Texnologiya →
Bakıda Azərbaycan-Belarus İKT forumu keçiriləcək
Fevral ayının 9-da paytaxt Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində birinci Azərbaycan-Belarus biznes forumu keçiriləcək.
Tədbirin məqsədi iqtisadiyyat sahəsində dövlətlərarası münasibətlərin genişlənməsi, ölkələrin İKT sahəsində inkişaf vəziyyətlərinə dair məlumat mübadiləsinin aparılması, əməkdaşlığa dair birgə istiqamət və layihələrin müzakirəsindən ibarətdir.
Forum çərçivəsində Belarus tərəfi bu ölkədə həyata keçirilən layihələr, xüsusən də milli iqtisadiyyatın rəqabətə davamlılığının artırılmasına yönəldiləcək proqram təminatı, informasiya-kommunikasiya və digər yeni və yüksək texnologiyaların işlənib hazırlanması üçün yaradılmış Yüksək Texnologiyalar Parkı (YTP) barədə məlumatlar təqdim edəcək.
Forum əsnasında YTP-nin direktoru Valeri Sepkalonun “Belarus Respublikasının innovasiyalara açıq mühiti” mövzusunda təqdimatı keçiriləcək. Həmçinin Forumda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin “Azərbaycan Respublikasında Regional İnnovasiya Zonasının yaradılması perspektivləri” mövzusunda təqdimatla çıxış edəcəyi nəzərdə tutulur.
Tədbirdə iki ölkənin şirkət və təşkilatları arasında sazişlər imzalanacaq.
Forumun proqramı aşağıdakı tematik bölmələrdən ibarətdir:
bank sektoru üçün həllər;
neft və qaz sektoru üçün informasiya texnologiyaları həlləri;
Azərbaycanın rabitə operatorlarının (GSM, CDMA, PSDN) nümayəndələri ilə görüş; Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri ilə görüş.
Şərhlər (4)
RSS yığmaq / açmaqShaig
Sadig
Farik
Sadig
Yalnız üzvlər şərh yaza bilər