Texnologiya →  Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirildi


Press-reliz: 9 fevralda Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilmişdir. Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən təşkil olunan konfrans İntel, HP, MƏDƏD, ULTRA tərəfindən dəstəklənirdi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Nazir çıxışında İKT-nin təhsil sistemində geniş tətbiqini yüksək qiymətləndirmiş, amma bu istiqamətdə qarşıda duran böyük işlərin olduğunu da qeyd etmişdir. Nazir çıxışında təhsil sistemində İKT-nin tətbiqi mövzusunda müsabiqəninin keçirilməsi təşəbbüsü ilə çıxış etdi.
Konfransda İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edilmişdir. III yeri Ülviyyə İsmaylova (6 saylı məktəb-lisey), Mehriban Abbasova (8 saylı orta məktəb), Baha İsmaylova (Zaqatala şəhər Humanitar fənlər gimnaziyası), II yeri Almaz Həsrət (204 saylı orta məktəb), Mətanət Əhmədova (264 saylı məktəb-lisey), I yeri isə İlhamə Əkpərova (8 saylı orta məktəb) tutmuşlar.
İlhamə Əkpərova Azərbaycanı martın sonunda Almaniyada keçiriləcək Avropa İnnovativ Müəllimlər Forumunda təmsil edəcəkdir. Müsabiqə Təhsil Nazirliyinin Microsoft korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir, və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-na uyğun olaraq keçirilirmişdir.
Konfransda həmçinin müəllimlərin informasiya texnologiyalarının tətbiqi üçün motivasiya sistemi geniş müzakirə olunmuşdur. “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən motivasiya sistemi müəllimlərin informasiya texnologiyalarından tədrisdə istifadəsini stimullaşdırmağa yönəlmişdir.
Uşaqların internetdə təhlükəsizliyi mövzusu da konfransda müzakirə olunmuşdur. “Uşaqların İnternetdə Təhlükəsizliyi” layihəsini “Microsoft Azərbaycan” şirkəti Azərbaycan Respublikasının Təhsill Nazirliyi və Azərbaycan İnternet Forumu ilə birgə həyata keçirir. Azərbaycanın təhsil sahəsində reallaşdırılan sözügedən layihə Microsoft şirkətinin bütün dünyada həyata keçirdiyi “Сhild Safety Online” qlobal proqramının tərkib hissəsidir.
Paylaş :
  • 0
  • 9 февраля 2010, 16:03
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər