Google → Google Nexus One haqqında

Bu yazımı Nexus One’a həsr etmek niyətinə gəldim. Qərar verdim ki, elə məqaləni Android`in WordPress Admin proqramı ilə yazım. Siz də görürsünüz ki, bəzi problemlerimiz yox deyil. Ilk olaraq Azerbaycanca klavyaturamız movcud deyil (Qeyd: Yazı redaktə olunduğundan şrift problemlərini aydın görə bilmirsiniz. problemləri görmək olar). Nöqtəsiz “i”, quyruqlu “s” ve məşhur tərs “e” hərflərini yaza bilmirəm. Ancaq bu yəqin ki mümkündür. Çünkü Çincə kimi dillərə aid klavyatura pluginlərinə rastlamışam. Hələki Azərbaycan dili üçün bu yoxdur. Bəlkə də bunu mən kodlamalıyam
Problemlərdən başlamışıq, elə davam edək. Üzləşdiyim başqa bir problem əhəmiyyətli olmasa da Touch Screen buglarıdır. Belə ki, bəzən ekran toxunulan nöqtəni anlamır və onun yerinə başqa nöqtədəki funksiyanı işə sala bilir. Bu problemin öhdəsindən klavyatura kilidini açıb bağlayaraq gəlirem.
( Ətraflı oxuyun )
- +1
- 22 апреля 2010, 00:33
- 6
Apple → iPhone yeni formada - iPhone HD [video]
Ağıllı telefonlar bazarında vəziyyət gərgindi. Belə ki, Google`un çıxardığı Nexus One hələki satışlarda iPhone`a çatmır. Ancaq Google bunun üçün yeni strategiyalar düşünür. Artıq T-Mobile`a keçibdi. Həmdə bugları filan fix etməklə məşğuldur. Böyük ehtimalla gələcək versiyalarda istədiyi rəqəmlərə çatacaqdı. Digər tərəfdən iPhonun başını ağrıtmağa səbəb dolayı yolla da olsa yenə Google`dur. Öz telefonu satışlarda iPhone`u keçməsə də, əməliyyat sistemindən — Androiddən istifadə edən Motorola Droid`in satış rəqəmləri artıq keçibdi. Deməli iPhon`un 1 milyon ədəd satdığı vaxt aralığında Motorola Droid 1.100.000 satmaqla yeni satış liderliyini əlinə alıbdı.
Bunlardan sonra isə YouTube`da iPhonun yeni modelinin videosunu görmək mümkündür. iPhone HD adlanan model videosu 3-4 gün əvvəl yüklənibdi, və maraqlı funksiyaları var. Yəqinki hansısa dizaynerin, iPhon`u görmək istədiyi formatdır bu, ancaq maraqlı alınıbdı:
Bunlardan sonra isə YouTube`da iPhonun yeni modelinin videosunu görmək mümkündür. iPhone HD adlanan model videosu 3-4 gün əvvəl yüklənibdi, və maraqlı funksiyaları var. Yəqinki hansısa dizaynerin, iPhon`u görmək istədiyi formatdır bu, ancaq maraqlı alınıbdı:
- 0
- 17 марта 2010, 11:07
- 5
Texnologiya → Nəhənglərin mübahisəsi qızışır

Nəsə son vaxtlarda texnologiya nəhəngləri yola getmirlər. Hər dəfə bacardıqca biri, digərindən üstünlüyünü göstərməyə çalışır. Artıq iş o yerə çatıbdı ki, arada başqa şirkətlər də qalır. Axırıncı dəfə isə məsələ HTC`nin «başında çatlayıb». Bu Apple, Nokia ilə bir xeyli məhkəmələrdə üz-üzə gəlirdi, ona görə bir xeyli təcrübəsi var. Bu dəfə Steve Jobs`un xətrinə Google dəyibdi. Arada qalan isə HTC olub. Çünki Steve Jobs iddia edir ki, onlara aid texnologiyaları məhz Nexus One`da istifadə ediblər. Bu məhkəmə bir növü Google`a atılan daşdır. Əvvəl rəqabət sahəsində Microsoft-Apple görmək daha xarakterik hal almışdı. Google`un belə gözlənilməz yüksəlişi ona qarşı olanlarında sayını artırıbdı. Görünür Apple Nexus One`ı həqiqətən də iPhone`a rəqib görür ki, bu addımı atıbdı.
- +2
- 3 марта 2010, 17:21
- 5
Mobil Texnologiya → Opera Mobile 10, Google Nexus One`da
Web browser olaraq rəqiblərindən xeyli geridə qalan Opera, mobil bazarda özünü sübut etmişdir. Onun mobil məhsulu kifayət qədər populyardır. Artıq bu Opera Mobile`dan Nexus One`da da istifadə etmək mümkün olacaqmış:
- 0
- 21 февраля 2010, 01:08
- 4
Mobil marketing → Yeni reklamlar çəkilib [video]
Mobil bazarda da yeniliklər olmağa davam edir. Bu gün internetdə gəzinəndə qarşıma çıxan bəzi videoları paylaşmaq istədim. Reklam çarxlarının qəhrəmanları Nexus One və Motoroladır
Nexus One bəzilərinin fikrinə görə Google`a istədiyin verməsə də, Google öz məhsulunun necə ərsəyə gəldiyindən bəhs edən çarxlar yaymağa başlayıb. Bir neçə bölüm şəklində yayımlanması nəzərdə tutulan çarxlardan birincisi konsepsiya və dizayn mərhələsini, ikincisi isə telefonun OLED ekranın necə formalaşmasını əks etdirir.
( Ətraflı oxuyun )
Nexus One bəzilərinin fikrinə görə Google`a istədiyin verməsə də, Google öz məhsulunun necə ərsəyə gəldiyindən bəhs edən çarxlar yaymağa başlayıb. Bir neçə bölüm şəklində yayımlanması nəzərdə tutulan çarxlardan birincisi konsepsiya və dizayn mərhələsini, ikincisi isə telefonun OLED ekranın necə formalaşmasını əks etdirir.
( Ətraflı oxuyun )
- +4
- 8 февраля 2010, 13:52
- 3
Google → Nexus One üçün "NINJA'S UNBOXING" reklam videosu

