İnternet →  Azərbaycandan Ermənistana, ermənicə xəbər var!


Day.az`ın keçmiş rəhbəri Elnur Baimovdan daha bir proyekt var. Bir müddət əvvəl News.azMuğam radiosu kimi yeni proyektləri ilə internet sferasına yenidən qayıtmışdı. Bu gün isə daha bir maraqlı proyektini gördüm. Bu erməni dilində xəbərlər verən Armenia.az saytıdır. Ermənicə bilmədiyim üçün, saytda nələr baş verdiyini deyə bilməyəcəm. Ancaq sloganının ingiliscə yazısından belə başa düşürəm ki, Azərbaycandan Ermənicə xəbərlər yayımlayacaq. Saytda ingiliscə gözümə dəyən linklərdən About`a klikləyəndə isə heç nə açılmadıki oxuyam məlumatlanam. Əgər açılsa şərhdə yazaram. Nəsə belə qəribə proyektin bizə lazım olub-olmadığı mübahisəlidir. Hər halda bunun maliyyələşməsi filanı nədən olacaq? Yazılar və dil məsələsi necə həll olunur? Bunlar artıq qaranlıq qalan məqamlardır.
Ümid edirəm ki, xeyirli bir resurs olar.
Paylaş :
  • +2
  • 1 марта 2010, 12:12
  • Shaig
  • 21