Blog: raminorucov →  Seminar: “İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi”

Axtunq axtunq, diqqət, diqqət :)

Bu həftə şənbə günü Qafqaz universitetində seminar verəcəm. İştirak sərbəstdir, qeydiyyat hər kəs üçün açıqdır və pulsuzdur.
Seminar tam adı: İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi

Yer: Qafqaz universiteti seminar salonu
Tarix: 13 Mart 2010 saat 10:30
Nəzərdə tutduğum hədəf auditoriya aşağıdakılardır:


( Ətraflı oxuyun )
Paylaş :

Blog: islamhesenov →  Kim hansı GSM Operatordan istifadə edir?

Səslər: 20. Bitərəflər: 1

Paylaş :

Blog: Oruc →  Xocalıya aid erməni saytı hack edildi

Xocalıya aid erməni saytı hack edildi.
Sayt Xocalı soyqırımını inkar edən faktlar özündə cəmləşdirmişdi.


by Azerbaijan DEfacers

zone-h.com/mirror/id/10310166
Paylaş :

Blog: 2ral →  kayzen.az fəaliyyətə başladı

weboxu.com istifadəçilərinin nəzərinə yeni layihəni çatdırmaq istəyirəm. kayzen.az saytının fəaliyyətə başlaması haqqında tam oxuya bilərsiniz. Sayt,onun qaydaları,ideyası və s. haqda saytın özündə ətraflı qeyd olunub.Çoxunuz informasiya texnologiyaları ilə yaxın insanlar olduğunuz üçün mən bu sosial forumun özü haqqında yox, məhz onun texniki imkanlarından danışacam.
Sayt Livestreet bazasında qurulub. Daxili kodunun çox hissəsi dəyişdirilib. Əsas funksionaldan əlavə mikrobloq,qalereya quraşdırılıb. Dəyişikliklərin çoxu kiçikdir. Reytinq sistemi isə tamamilə fərqli qurulub. Sayt inkişaf edəndən sonra indi qeyri-aktiv olan unikal xidmətlər istifadəyə veriləcək.
Livestreet bazasında qurulan saytların çoxundan fərqli olaraq burada bloq tipi və kateqorizasiyada bir çox yeniliklər edilib.
Saytın ən maraqlı xüsusiyyətlərindən biri orada TinyMCE redaktorudur. Məsələ orasındadır ki,TinyMCE Livestreet-də yaxşı realizasiya olunmub və şərh yazmaqda ondan istifadə mümkün deyil. Demək olar ki,saytın hazırlanmasında ən çox əziyyət verən hissə məhz redaktor olub. Elə weboxunu misal götürək.Burada olanların çoxu informasiya texnologiyalarından kifayət qədər baş çıxardıqları üçün onlar standart redaktordan istifadə edə bilir. Amma böyük auditoriyaya hədəflənmiş sayt üçün bu yaxşı deyil,insanlar vizual,rehat redaktordan istifadəyə üstünlük verir.
Saytın daha bir unikal xüsusiyyəti(Livestreet bazasında bu yoxdur, yalnız habrahabr.ru-da var) Süni İntellekt funksiyasıdır.
Sayt demək olar ki,99% Azərbaycan dilində işləyir. İki gündən sonra bu ədədi 100% qaldırmağı nəzərdə tutmuşuq.Yalnız redaktorda və bir-iki yerdə ingilis dilində söz qalıb. Saytın texniki problemləri,dizaynı və s. ilə bağlı təklifləri olanları gözləyirik. Saytda ən vacib kritik baqları tapan şəxsi qiymətli mükafat gözləyir.Reytinq sistemindən başqa istənilən suallarınızı burda da verə bilərsiniz.
Paylaş :

Blog: Qarishqa →  Microsoft və Yahoo Birləşdi

Proqram və internet dünyasının iki nəhəng şirkəti Googlenin önünü kəsmək üçün birləşdilər.Bing və Yahoonun birləşməsi YaBing adlandırıldı.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: kefkom →  kayzen.az saytini yaradanlarin məsuliyyətsizliyi

Yeni bir proyekt üzərində işləyirəm. İnşalla qwerty-də anonsunu verəcəm.İş elə gətirdi ki proyekt üçün yaylı saat search verdim google üçün.

Nəticə məni qane etmədi. Search-i yalnız Azərbaycan üçün etdim. birinci nəticəyə baxdım və http://kayzen.az/blog/fiziklər/231/xristian-hüygens.html düşdüm. Saytın dizaynına baxanda sanki mənə nəsə tanış gəlir (:-), bir saytla oxşarlığı var. Elə menyunun üstündə basıram və saytla tanış oldum. Çox maraqlı gəldi mənə sayt. Amma daha maraqlısı odur ki,sayt 8 fevraldan açıq olmasına baxmayaraq onun haqqında heç nə eşitməmişəm. Google axtarış zamanı bir şey tapmaq mümkün olmadı. Bloqlar,qalereya, İstifadəçilər hamısı işləyir,ama bir şey tapmaq olmur. Çox məsuliyyətsizlikdir. Belə maraqli sayt açasan,amma axtarışı qoymayasan. Belə sayt düzəldənlərə görə sayt batır. Saytın hansı studiya düzəltdiyini isə yazmıblar. Sayta kontent qoyub axtarış üçün bağlamaq nə dərəcədə düzgündür? kayzen.az saytının sahibləri görəsən bu barədə bilirmi?
Paylaş :

Blog: Shaig →  Video blok - texno roliklər

Sosial mediadakı texnologiya haqqında olan video roliklərdən bir neçəsini yığıb, bir arada yazmaq istədim. Bu videolar həm statistikanı, həm video çəkilişi, həm gələcəyin oyunlarını əhatə edir:
Məlumat toplusu:



( Ətraflı oxuyun )
Paylaş :

Blog: rashadaliyev →  "Xocalı Soyqrımı" Qurbanlarının Xatirəsinə Evlenirik.Biz Qaraldılacaq!

Xocalı Soyqrımında canlarından olanların ruhlarına hörmət olaraq www.evlenirik.biz saytı 25
Fevral saat 23:59-dan  -  27 Fevral 00:01-ə qədər qaraldılacaqdır…
Allah ölənlərə rəhmət eləsin…
 

Günahsızlara qarşı işlənən
günah adlı məqaləni oxuyun..»


Günahsızlara Qarşı İşlənən Günah!

Paylaş :

Blog: Oozexx →  Google bunu necə edir?

Google, maps ilə dünyanı PC-nizə gətirir. Yaxşı bəs, xəritənin nəcür işlədiyi barədə bir fikriniz varmı? Bununla heç maraqlanmısınızmı?

Google Mapsda gördüyünüz xəritələr Google-nin iş ortaqları tərəfindən hazırlanır. Googleda bu xəritələri alaraq özü üçün istifadə edir. Onun işlədiyi şirkətlərdən biri tele Atlas və navigator sahəsində peşəkar bir firmadır.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: aziz →  Dünyada yeganə RGB ölkə

RGB-nin nə olduğunu yəgin bilirsiniz. Bilmirsinizsə kompyuterə bir daha yaxınlaşmayın indi qısa başa salaram. RGB (Red, Green, Blue) renglerinin başlıqlarından əmələ gələn akronimdi
Qısa sözlə desək, bu üç rəngi qarışdırmaqla digər rəngləri göstərirlər.
Daha ətraflı wikipediada oxuya bilərsiniz

Niyə bunu yazdım?


( Ətraflı oxuyun )
Paylaş :