Blogdaşımız `nin Apple və Microsoft`un Google`a qarşı birləşməsi indən sonra, məndə dedimki bir xəbəridə qarşı tərəfdən mən paylaşım.
Google əlindəki video potensialını yaxşı istifadə etməyə başlayır. Nəzərə alsaq ki dünyanın ən böyük video paylaşım saytı Google`a aiddir. Buna görə də Google reklam çarxlarını çəkib burada yayımlayır və qısa zamanda böyük izlənmə sayı əldə edə bilir. Bir müddət əvvəl Chrome OS videosu da çəkilmişdi. İndi isə yeni məhsulu Nexus One haqqında 1 dəqiqə 37 saniyəlik reklam roliki çəkiblər. Video 18 yanvarda Youtube`a yerləşdirilibdi və iki gün ərzində 330 mindən artıq izlənmə sayına çatıbdı ( mən baxanda 334,540 idi ).
P.S. Ancaq bilmirəm niyə Çin stilindədir video.
Buyurun videoya siz də baxın:
( Ətraflı oxuyun )
- 0
- 20 января 2010, 19:29
- 4
Blog: KoLGe → Apple iPhone-nun default axtarış sistemini Bing-ə dəyişmək üçün Microsoftla danışıqlara başlayıb.
ilə şirkətlərinin bir-birilərini «sevmədiklərini» bilirdik amma deyəsən vəziyyət get-gedə gərinləşməkdədir :)


Google-un rəqib olaraq bazara çıxardığı -dan sonra isə ara lap qızışdı…
görə Apple ilə danışıqlara girib ki, iPhone-nin "default" axtarış sistemini ilə dəyişsin. (Google əvəzinə Bing)
İphone çox satılıb və istifadəçisi çoxdur… Bu Google-a hər halda öz təsirini göstərəcək… Bing üçün çox gözəl «raskrutka» imkanı yaranıb.
Görək nəticə necə olacaq.
Mənbə:


Google-un rəqib olaraq bazara çıxardığı -dan sonra isə ara lap qızışdı…
görə Apple ilə danışıqlara girib ki, iPhone-nin "default" axtarış sistemini ilə dəyişsin. (Google əvəzinə Bing)
İphone çox satılıb və istifadəçisi çoxdur… Bu Google-a hər halda öz təsirini göstərəcək… Bing üçün çox gözəl «raskrutka» imkanı yaranıb.
Görək nəticə necə olacaq.
Mənbə:
- +1
- 20 января 2010, 18:32
- 3
Qwerty.az →
Yeni ilin yeni xəbərləri!
1. Azərbaycanda yeni provayder meydana gəlir!!
2. Hamı qiymətlərin ucuzluğundan danışır! Bu da növbəti internet qiymətləri ucuzlaşması. Lakin bu dəfə optik lifli kabellər üzrə quraşdırılan şəbəkələrdə..
- 0
- 6 января 2010, 21:25
- şərh yaz
Google → Nexus One rəsmi şəkildə tanıdıldı [VİDEO]

Google bundan sonra rəsmi şəkildə telefon satacaq. Bu gün telefonun rəsmi tanıtımı olubdu. Telefonu ətraflı olaraq buradan incələyə bilərsiniz — . Bakı vaxtı ilə 22.00`da olubdu tanıtım. Nə qədər elədimsə internetdə video canlı yayımını tapa bilmədim baxam. Ancaq Nexus One`ın rəsmi videolarını tapdım. Ətraflı olaraq videolar və telefonun detalları barədə:
( Ətraflı oxuyun )
- +1
- 6 января 2010, 01:04
- 2
Google → Google məhsulu Nexus One`ın texniki göstəriciləri [VİDEO]

Google`un yeni məhsulu Nexus One hələ 2010-cu ildə istifadəyə veriləcək. Bu haqda 14 dekabrda ətraflı məlumat vemişdim, fotolarınıda . Artıq mobil cihazın texniki göstəriciləri ilə bağlı məlumatlar da yayılıbdı. Belə görsənir ki, həqiqətən də keyfiyyətli cihaz olacaq Nexus One, iPhone və Motorola Droid kimi rəqiblərindən geri qalmır.
Texniki göstəriciləri belədir:
( Ətraflı oxuyun )
- 0
- 25 декабря 2009, 20:06
- 1

