Texnologiya → NETTY 2010 Milli İnternet Mükafatın partnyorlarının sayı artır

Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Ölkənin iri İT-şirkətlərindən biri ULTRA “Elm və Təhsil” nominasiyasında Mükafatın partnyoru olmaq niyyətini bildirdi. Bu nominasiyada bütün nominantlar və mükafatın qalibi şirkəti tərəfindən mükafatlandırılacaq. Qeyd etməliyik ki, şirkət ənənəvi olaraq elm və təhsil sahələrinə yönəldilmiş bütün təşəbbüsləri dəstəkləyir, ULTRA elm və təhsil sahələri üçün müxtəlif növ İT-layihələrin həyata keçirilməsi üzrə tanınmış liderdir.
İştiraka dəvət edirik.
NETTY-2010 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY – bütün dünyadan yüz minlərlə İnternet istifadəçilərini toplayan ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən, NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazandı.
Cari ildə hər zaman olduğu kimi müsabiqə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hərtərəfli dəstəklənir, Golden Pay ödəniş sisteminin, ULTEL telekommunikasiya operatorunun, Azeurotel operatorunun, Ali&Nino dükan şəbəkəsinin, İntrans internet provayderi, Nurlar şirkətinin, AZEL şirkətinin partnyorluq köməyi və JİS studiyasının dizayn köməyi ilə keçirilir. 1news.az, novosti.az, dispute.az, aze.az, e-azerbaijan.info, Infocity.az, Azerfoto.com, ITMagazine, qwerty.az, eXpert. layihələri tədbirə informasiya köməyi göstərir.
ƏLAVƏ MƏLUMAT:
Müsabiqə nominasiyaları
1. Dövlət saytı
2. Korporativ sayt
3. Elm və təhsil
4. Mədəniyyət və incəsənət
5. İnformasiya və xəbərlər
6. Servis-sayt
7. Əyləncə
8. İdman
9. Azərbaycan
10. Şəxsi sayt
11. Cəmiyyət
12. Elektron Kommersiya sahəsində ən yaxşı sayt
Həvəsləndirici nominasiyalar
1. “Gənclərlə bağlı ən yaxşı sayt”
2. “Ən faydalı sayt ”.
3. “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə”
4. “İlin İT-hadisəsi”
Saytın ünvanı:
NETTY-nin Akademiyası:
NETTY sosial şəbəkələrdə:


Şərhlər (1)
RSS yığmaq / açmaqStrange
Yalnız üzvlər şərh yaza bilər