Texnologiya → Təhsildə 2011-ci ilin İKT yekunları

Press-reliz: “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci il üçün görülmüş işlərə yekun vuruldu. Keçən il dövlət proqramı çərçivəsində fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə 2011-ci ildə respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilmişdir. Həmçinin, respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunmuşdur.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar yaradılmış distant tədris mərkəzi, o cümlədən mərkəzdəki müəllim və şagirdlər üçün kompyuter dəstləri və zəruri şəbəkə avadanlıqı təqdim olunmuşdur. Bundan əlavə “Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində müəllim, şagird və valideynlərin təhsil prosessinə cəlb olunması üçün təhsil portalının hazırlanması işlərinə başlanmışdır.
Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi prosesi də həyata keçirilmişdir. Respublika üzrə şəhər və rayonlarda 32 000 ədəd kompyuterə texniki xidmət göstərilmişdir. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 2011-ci ilin sonuna qədər 1200-ə çatdırılmışdır.
Məlumat və Resurs Mərkəzində “Elektron Sənəd Dövriyyəsi”nin dəstəklənməsi və məsləhət xidmətləri göstərilmişdir.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqaməti çərçivəsində Milli Təhsil Portalına əlavə funksiyalar tətbiq edilmişdir. Bununla yanaşı müəllimlərin elektron işə qəbulu proqramı hazırlanmışdır. Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramının İnternet saytı (www.ict.edu.az) istifadəyə verilmişir.
Müasir texnologiyalar əsasında qurulan interaktiv “Məktəb xəritəsi” proqramı artıq Bakı şəhərində fəaliyyətə başlamış və şəhər üzrə yerləşən təhsil müəssisələri burada öz əksini tapmışdır. Xəritədə Bakı şəhəri üzrə yerləşən təhsil müəssisələri göstərilmiş, proqram təminatı vasitəsi ilə məktəblər arası məsafə, təhsil müəssisələrinin təsvirləri, məktəb barədə informasiya və sair kimi məlumatları əldə etmək mümkün olmuşdur.
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması istiqaməti üzrəTəhsilin İdarəolunması Məlumat Sistemlərinin (TİMS) bazası və Milli Təhsil Məlumat (MTM) bazası arasında məlumat mübadiləsi təmin olunmaqla yanaşı, əlavə funksionallar da tətbiq olunmuşdur. Təhsil müəssisələrinə verilən kompyuter avadanlığında 32 min Microsoft Windows XP Pro və Office XP Pro lisenziyalarının, antivirusların və digər istifadədə olan antivirusların lisenziyalarının müddəti uzadılmışdır.
Kadr potensialının gücləndirilməsi istiqaməti üzrə 2011-ci il ərzində 3,7 min nəfərinzibati-idarəetmə heyəti İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak etmişdir. Təhsil sisteminin 21,3 min nəfər pedaqoji heyəti və 355 nəfər texniki heyət də İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak etmişdir. Əlavə olaraq “Elektron məktəb” pilot layihəsindıə iştirak edən məktəblərin 250 müəllimi üçün daha genişformatlı təlimlər keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin 300 nəfər pedaqoji heyəti üçün “1 şagird-1 kompyuter” layihəsi, 300 nəfər üçün isə “Həmkara Dəstək” layihəsi, 350 nəfər pedaqoji heyəti üçün “Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması” layihəsi üzrətreninqlər təşkil edilmişdir.




Şərhlər (0)
RSS yığmaq / açmaq