Texnologiya → .Az domainləri yaman populyar olub!

Dünən Ə.Rüstəmin anda xəbərim oldu, . Azərbaycanda soyadların dəyişilməsi ilə bağlı məsələ indi aktualdır. Həmin məsələ ilə bağlı olan şəxsi fikirlərdən biri də, soyad sonluqlarının, Azərbaycanın domaini — .az ilə bitməsidir. Trend.az saytındakı müsahibədə belə deyilirdi.
Sitat:
Bununla bağlı mənim öz məxsusi fikrim var. Hesab edirəm ki, milli səviyyədə, bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməli və bu sonluq yalnız azərbaycançılığa, Azərbaycan xalqına, dövlətinə mənsubluğu göstərməlidir. Məsələn, mən təklif edərdim ki, Azərbaycanda bütün soyadların sonu «az» sonluğu ilə bitsin. Əlbəttə, soyadın son iki hərfi heç bir ciddi məna kəsb etmir. Deyək ki, ruslarda «ov», farslardakı «an», «yan», gürcülərdəki «ze» sonluğunun heç bir mənası yoxdur. Ancaq müəyyən milli domen göstəricisidir. Azərbaycanlıların soyad sonluqları «az»la qurtarsaydı, daha yaxşı olardı. "Az" Azərbaycanın həm internet domenidir, həm də xalqın, ölkənin adının ilk hecasıdır. Sözsüz ki, bu mənim fikrimdir və əlbəttə, hər bir fikir kimi, bunun da ictimai müzakirəyə çıxarılmaq haqqı var.Düzü bilmədim nəyə görə domaini familyalara aid edirik. Həm niyə son vaxtlarda bu domain məsələsi belə populyar olubdu?



Şərhlər (5)
RSS yığmaq / açmaqSadig
Shaig
Mənim fikrimcə, bu populyarlıq bizim xalqın qanında olan bir-birilə bəhsə girməyindən irəli gəlir… =)
kiber
Shaig
Şəxsi subyektiv fikridir amma absurddur…
Heç dəxli var? Məmməd MəmmədAZ, ƏliyevAZ, RüstəmAZ, ArazAZ, belə olacaq??? :)))
Zarafat idisə də çox yersiz və şit zaraftdır.
KoLGe
Yalnız üzvlər şərh yaza bilər