Yazı-Pozu → Microsoft Word 2007-də öz "Qısa Yol"larımızı(shortcut) düzəldək
Qısa yollar(shortcut) zamana qənaət etməyimiz üçün bizə çox yardımcı olur. Məsələn CTRL+B yazını qalınlaşdırır, CTRL+U yazının altını xətləyir və s… Amma bəzən elə əməliyyatlar olur ki, o əməliyyat üçün qısa yol olmur proqramda. O zaman işi uzun yoldan etməli oluruq. Bir müddət öncə bir dostum mənə bir sual verdi. «Yazını seçdikdən sonra, hansı qısa yol ilə o seçilmiş yazının arxa fonunu dəyişə bilərəm?(marker effekti)»
Bir az araşdırdıqdan sonra sualın cavabını tapdım və sizinlə paylaşıram.
1. Microsoft Word 2007 proqramını açırıq.
2.Word Options-a daxil oluruq.

3. Açılan pəncərədə Sol tərəfdəki şaquli menu-dan Customize seçirik. Sonra da pəncərənin sağ tərəfində şəkildə qeyd olunan kimi Customize düyməsini basırıq.

4. Customize Keyboard pəncərəsində Specify Commands hissəsinə fikir verin. Qırmızı və Yaşıl rənglə qeyd etdiyim hissələrə diqqət edin. Categories ilə Üst üfiqi menu uyğun gəlir. Yaşıl rənglə haşiyələdiyim Commands isə o şaquli menudakı əmrlərin siyahısıdır.
Categories bölməsindən Home Tab seçirik. Commands-dan isə HighlightCOlorPicker seçirik.

5. Seçikdən sonra Press new Shortcut Key boşluğuna yeni qısa yolumuzu daxil etməliyik. Kursoru o boşluğa qoyduqdan sonra ALT düyməsini basılı tutaraq / basdım mən. Nəticə şəkildəki kimi oldu. Qısa yolumuzu yazdıqdan sonra sol tərəfdə altda düyməsini basmaq lazımdır.

6. Close düyməsini tıklayırıq. Sonrakı pəncərədə OK düyməsini tıklayırıq.

Və nəhayət qısa yolumuzu istifadə edə bilərik.
Hər hansı yazı yazın, sonra yazının bir hissəsini seçin. Sonra da ALT+/ qısa yolunu tıklayın. Budur yazımızın arxa fonu markerlə işarələnmişdir :)
Mənim nəticəm:

Ümidvaram işinizə yarayacaq.
Araz Eyyubov.

Şərhlər (6)
RSS yığmaq / açmaqBirdə əgər araşdıranda qarşına çıxıbsa Window`un özünün shortcutlarını necə idarə etmək olar, bu barədə məlumatın varsa paylaşsan sevinərdim.
Sadig
Daha dəqiq desək? Məsələn hansı ShortCut-ları dəyişmək istəyirsən?
Məsələn adi Microsoft Word proqramını starta girmədən, klikləmədən bir başa klaviaturadakı düymələrlə açılmasını etmək asandır.
Sən konkretləşdirsən, sualın cavabını tapmaq asan olar.
KoLGe
Sadig
Görək Google əmi bu barədə nə bilir :D
Nəticə olan kimi paylaşacam burda. Özümə də çox maraqlıdır :)
KoLGe
Sadig
KoLGe
Yalnız üzvlər şərh yaza bilər