Reytinq
+2.84
səsıər:
2
avatar

Ultra  



Ultra →  NEXUS “DocPad” adlı sensor ekranlı planşet hazırlayıb

İlk milli noutbuk brendi olan NEXUS istehlakçıların təlabatlarına uyğun premium planşet hazırlayıb. DocPad planşetləri 11.6” HD Glare sensor ekranlı, İntel PieneView-M N450 prosessorlu, 2GB əməli yaddaş qurğulu olaraq Windows 7 əməliyyat sistemində hazırlanıb. DocPad planşetləri müasir, cəlbedici dizayna malik olaraq sinfinin digər planşetlərindən HDMİ, WiMax kimi texnologiyalarla təchiz olması ilə fərqlənir. DocPad planşetləri həm fərdi istifadə, həm də müasir və premium hədiyyə kimi yararlıdır. Çünki, sözügedən məhsul NEXUS-un A kateqoriyalı sinfinə daxil olaraq özünəməxsus, milli ornamentlərlə dizayn edilmiş qutu-qablaşdırılması vardır. DocPad planşetlərinin qiyməti 599 AZN-dır.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Elektron İmza təqdim olundu

Dünən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları, Ultra, Microsoft və Azerin konsorsium şirkətləri Elektron İmza-nı təqdim etdilər.


( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Ultra şirkəti ƏN AKTİV PR XİDMƏTİ nominasiyası üzrə qalib oldu!

52 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və PR xidmətinin iştirak etdiyi müsabiqədə 9 nominasiya üzrə qalib olanlar arasında Ultra şirkəti də oldu.
Şirkət Distribüsiya sahəsi üzrə 2010-cu ilin ƏN AKTİV PR XİDMƏTİ nominasiyası üzrə qalib oldu. Qeyd edək ki, Ultra şirkətinin marketinq şöbəsi bu müsabiqədə artıq 4 ildir ki, qalib olur. Şirkətin marketinq strategiyası və ictimaiyyətlə əlaqələr istiqamətində görülən işlər ölkə və ölkədən kənar tədbir və müsabiqələrdə layiqincə qiymətləndirilir.

“İlin ən yaxşı PR xidməti” Müsabiqəsi
“İlin ən yaxşı PR-xidməti” müsabiqəsi 2006-cı ildən “Press-reliz Yayım Xidməti” tərəfindən təşkil olunur. Artıq beşinci dəfə keçirilən müsabiqə “Alfa Alliance Group” Kommunikasiya Agentliyinin və “Anadolu Media” şirkətinin dəstəyi ilə keçirilir.

Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi və PR xidmətlərinin işindəki müsbət təcrübənin yayılmasından ibarətdir.
Paylaş :

Ultra →  NEXUS LCD və LED TV kolleksiyasını yenilədi


Press-reliz: Azərbaycanın ilk və yeganə noutbuk istehsalçı brendi NEXUS 2011-ci il üçün yeniliklərini təqdim etdi. Beləki, şirkətdən aldığımız məlumata əsasən NEXUS ilk olaraq yeni LED texnologiyalı TV-monitorun dizaynlarında yenilik etmişdir. Keçən ilin sonuna kimi ən maksimal 42 düymlü LDC tv-ləri olan NEXUS şirkəti artıq bu ildən 47 düymlü tv-də buraxır. Yeniləşmiş tv kolleksiyası ilə şirkətin rəsmi saytı vasitəsilə tanış ola bilərsiniz.
Paylaş :

Ultra →  ULTRA şirkəti «Intel® Core™ prosessor nəsli bazasında məhsulların uğurla inkişafı» mükafatı ilə təltif edildi.

27 Oktyabrda Türkiyənin İstanbul şəhərində Intel korporasiyasının Premier Provider tərəfdaşları üçün keçirilən “Dəyirmi masa” Intel® Beynəlxalq konfransına Mərkəzi Asiya və Zaqafqaziyadan kommersiya sektoru, elmi dairələr və inzibati strukturları təmsil edən nümayəndələr toplanmışdı. Intel® konfransı marketinq tərəfdaşlığı proqramının vacib bir elementidir. Bu konfransda FK reseller, istehsalçı və distributorları strateji xəbərlər haqqında öyrənir, məlumatları bölüşür və özləri üçün qarşılıq əlaqə imkanları yaradırdılar. Konfransın məqsədi şirkət rəhbərlərinə, marketinq menecerlərinə və texniki mütəxəssislərə biznesin inkişafı üçün lazım olan bazarın vəziyyəti, həmçinin yeni Intel® məhsulları, məhsul buraxılış planları və texnologiyalar haqqında məlumat vermək idi.

