Texnologiya →  Azerfon və Azercell - Ölkədə ilk operatorlar arası MMS


Press-reliz: 01 Aprel, 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil rabitə operatorunun abunəçilərinə MMS göndərə biləcəklər.
AZERFON MMC və AZERCELL TELECOM MMC tərəfindən imzalanan müqaviləyə əsasən hər iki mobil operatorun abunəçiləri öz aralarında MMS göndərmək imkanından yararlana biləcəklər.
Digər şəbəkəyə MMS–in göndərilməsi xidməti MMS xidməti aktivləşdirilmiş bütün Azerfon-Vodafone abunəçiləri üçün mümkündür. Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək.
Abunəçilərin ünsiyyətini daha da rahat və rəngarəng etmək üçün Azerfon-Vodafone yerli və xarici operatorlarla MMS müqavilələrin sayını artıracaqdır.
Xidmət haqqında əlavə məlumat almaq üçün 077 200 11 77 nömrəsinə zəng etmək və ya www.azerfone-vodafone.com internet səhifəsinə müraciət etmək kifayətdir.
Paylaş :
  • 0
  • 1 апреля 2010, 16:53
  • Weboxu
  • 4

Azercell →  Azercell - Mobile Call Barring xidməti

Qeyri-rəsmi mənbələrdən aldığım məlumata görə Azercelldə yeni bir xidmət istifadəyə veriləcəkmiş. Hələki rəsmi olaraq xidmət istifadəyə verilməyibdi.
Düzü son zamanlarda bu Azercell spamları çoxalıbdı, elə bunla bağlı bir araşdırma eləyəndə rastlaşdım bu xəbərlə də. Yeni xidmətin adının Mobile Call Barring adlanması gözlənilir. Bəs bu «Mobile Call Barring» nədir? Bunun vasitəsi ilə siz öz contact əlaqələrinizi, sizə gəlib-gedən nömrələrin siyahısını özünüz tənzimləyirsiniz. Məsələn, «mənə sadəcə bu nömrələrdən zəng gəlsin» seçməklə sizə ancaq məhdud nömrələrin əlaqəsini tənzimləyə bilərsiniz. Ya da, «mənə filan nömrədən zəng gəlməsin» seçməklə ancaq bir neçə nömrənin zəngini qəbul etməyə bilərsiniz.
Bu xidmətin sərhəddinin necə olacağını bilmirəm, ancaq sərhədiz olsa idi — şəhər nömrələri, Bakcell, Azerfon, Catel kimi nömrələri və eyni zamanda Azercell`in öz reklam nömrələrini də əhatə etsə çox sevindirici olardı. Həm də ancaq zənglər yox bütün contact vasitələrini əhatə etsə idi — sms/mms. Beləcə çox yararlı xidmət olardı. İndi görək tərkibində nələr olacaq.
Paylaş :
  • 0
  • 5 февраля 2010, 14:00
  • Shaig
  • 4