Google →  Google, Buzz xidmətinin istifadəsini dayandırır


Google-da bir neçə yenilik birdən elan edildi. Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 33% artaraq 9,72 milyard-a çatdı. Larry Page dövründə də Google stabil və etibarlı addımlarla irəliləyir. L.Page işləməyən, xeyri olayan servislərdən də imtina etmə yolunu seçir.
Google ötən ay Google Plus-ı ümumi istifadəyə açdıqdan sonra təqdim etdiyi sosial şəbəkə xidmətlərində bəzi tənzimləmələr və təmizlik etdi. Bunun nəticəsində ötən ilin əvvəllərindən istifadəyə verilən Google Buzz da bağlanır. Google-un xidmətlərdən məsul direktor köməkçisi Bradley Horowitz tərəfindən dünən yazılan blog yazısında bunu elan etdi. Qeyd etdi ki, artıq sosial şəbəkə kimi, Google Plus-a fokuslanmaq istəyirlər.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Google`un sosial şəbəkə marağı nədən irəli gəlir?!

Nəsə bu Google son vaxtlarda sosial şəbəkələrə maraq salıbdı. Yəqin ki, Facebook`un bu qədər yüksəlişi onu da narahat edir. Bunun üçün bir çox addımlar da atıbdı. Deməli Google`un ilk işi Orkut olmuşdu. Bu cəhd elə də uğurlu alınmadı. Servis təkcə Brazilyada populyar oldu və burada çox rəğbət gördü. Sonrakı cəhd isə Google wave oldu. Düzü ilk baxışdan çox gözəl cəhd kimi görsənirdi bu. Hətta insanların dəvətnamə ilə üzv ola bilməyi buna marağı daha da artırdı və hər kəs üzv olmaq üçün növbəyə düzüldülər — bizim social media əhli də qarışıq. Ancaq bu elə bilki bir növ şar effekti verdi — şişdi və sonunda partladı. Maraq birdən-birə azaldı. Sonra Google`dan növbəti bir sosial platforma hədəfi gəldiGoogle Buzz. Bu yeni platforma bir növ Friendfeed`in qardaşı oldu. Tamamilə eyni servislərdir. Servisdə Google`dan gəldiyinə görə paylaşım button`ları belə bloglarda öz yerini aldı. Ancaq bu yeni servis də hər kəs tərəfindən birmənalı qarşılanmadı. Texnologiya aləmində Google`un istifadəçilərə qarşı bir haqsızlığı kimi qələmə verilir. Çünki bu sizin mailinizin daxilində yaranır. Üstəlik bir növ mailinizdə açıq hala gəlmiş olur.
Elə bu söz-söhbətlər davam edərkən Google yeni bir sosial start-up`ı satın aldı.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 февраля 2010, 02:48
  • Shaig
  • 5

Blog: Shaig →  "Google Buzz share" əlavəsi


Bu gün sosial əlavələri edəndən sonra fikirləşdim ki, bunu gərək ParketinqOxatan üçün də edək. Onlar da Wordpress üzərindədir. Əsasən bu blog sistemində belə əlavələri pluginlərlə etmək daha rahat olur. Ancaq plugin asan olmağına baxmayaraq bir azda fayl artıqlığıdı. Ona görə bəzi şeyləri manual eləmək daha rahat olur. Mən RT üçü plugin istifadə eləmişdim, ancaq sonradan baxmışdımki daha qısa və asan da eləmək olar. Ona görə də indi Google Buzz`ın paylaşım Buttonunun qısa formasını yerləşdirirəm:

Burada 1000 simvolu görsənir, mətnin sonunda isə Ətraflı oxuyun yazılır. Dəyişikliyi temadakı single.php`dən edin.
<a href="http://www.google.com/reader/link?url=<?php echo get_permalink(); ?>&title=<?php echo str_replace(" ", "+", get_the_title());?>&srcURL=http://www.SaytURL.com/&srcTitle=SaytTitle&snippet=<?php the_content_limit(1000, "Ətraflı oxuyun &rarr;"); ?>"><img align="absmiddle" src="<?php bloginfo('template_directory'); ?>/images/google-buzz.png" /> </a>