Konfransda ULTRA şirkəti «Intel®Core™ prosessor nəsli bazasında məhsulların uğurla inkişafı» mükafatı ilə təltif edildi. ULTRA 2001-ci ildən Intel® Premier Provider statusuna malikdir. Intel®-in Premier statusuna malik marketinq tərəfdaşlığı proqramının iştirakçıları üçün Intel®-in yerli ofislərində fərdi menecerlər ayrılır ki, onlar da sifarişçinin müraciətlərinə dərhal cavab verirlər. Intel® Inside® proqramı çərçivəsində yeni Intel® ticarət markalarından istifadə üçün icazə proseduru da sadələşdirilib.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Bakıda “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” seminarı keçirildi

28 oktyabr 2010-cu il tarixində Bakıda ULTRA (Bakı), “Sistem Texnologiyaları” (Minsk) və Oracle (Bakı) şirkətlər alyansı tərəfindən təşkil olunmuş “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” mövzusunda seminar keçirilib. Tədbir Park İnn otelinin Dan Ulduzu konfrans zalında baş tutmuşdu. Seminarda biznesin gələcəkdə inkişafı və sabitləşməsi üçün informasiya texnologiyalarının effektiv istifadəsində maraqlı bank və maliyyə strukturlarının 40-dan çox mütəxəssisi iştirak etmişdir.

ULTRA şirkətinin prezidenti Tahir Mirkişili və “Sistem Texnologiyaları” Birgə Məhdud Məsuliyyətli Cəmiyyətinin başçısı Aleksnadr Mukovozçik seminarı açıq elan etmişdilər. Seminarın əsas məsələləri tərəfdaş təşkilatlar tərəfindən işlənib hazırlanan və tətbiq edilən həllərin və İT texnologiyaların nəzərdən keçirilməsindən, həmçinin əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsindən ibarət idi. Tahir Mirkişili qeyd etdi ki, “bankdaxili proseslərin həyata keçirilməsində informasiya texnologiyaları artıq köməkçi funksiyanı yerinə yetirmir, hətta İT biznes-proseslərin ən mühüm tərkib hissəsinə çevrilmişdir. – Şöbələrin məqsədlərinə və tələblərinə uyğun olaraq yaradılan və fəaliyyət göstərən düzgün qurulmuş İT-infrastruktur bank rəhbərliyinə və işçilərinə təşkilat daxilində və ondan kənarda baş verən prosesləri tam olaraq anlamağa kömək edir, daimi dəyişən mühit şəraitinə tez uyğunlaşmağa, opertiv olaraq yeni müştəriləri tapmağa və yeni xidmətləri sürətlə bazara çıxarmağa imkan verir”.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Ultra şirkəti Adobe partnyorluğu üzrə Silver statusunu aldı


Azərbaycan bazarında partnyor şəbəkəsinin genişlənməsi «ULTRA» şirkətinin iş istiqamətləri sırasında xüsusi əhəmiyyətli yer tutur. «ULTRA» və «Adobe Systems Incorporated» şirkətlərinin uğurlu əməkdaşlığı keçən 2009-cu ildən başlanmışdır və müştərək layihələrin irəli sürülməsi və tətbiq olunması bazasında inkişaf edir. «Adobe Systems» həlləri bazasında İT sistemin qurulmasında öz kvalifikasıyasını təsdiq etdiyi üçün «ULTRA» şirkəti «Adobe» tərəfindən Silver partnyor statusu aldı ki, bununla da müştərilərə satıcının ən müasir avadanlıqları, resursları və texniki informasiyasını əldə etmək imkanı verdi.
Əldə olunmuş status «ULTRA» şirkətinin mütəxəssislərinə «Adobe Systems» tərəfindən texniki dəstəyə və «Adobe» həllərini ən yüksək səviyyədə adaptasiya etmək üzrə şirkətə kömək edəcək sistemli təlimlərə müraciət etmək hüququ verir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Elektron xidmətlər tədricən sıravi vətəndaşın gündəlik həyatlarına daxil olacaq

