Texnologiya → “Bank Standard” məhşur “WebMoney Transfer” elektron ödəniş sisteminin Azərbaycanda rəsmi tərəfdaşı oldu

Press-reliz: Bundan sonra müştərilər İnternetdə ödənişlər etmək üçün pulu öz elektron pul kisələrinə .
“Bank Standard” müştərilərinə İnternetdə maliyyə hesablaşmalarının olduqca rahat və əlverişli üsulu olan “WebMoney Transfer” elektron ödəniş sistemini təqdim edir. Bu sistem maksimal hesablaşma sürətini, pul vəsaitlərinin yüksək təhlükəsizliyini və toxunulmamazlığını təmin edir.
Hazırda “WebMoney Transfer” sistemi 11 milyondan artıq istifadəçini əhatə edir. Siz elektron kataloqunda toplanmış 12 mindən artıq İnternet mağazalarında bu sistemin ödəniş funksiyasından istifadə edə bilərsiniz. Eyni zamanda sistem şəxsi biznesi qurmağa və İnternet vasitəsilə ödənişləri qəbul etməyə imkan verir.
“WebMoney Transfer” sistemi vasitəsilə İnternetdə aparılan ödəniş prosesi plastik kartlarla müqayisədə daha rahat və əlverişlidir. Sistemin mühüm üstünlüklərindən kartı sifariş etməyə, bank hesabını açmağa və ya ödəniş apararkən öz şəxsi məlumatlarını açıqlamağa ehtiyacın olmamasıdır.
Sistemə qoşulmaq üçün saytında qeydiyyatdan keçərək Z (ABŞ dollarının ekvivalenti) və ya E (Avronun ekvivalenti) tipli elektron pul kisəsini yaratmaq və formal atestatı əldə etmək lazımdır. Daha sonra müştəri “Bank Standard”ın istənilən filialına müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim edib öz pul kisəsinin nömrəsini və köçürmək istədiyi məbləği bildirməlidir. Vəsait dərhal müştərinin elektron pul kisəsinə köçürülür.


Şərhlər (10)
RSS yığmaq / açmaqShaig
VaLeH
Shaig
Farid05
Farid05
Shaig
Elliot
İstənilən halda xeyiri dəyəcək. Xüsusən bir az təkmilləşdirmələr olsa lap əla olacaq.
Shaig
Pul qebul eden kimi yanashsam, Azericard ve ya Goldenpay-e qoshulmaq ele de chetin ish deyil. Sadece bir iki burokratik ishlem var ki, onlari da yalniz bir defe ashmaq lazim. He bir de Webmoney-den gelen gelir vergi ile ve qanunlarimizla ne derece tenzimlenir onu bilmirem.
Elliot
Strange
Yalnız üzvlər şərh yaza bilər