AzerDict → Orfoqrafiya Lüğəti İstifadəyə Verildi
nda orfoqrafiya lüğəti istifadəyə verildi. ndə müəyyən edilmiş qaydalara görə sözlərin düzgün yazılış formaları verilir. Azərbaycan dilinin orfoqrafiya lüğəti Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni əsasında tərtib edilmişdir. AzerDict orfoqrafiya lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir. Lüğətdə axtarış zamanı səhv yazılan sözlərin düzgün alternativləri “Bunu demək istədiniz?” funksiyası vasitəsilə göstərilir. Bundan başqa yazılışında ən çox səhvə yol verilən sözlər düzgün variantları ilə birlikdə lüğətdə öz əksini tapıb.Orfoqrafiya lüğətinə keçidindən daxil ola bilərsiniz.
- +5
- 21 июля 2010, 13:39
- 2+2
AzerDict → Rusca Lüğət Əlavə Olundu
Rus dilinin Azərbaycandakı geniş istifadəsini və eyni zamanda Azərbaycanın virtual məkanındakı təsirini nəzərə alaraq AzerDict dil portalı istifadəçilərinə sayt ənənəsinə sadiq qalaraq ikitərəfli rusca azərbaycanca lüğətinin beta versiyasını təqdim edirik. Yeni lüğətdə hər iki dildə 50 000-dən çox söz və ifadə mövcuddur. Rusca lüğət ingilis dili lüğətindən fərqli olaraq cədvəl formatında deyil. Bundan başqa, kiril əlifbası klaviaturası ilə yazmaqda çətinlik çəkənlərin rahatlığını təmin etmək üçün virtual klaviatura funksiyası əlavə olunmuşdur. Rusca lüğətə keçidindən daxil ola bilərsiniz.
- +6
- 11 июля 2010, 15:42
- 5+5
AzerDict → Mobil versiya istifadəyə verildi
-in mobil istifadəçilərinin də olduğunu nəzərə alaraq lüğətin mobil cihazlar üçün olan versiyasını təqdim edirik. Bu versiyaya keçidindən daxil ola bilərsiniz.Xatırladaq ki, AzerDict-in mobil telefonlarda istifadəsini daha da rahatlaşdırmaq və sürətləndirmək üçün lüğətin mobil versiyasında funksiyalar məhduddur. Bloq, Sual-Cavab, Günü sözü və s. bölümləri mobil versiyada fəaliyyət göstərməyəcək.
- +2
- 5 июня 2010, 23:24
- 3+3
Blog: Ferhad → WordCamp Türkiyə
Bugün İstanbul Bersay İletişim Entstitüsündə baş tutdu. -in qurucusu başda olmaq üzərə internetin və bloq dünyasının bir çox tanınmış siması konferansda çıxış etdi. İlk olaraq -nin təmsilçilərindən WP 3.0 haqqında qısaca məlumat verdi. Yeri gəlmişkən, bildiyiniz kimi WP 3.0 release candidate artıq istifadəyə verilib. Bundan başqa, Emre WordPress-in artıq sadəcə blogdan daha çox CMS skripti kimi görülməli olduğunu Türkiyə saytlarından misallar gətirərək iddia etdi. Şəxsi istifadə ilə birlikdə WordPress-in , və kimi böyük kooperativ saytlarda istifadə edildiyi göstərildi.
( Ətraflı oxuyun )
- +5
- 29 мая 2010, 19:39
- 2+2
AzerDict → Söz bazası yeniləndi
olaraq bir müddətdir üzərində çalışdığımız söz bazasının yenilənməsi çalışmaları sona çatdı. Çalışmamızın nəticəsində bazamıza 15,000- dən çox zooloji, botanik, İT terminlər, coğrafi adlar və bir çox yeni sözlər əlavə olunmuşdur. Bir çox heyvan, quş və bitki adlarının ingilis dilində birəbir qarşılıqları müxtəlif mənbələrdən yoxlanılaraq sayta yerləşdirilib. Coğrafi adlar olaraq da ölkələrin azərbaycan dilindəki rəsmi qarşılıqları saytda öz əksini tapmışdır. IT terminlərin hazırlanmasında isə əsasən və tərcüməçilərimizin şəxsi təcrübələrindən yararlanılmışdır. İstifadəyə verilmiş 1500-dən çox İT termini, ümid edirik bundan sonra proqram və sayt lokallaşdırılmasında tərcüməçilərin işini asanlaşdıracaq və bu sahədə görülən işləri artıracaqdır. Bundan başqa, söz bazası yenidən gözdən keçirilmiş, bazadakı gözdən qaçan xətalar düzəldilib və çoxsaylı yeni sözlər əlavə olunmuşdur. Xətaları minimum etmək məqsədilə «sözü məruzə et» funksiyası da istifadəyə verilmişdir. Son yenilənmə ilə bazada 150 000-dən çox söz, söz birləşməsi və idiom mövcuddur. Nəticə etibarilə, istifadəçilər daha geniş və dəqiq bazayla təmin olunmuşdur.
- +6
- 1 мая 2010, 13:47
- 6+6
AzerDict → AzerDict Sual-Cavab
AzerDict, daha əvvəl də qeyd edildiyi kimi, məqsədlərindən biri olan sosial və kollektiv cəmiyyətin bünövrəsini qoymaq üçün Sual-Cavab (Question & Answers) bölməsini Azərbaycan və İngilis dili olmaq üzərə iki dildə istifadəyə verdi. Bu platformda istifadəçilər Azərbaycan və İngilis dilinə aid onları maraqlandıran sualların cavablarını müvafiq kateqoriyalarda müzakirə və fikir paylaşımı vasitəsilə tapa biləcəklər. Sual-Cavab bölməsi sualın qısa bir müddətdə və sahəsinin mütəxəssisi tərəfindən cavablandırılması üçün xüsusi funksiyalarla təchiz edilmişdir. Eyni zamanda suallara ən yaxşı cavabı verən istifadəçilər xal və reputasiya qazanacaqlar və bu şəkildə bu cəmiyyətin aktiv bir parçası olacaqlar.Bundan başqa verilən son suallardan və dil sahəsində nələr baş verdiyindən xəbərdar olmaq üçün bölmənin -nə abunə ola bilərsiniz. Sual-Cavab bölməsinə daxil olmaq üçün .
- +1
- 12 февраля 2010, 14:48
- 3+3
AzerDict → AzerDict Yeni Onlayn Lüğət Səhifəsinin Açıldığını Elan Edir
Press-reliz: AzerDict Onlayn Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca lüğəti istifadəyə verdi.İstanbul, 01.02.2010 – AzerDict Azərbaycanda artan istifadəçi kütləsini və onların xarici saytlara artan marağını nəzərə alaraq internetdə Azərbaycan və İngilis dillərində ən böyük və ən əhatəli ikitərəfli tərcümə xidməti təklif edən onlayn lüğəti yayımladı.
( Ətraflı oxuyun )
- +1
- 1 февраля 2010, 19:26
- 7+7