ULTRA şirkətinin prezidenti Tahir Mirkişilinin müsahibəsi

— Tahir müəllim, elektron xidmətlərin tətbiqi barədə Sizin fikriniz, yerli əhali elektron xidmətlərdən istifadə etməyə hazırdırmı?
— Avropa ölkələrində əhalinin 70 faizi elektron xidmətlərdən istifadə edir. Azərbaycanda isə gündəlik həyatda elektron resurslardan yararlanmağa yalnız əhalinin 30 faizi hazırdır. Belə düşünürəm ki, ölkədə bu sahədə vəziyyət dinamik sürətdə dəyişəcək. Təqaüdçülərimiz bankomatlardan istifadə etməyi öyrəniblər, bu isə o deməkdir ki, digər elektron xidmətlər də Azərbaycanın sıravi vətəndaşların gündəlik həyatlarında tədricən öz yerini tapacaq. Bu prosesi sadəcə olaraq canlandırmaq lazımdır. İT texnologiyalar sahəsində yeniliklərin tətbiq olunması istənilən cəmiyyətdə inqilabi bir prosesdir. Arxasınca böyük kütləni apara biləcək liderlər, eləcə də şirkətlərin bu işə həvəsləndirilməsi vacibdir. Amerikada 90-cı illərdə əhalinin yalnız 10 faizi alış-veriş əməliyyatları üçün internetdən istifadə edirdi. ABŞ hakimiyyəti tərəfindən internetdə məhsul satışı həyata keçirən şirkətlər üçün mənfəət vergisinin iki dəfə azaldılmasından sonra, beş il ərzində elektron xidmət istifadəçilərinin sayı 80 faizədək artmışdır.
Azərbaycanda elektron xidmətlərinin istifadə əhatəsinin genişləndirilməsi istiqamətində elektron təklif və xidmətlərin spektrini genişləndirmək, eləcə də onların keyfiyyətini artırmaq lazımdır.


( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  NEXUS sosial mediada rəqiblərindən daha aktivdir

İlk Azərbaycan noutbuku kimi 2003-cü ildən fəaliyyət göstərən milli brend NEXUS sosial mediada rəqiblərindən daha aktivdir. Beləki, sosial şəbəkələrdə səhifələrinə daha çox üzv toplayan NEXUS tez-tez müxtəlif aksiyalar etməklə fərqlənir. Yerli brendin məqsədi ictimaiyyətlə əlaqələrini sosial şəbəkə səhifələrində də reallaşdırmaq, istehlakçı irad və təkliflərini nəzərə almaqdır.

Bundan başqa, NEXUS şirkəti sosial blogingə də önəm verir. Şirkət bloqlar vasitəsi ilə məhsulların xüsusiyyətləri barədə texniki və test analiz məlumatlarını yayır. Buna nümunə olaraq "InfoCity" jurnalının TestLab rubrikası üçün NEXUS AİR seriyasından olan noutbukun yoxlanılması və testdən uğurla keçməsini nümunə göstərmək olar.

Şirkət məhsullarının keyfiyyəti, texniki dəstək və s. göstərilən xidmətlərə görə sosial məkanda istehlakçıların minnətdarlığı qeydə alınır. Ancaq bəzi hallarda tutulan iradların səmimiyyəti şübhə yaradır. Məhz buna görə hadisəyə şərh verməkdən qaçınaraq sosial mediada cərəyan edən bəzi məqamların xronoloji vəziyyətini aşağıda qeyd edirik.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  ULTRA şirkəti "Xalq Kompüteri" layihəsinə dəstək verəcək!

Press reliz: Ölkənin İnformasiya Texnologiyaları və inteqrasiya həllərinin tətbiqi üzrə fəal çalışan ULTRA şirkəti artıq “Xalq kompüteri” layihəsinə də dəstək verəcək. Beləki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri «Xalq kompüteri» layihəsinin ölkədə daha da kütləviləşməsi və verilən kompüterlərin imkanlarının daha da artırılması üçün ULTRA şirkəti proqram çərçivəsində təqdim olunan kompüterləri Microsoft Korporasiyasının bu proqram üçün xüsusi imtiyazlı lisenziyalı proqram təminatları ilə təchiz edəcəkdir.

Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompüterlər və lisenziyalı proqramları güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

( Ətraflı oxuyun )
Paylaş :