Təhlil → Nar Mobile-ın yeni rəngləri (?!)

Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir.
Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı.
Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə qaldı. Ona görə də adını Super 3G qoydular və buna aid xüsusi personaj da təqdim .
Nar-dakı yeni rəngləri hiss edəndən bəri, yeni rəngdə qarşıma çıxan visualları bir kənarda saxlamağa başlayırdım. Görürəmki artıq bir blog posta sığışacaq qədər yeni rəngdə visual var.
( Ətraflı oxuyun )
- +4
- 3 февраля 2012, 22:11
- 2
Mobil Texnologiya → 3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing
Həftənin birinci günü (23 yanvar) əməkdaşları tərəfindən bizə (la mən) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir.
İlkin təcrübələrimdən sonra, qarşıma qeyd etməyə maraqlı nəsə çıxdıqca onları da şərhlərdə bölüşəcəm. Nəsə xüsusi bir təcrübə əldə etsəm də haqqında post yazaram.
Başlayacaq necə deyərlər "Unboxing«dən. Bu demək olar ki, mənim cihazları ilk „Unboxing“ postumdu.
( Ətraflı oxuyun )
- +4
- 25 января 2012, 12:56
- 3
Bakcell → Bakcell də 3G xidmətlərini təklif edir

Azercell barədə postumuzda istifadəçilərdən biri -in 3G tariflərinin adının "sür@" ola biləcəyini . Həqiqətən də Bakcell-in 3G xidməti belə adlanır. Xidmətin istifadəsi sərgisində baş tutub:
Azərbaycanın Ilk Mobil Operatoru Bakcell şirkəti noyabrın 23-də “BakuTel” sərgisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə öz 3G xidmətlərinin kommersiya istifadəsinə verildiyini elan edib. Prezidentlə birlikdə mərasimdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov da iştirak edib.
( Ətraflı oxuyun )
- 0
- 23 ноября 2011, 11:51
- 1
Bakcell → Bakcell-dən 3G xidmətləri barədə yeni xəbər

Bakcell Facebook səhifəsində 3G ilə istifadəçiləri məlumatlandırdı. Onlar prosedura və sınaqlar barədə istifadəçələrə məlumat :
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti 3G xidmətlərinin göstərilməsinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir. Test rejimi ölkənin 3G standartında yüksək sürətli mobil internet xidmətlərinin göstərilməsi üçün tam hazır olan 62 şəhərində aktivləşdirilib. Şirkətin çoxdan gözlənilən 3G şəbəkəsi noyabrın 3-də — 3G lisenziyasının verilməsindən və radiotezliklərin test rejimində istifadəsinə dair B&BTV şirkəti ilə müvafiq protokolun imzalanmasından dərhal sonra aktivləşdirilib.
( Ətraflı oxuyun )
- +1
- 18 ноября 2011, 21:41
- şərh yaz
Azercell → Artıq @Azercell 3G-yə keçdi. #3gmax

Bu yaxınlarda axir ki, alması barədə yazmışdıq. Bu yazıdan sonra yaranan ilk sual «Bəs 3G xidməti nə vaxt aktiv olacaq?» olmuşdu. Bu gün bu suala Azercell .
Artıq hər bir Azercell abonenti 3G yazıb 2525-ə göndərərək xidməti öz telefonunda aktivləşdirə bilər. Azercell 3G-nin əsəs üstünlüyü onun əhatə dairəsidir. Şəkildən göründüyü kimi demək olar ki, Azərbaycanın bütün şəhərlərini əhatə edir.
( Ətraflı oxuyun )
- +2
- 18 ноября 2011, 09:53
- 7
Blog: farxadus → Bu qarlı günlərdə 3G olacaq?
Hə, öncə hamınızı ilk qar yağması münasibətilə təbrik edirəm, amma onu da deyim ki, sabahki çirkli yollara hazır olun :) 3G ilə yazdığım keçən postuma qayıtmaq istəyirəm. Hamının bu saat gözlədiyi 3G şəbəkəsinin Azercell və Bakcell mobil operatorlarında ha vaxt aktivləşəcəyi mövzusunda bir daha toxunmaq istəyirəm. Yəqin ki, keçən postumda, Bakcell`in 3G şəbəkəsi olan və «BKCELL» adlandırılan şəbəkəsi haqda söhbət yadınızdadır. Çünki mən 100% əminəm ki, mən Samsung Galaxy telefonunun düzəlişlərində, mobil nömrənin yalnız 3G şəbəkəsində işləməsini seçmişdim, və heç cür bu 3G şəbəkəsi olmadan, düzəlişlər GSM şəbəkəsi ilə dəyişdirilə bilməzdi (onu da deyim ki, düzəlişlərdə yalnız GSM və GSM+3G avtomatik seçilmə variantlarıda var).
( Ətraflı oxuyun )
- +1
- 7 ноября 2011, 11:43
- şərh yaz
Azercell → Azercell-ə 3G lisenziyası verildi (?)

Azercell uzun müddətdir 3G xidməti üçün hazırlaşır və bu barədə RİTN-ə dəfələrlə müraciət edirdi.
Hələki ölkədə yeganə 3G xidməti olan operator Azerfon-dur. Trend-in verdiyi xəbərə artıq Azercell də 3G lisenziyasını alıb:
Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası «Azercell Telekom» mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.
( Ətraflı oxuyun )
- +1
- 3 октября 2011, 12:54
- 6
Blog: Fidan_h → Saxta "yüksək sürətli" datakartlar

Bir neçə gün əvvəl sürətli internet axtarışına çıxdım. Düzdü, mən evdə ADSL-dən istifadə edirəm. Amma heç qane eləmir. Axşam olan kimi bu “sürətli” internet başlayır axsamağa. Yeni açdığım bloquma bir foto belə yükləyə bilmirəm. :(
Hə, dediyim kimi başladım axtarışa. Bir dostum dedi ki, o “3G”-dən istifadə edir. Həm sürətlidir, həm də mobil. Sözün qısası, beynimə batdı bu fikir. Bu səbəbdən kiçik bir araşdırma elədim və elə bu yazının məqsədi də bu araşdırmamı sizinlə bölüşdürməkdir.
( Ətraflı oxuyun )
- +1
- 16 августа 2011, 10:38
- 16
Bloglar → Azerfon 3G və Ubuntu 11.04
Salam hamıya. Bu postda biz Azerfondan 3G modemi Linux Ubuntu 11.04 işlədəcəyik. Qeyd edim ki, bu çox çətin məsələ deyil və bu məqaləni sadecə bir manual kimi istifadə etmək olar. Gəlin başlayaq.
Gnu/Linux və Unix əməliyyat sistemlərdə əsas vacib olan məqam — cürbəcür xarici cihazların tanınmasıdır. İndiki zamanda bu boyük bir problem deyil, çünki əminliklə demək olar ki, Gnu/Linux əksəriyyət cihazları avtomatik olaraq tapır.

Yoxlayırıq.
Bunun üçün simkartı USB modemə salırıq və kompüterin USB çıxışına salıb Terminalı açırıq.
Orada yığırıq:
Nəticəsi:
Burada müxtəlif yazılar çıxacaq. Bunlar Core-un(Ядро)nın cihazlardan olan məlumatıdır. Bizi ən axırdakı məlumat maraqlandırır. Gördüyümüz kimi bizim Vodafondan olan modem uğurla tapıldı.
( Ətraflı oxuyun )
Gnu/Linux və Unix əməliyyat sistemlərdə əsas vacib olan məqam — cürbəcür xarici cihazların tanınmasıdır. İndiki zamanda bu boyük bir problem deyil, çünki əminliklə demək olar ki, Gnu/Linux əksəriyyət cihazları avtomatik olaraq tapır.

Yoxlayırıq.
Bunun üçün simkartı USB modemə salırıq və kompüterin USB çıxışına salıb Terminalı açırıq.
Orada yığırıq:
[biotin@biotin ~]$ dmesgNəticəsi:
....
[ 423.693909] option: v0.7.2:USB Driver for GSM modems
[ 429.025608] scsi 7:0:0:0: Direct-Access Vodafone MMC Storage MMC Sto PQ: 0 ANSI: 2
[ 429.028697] sd 7:0:0:0: Attached scsi generic sg2 type 0
[ 429.037568] sd 7:0:0:0: [sdb] Attached SCSI removable diskBurada müxtəlif yazılar çıxacaq. Bunlar Core-un(Ядро)nın cihazlardan olan məlumatıdır. Bizi ən axırdakı məlumat maraqlandırır. Gördüyümüz kimi bizim Vodafondan olan modem uğurla tapıldı.
( Ətraflı oxuyun )
- +4
- 26 июня 2011, 17:54
- 3
Mobil Texnologiya → 3G mobil internetin sürəti üzrə monitorinqin yekunları

Press-reliz:
Azərbaycanda 3G mobil internet Böyük Britaniya ilə müqayisədə daha sürətlidir.
Azərbaycanda 3G texnologiyası ilə genişzolaqlı mobil internet Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətlidir. Bu haqda Simsiz Texnologiyalar Assosiasiyasının apardıgı monitorinqin yekunlarından bəlli olmuşdur. Monitorinq datakartlar vasitəsilə aparılmışdır.
Böyük Britaniyaının Ofcom təşkilatı tətəfindən aparılmış tədqiqata görə, həmin ölkədə genişzolaqlı internetin orta sürəti 1,5 mbit/s, ən yaxşı əhatə dairəsində isə 2,1 mbit/s olmuşdur. Araşdırma Böyük Britaniyada 3G texnologiyası əsasında xidmət göstərən “3”, “Orange”, “O2”, “Vodafone” və “T-Mobile” mobil operatorlarını əhatə etmişdir.
( Ətraflı oxuyun )
- +1
- 14 июня 2011, 11:15
- 4