Yazının qısa mətni olmadan:
<a href="http://www.google.com/reader/link?url=<?php echo get_permalink(); ?>&title=<?php echo str_replace(" ", "+", get_the_title());?>&srcURL=http://www.SaytURL.com/&srcTitle=SaytTitle"><img align="absmiddle" src="<?php bloginfo('template_directory'); ?>/images/google-buzz.png" /> </a>


Əgər Wordpress istifadə olunmursa da yuxarıdakı kodların üzərində oynayaraq uyğunluşdırmaq olur.
Paylaş :
  • 0
  • 13 февраля 2010, 21:29
  • Shaig
  • 2

Weboxu →  WebOxu sosial alətləri

Google Buzz çıxandan sonra bloqlardakı sosial paylaşım saytlarının sırasına dərhal əlavə edildi. Bizdə dedik ki, bu ənənəni pozmayaq, bloqda Google Buzz iconunu yerləşdirək. Yəni Twitter, FriendFeedFacebook`un sırasına Google Buzz da qoşuldu. Artıq yazıları Buzz vasitəsi ilə də bölüşməyin yolunu sadələşdirdik. Əl gəzdirərkən Facebook paylaşımlarının və ReTweet`lərin sayınıda göstərən əlavələri etdik.

Bundan başqa Facebook fan səhifəsini də aktiv hala gətirdik. İndiyə qədər Twitter üzərindən @weboxu`nu izləmək mümkün idi. Eyni zamanda Friendfeed hesabımız da aktiv idi.
İndi Facebook səhifəsini ziyarət edib, fanı ola bilərsiniz. Eyni zamanda Facebook fanlarının sayını göstərən və bloq üzərindən fan olmağınızı asanlaşdıran qutucuğu da bloqun sağ sidebar`ında görə bilərsiniz.
Paylaş :

Google →  Google`un yeni xidməti - Google Buzz [video]

Bugün Twitterdə də yazmışdım. Google Bakı vaxtı ilə bu gün saat 22.00-da GooglePlex`də bir tədbir təşkil etdi. Burada o yeni məhsulunu tanıdacaqdı. Bu haqda ilk dəfə The Wall Street Journal’ı xəbər vermişdi. Xəbərdə təqribi deyilirdiki:
Google Gmailə əlavə edəcəyi əlavə xüsusiyyət ilə istifadəçilərin, dostları tərəfindən paylaşılmış fotoşəkil, video və status yeniləmələrini asanlıqla təqib edə bilməsini təmin edəcək

Tədbirdən əvvəl kimsə deyirdiki bu Twitter`ə, kimsə də deyirdiki Facebook`a rəqib bir sosial şəbəkə açıqlayacaqdı.
Google`un açıqladığı Yeni servisin adı isə oldu Google BUZZ. Servis bir GMail əlavəsidir. GMaildə aktiv olandan sonra istifadə eləmək olur. İndi Picasa, Flick, TwitterGoogle readerlə ilə inteqrasiyalıdır. Elə bilki bir növ mənə Twitter Friendfeed qarışığı bir şeyi xatırlatdı. Hətta az-çox Yahoo MEME`nidə xatırldır. Bəlkədə Google Wave`dən razı qalmadığı üçün sosial platformalarda çox istifadə ediləcək bir şey üzə çıxarmaq istədi. Ya da ola bilərki Nexus One üçün mobil aktivliiyi artıracaq alətdir. Hələki istifadə eləyə biməmişəm. Aktiv olan kimi istifadə edəndə, qeyri-adi bir fikir formalaşsa yazaram.
Video demo:

Bu haqda isti-isti Mashable yazmışdı.
Paylaş :
  • 0
  • 9 февраля 2010, 23:09
  • Shaig
  • 7