu üzrə axtarış həyata keçirməyə imkan verir.
( Ətraflı oxuyun )
- 0
- 26 июля 2010, 11:44
- şərh yaz
Texnologiya → Yerli PC oyunu - "İşğal Altında" [video]

Keçənlərdə Facebookdakı dostlarımdan biri mənə bu oyundan xəbərdar olub olmadığım haqqında soruşmuşdu. Düzü xəbərim yox idi, ilk dəfə xəbərdar oldum. Oyun haqqında TV-də məlumat veribmişlər (təbii ki, TV-də olduğu üçün mən görməmişəm). Oyun barədə isə ətraflı olaraq Samir Kərimovun . Oyun "İşğal Altında" adlanır. Bu sahədə kifayət qədər çox məlumatım yoxdur, ancaq deyilənə görə ilk yerli PC oyunudur. Qarabağ müharibəsi dövründən bəhs edilir. Əsir götürülmüş əsgər yoldaşlarını xilas etmək istəyən digər əsgərlərin hekayəsidir.
Özlərinə adı verən 4 gənc hazırlayıb. Oyun hal-hazırda 3 mərhələdən ibarətdir. Gələcəkdə 6-7 mərhələyə qaldırıla bilərmiş. Təqribi 2 ildir bu oyun üzərində iş gedir. Oyunun ticari məqsədi yoxdur, pulsuz oyun olacaq.
Elə də həvəskar PC oyunu oynayan deyiləm. Hələki şəxsi olaraq test etməmişəm (bilmirəm heç nə vaxta test edərəm). Videodan gördüyüm qədəri ilə isə, Counter Strike oyununa bənzərliyi var. Mənə daha çox 2003-2004 illərində oynadığım, tək nəfərlik, 3 mərhələli Counter Strike-ın xüsusi versiya oyunu xatırlatdı. Azərbaycanda demək olar ki, Counter Strike olduqca populyar oyundur və paralel olaraq da bunun yayılmağını gözləmək olar. Oyun üzərində əziyyət çəkənlərə uğurlar diləyirəm.
Video:
- 0
- 21 июля 2010, 02:13
- 25+25

