Texnologiya →  Mərkəzi Bankda EMC Documentum həlləri tətbiq olunur


Press-reliz: Azərbaycanın Mərkəzi Bankında EMC məhsullarının adaptasiyası və tətbiqi həyata keçirilir. Layihə işlərini EMC korporasiyasının Azərbaycandakı yerli tərəfdaşı SİNAM şirkəti icra edir.

Hazırda Mərkəzi Bankda tətbiq olunmaqda olan əsas həllərdən biri EMC Documentum Webtop həllidir. Sözügedən həll standart müşahidəçi proqramında EMC Documentum saxlama və məzmunun idarəsi xidmətlərinə girişi təqdim edir. Documentum Webtop qovluqların iyerarxiya əsasında intuitiv şəkildə anlaşılan naviqasiyalı interfeysə üstünlük verən istifadəçilər üçün idealdır. Ayrıca axtarış sistem serverdə yerləşdirilmiş kontentin tam məzmunu üzrə axtarış həyata keçirməyə imkan verir.

Bankda sənəd mübadiləsinə cavabdeh olan əsas EMC məhsulundan başqa artıq EMC korporasiyasının “EMC SourceOne Email Management for IBM Lotus Notes Domino” kimi həlli də tətbiq olunmuş və uğurla fəaliyyət göstərir. Bu həll istismar xərclərini azaltmağa və yazıların saxlama siyasətlərini, həmçinin sahəyə aid və dövlət normativlərini icra etməyə yardım edən növbəti nəsl elektron poçtunun arxivləşdirilməsi üçün nəzərdə tutulmuşdur. “EMC SourceOne Email Management for IBM Lotus Notes Domino” həlli arxivləşdirilmiş məlumatlara şəffaf giriş sayəsində şirkətlərə istifadəçilərin əmək məhsuldalığını yaxşılaşdırmağa yardım edir.

Mərkəzi Bankda həmçinin “EMC Documentum eRoom Enterprise” məhsulu — müəssisərlər üçün Documentum eRoom alətlərini məzmunun idarəetmə imkanları ilə uyğunlaşdıran platform — tətbiq olunur. Birgə iş üçün nəzərdə tutulmuş “eRoom Enterprise” proqram təminatılə ayrı-ayrı zaman nöqtələrində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri layihə, proqram və əməliyyatların hazırlanması zamanı əməkdaşlıq edib, yaradılmış verilənləri idarə edə bilərlər. Sadə veb-mühitdən və öz sahəsində aparıcı həll hesab olunan verilənlərin idarəedilmə platformunu istifadə edərək eRoom Enterprise birgə iş məqsədilə hər kəs üçün əlçatan olan veb-mühiti təqdim edir.

Bankda həmçinin EMC Captiva InputAccel həllinin də tətbiq olunması planlaşdırılır. Həmin həll kağız daşıyıcılarda, elektron fayllarda və verilənlər mənbələrində olan məlumatları rəqəmləşdirməyə, daha sonra isə onları rəqəmli məzmunlara çevirib, daxili emaletma və saxlama sistemlərinə göndərməyə imkan verir. Şirkətinizə verilənlərin əl ilə daxil edilməsini azaltmağa və ya tam aradan qaldırmağa yardım etməklə, “InputAccel” həlli emal zamanı baş verən səhvlərin sayını minimallaşdırır, verilənlərin dəqiqliyini yüksəldir və işin məhsuldarlığını artırır.

Həmçinin bankda “EMC Documentum Reporting Services” hesabatların hazırlanması həllinin tətbiqini qeyd etmək. “EMC Documentum Reporting Services” müştərilərə “EMC Documentum”-un məzmununu daha yaxşı anlamağa imkan verən hesabatların hazırlanması imkanını təqdim edir. “Reporting Services” inzibatçıya məzmunun növü, ölçüsü və istifadə tezliyi haqda, biznes-istifadəçilərinə isə sənədin həyat siklinin mərhələsi haqda məlumatları təqdim edir. Məhsul müxtəlif qrafikli və filtrli hesabatları hazırlamağa və WEB proqramlarda yerləşdirməyə imkan verir.

Qeyd edək ki, EMC korporasiyası informasiya infrastrukturları üçün nəzərdə tutulmuş həllər sahəsində dünya lideridir. EMC müştərilərə məlumatların istifadəsindən maksimumu (fəaliyyətinizin aparıcı qüvvəsi olan məlumatların kollektiv şəkildə yaradılması, istifadəsi, yayılması və arxivləşdirilməsi) əldə etməyə imkan verən korporativ məzmunun idarəsi üçün həlləri təqdim edir. SİNAM şirkətində EMC-nin tədris proqramına uyğun olaraq müvafiq təlimlərdə iştirak etmiş sertifikatlaşdırılmış proqramçılar qrupu formalaşmışdır.
Paylaş :
  • 0
  • 26 июля 2010, 11:44
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər